Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-299/2024 08.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəviz zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşı Cavabdeh səhlənkar hərəkəti nəticəsində vurmuş olduğu maddi və mənəvi ziyana görə 3000 manat ziyanın alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində torpaq sahəsi var. Həmin torpaq sahəsi yaşadıqları kənddən xeyli kənarda yerləşir və oraya getmək üçün Oğlanbaba meşəsi deyilən yerin yanından keçirlər. Lakin torpaq sahəsinə keçib getmək təhlükəli və qorxuludur. Belə ki, həmin meşədə olan çaqqallar, canavarlar insanlara heyvanlara dəfələrlə hücum çəkmişlər. Bu isə onları həmişə ehtiyatlı olmağa sövq edir. Onlar həmin torpaq sahəsində ailə gəlirlərini yaxşılaşdırmaq üçün mal-qara saxlayırlar. Mal- qaranın isə hər zaman bütün işlərini o görmüşdür. xx.xx.2023-cü il tarixdə həyatı təhlükəyə məruz qalmamaq üçün özünə məxsus olan “İJ" markalı 16 kolibrili bir lülə E38421 nömrəli öv silahını götürüb evdən çıxmış və mal-qaranı otladqan gətirmək üçün yola düzəlmişdir. Lakin həmin zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 9 saylı X8 Təbii sərvələr idarəsinin əməkdaşlarından biri hazırki iş üzrə Cavabdeh ona hücum çəkmiş, ona zor tətbiq edərək əlində olan silahını və üzərində olan cəmi 1 ədəd patronu almışlar. Həmin zaman isə ona protokol yazacağını və protokol əsasında yazılmış 1000 manat cəriməni lazimi quruma ödəyəcəyini bildirərək getmişdirlər. O, nə olduğunu anlaya bilmədiyindən lazımı orqana yaxınlaşmış və ona 1000 manat cərimə yazıldığı protokolu istəmişdir. Protokolu aldıqdan sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 9 saylı regional xx.xx.2023-cü il tarixli MNN ******* saylı Ekologiya və Təbii sərvələr idarəsinin qərarından Bərdə rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti əsasında isə Bərdə rayon Məhkəməsində inzibati işə xx.xx.2023-cü il tarixdə baxılaraq şikayətinin təmin olunması barədə 3(021)-98/2023 saylı qərar qəbul olunmuşdur. Qərara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 9 saylı X8 Təbii sərvələr idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 9 saylı X8 Təbii sərvələr idarəsi Bərdə rayon Məhkəməsinin 3(021)-98/2023 saylı qərarının dəlilləri ilə razılşmadığı üçü Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Şikayəti əsasında isə Gəncə Apelyasiya məhkəməsində inzibati işə xx.xx.2023-cü il tarixdə baxaraq şikayətin təmin olunmaması barədə 3(104)-317/2023 saylı qərar qəbul olunmuşdur . Hazırda Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər nazirliyinin 9 saylı X8 Təbii sərvələr idarəsinin əməkdaşı hazırki iş üzrə Cavabdeh qanunsuzluq edərək ona cərimə yazması nəticəsində onun vaxtını almış, 1500 manatlıq dəyərində iri buynuzlu heyvanının itməsinə səbəb olmuşdur. Qərardan şikayət verdiyi zaman şikayət yazmaq üçün 50 manat ödəmiş, Bərdə rayon Nazırlı kəndindən Ekologiya və Təbii Sərvətlər İdarəsinə 3 dəfə getdiyi üçün 60 manat olmaqla cəmi 180 manat, Bərdə rayon Nazırlı kəndindən Bərdə rayon Məhkəməsinə şikayət ərizəsini gətirdiyi zaman taksi pulu 30 manat, şikayətə baxılması üçün məhkəmə iclasına gəldiyi zaman taksi pulu 30 manat, Bərdə rayon Nazırlı kəndindən Gəncə Apelyasiya məhkəməsinə getmək üçün taksi pulu 60 manat ödənişlər etmişdir. Hətta şikayət ərizəsini vermək üçün Bərdə rayonundan Ağcabədi rayonuna gedərək, Bərdə rayon Məhkəməsinə və Gəncə Apelyasiya məhkəməsinə gedərək vaxt itirdiyi üçün və ən önəmlisi heyvanı itirdiyi üçün işləyə bilməmiş və ailəsinə gəlir əldə edə bilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin 9 saylı X8 Təbii sərvələr idarəsinin əməkdaşı Cavabdeh səhlənkar hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddia ərizəsinin xahiş etdi hissəsində maddi və mənəvi ziyanı cəmi olaraq 3000 manat qeyd etmişdir. Hazırda isə ərizəsinə dəqiqləşdirmə verərək maddi ziyanın 1850 manat, mənəvi ziyanın isə 1150 manat olduğunu qeyd etmək istəyir. Odur ki, ərizəsinə dəqiqləşdirmə verǝrǝk, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşı Cavabdeh səhlənkar hərəkəti nəticəsində vurmuş olduğu maddi ziyanın 1850 manat, mənəvi ziyanın isə 1150 manat olmaqla cəmi 3000 manat ziyanın alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA №0381033 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Nazırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Nazırlı kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli Aktdan görünür ki, 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bərdə rayon ərazisində xx.xx.2023-cü il tarixdə reyd keçirən zaman Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X9 X2 Meşəbəyliyinin 01 saylı dolayısında meşə arası yolun sağ hissəsində 2 nəfər şəxsin ov təqib etməsini müşahidə etmişlər. İddiaçı üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində 1 ədəd 16 kalibrili təklüləli № E-38421 nömrəli ov silahı və silahın içərisində 01 ədəd 16 kalibrili patron dolu vəziyyətdə aşkar olunmuşdur. Lakin onun üzərindəki çantadan heç bir ovlanmış ov qəniməti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və X5 müdiri Aynurə Kərimovaya verdiyi izahatında o qeyd etmişdir ki, 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin 5 nəfər əməkdaşları ilə birgə xx.xx.2023-cü il tarixində reyd keçirərkən Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən X9 X1 meşəbəyliyinin 01 saylı meşə dolayında meşə arası yolun sağ hissəsində 2 vətəndaşın üzərlərində atışa hazır vəziyytdə ov silahı yanlarında 1 ədəd ov tulası ilə meşə ərazisində ovu təqib edərkən (yəni güdərkən) tərəflərindən saxlanılmışdır. Həmin şəxslər onlara heç bir sənəd təqdim etmədən şifahi olaraq Bərdə rayon Nazırlı kənd sakinləri olduqlarını və ova icazə sənədi almadıqlarını bildirdilər. Onlardan biri şifahi olaraq adının İddiaçı olduğunu Mənsur Babaşov olduğunu bildirmişdirlər. Onların qanunsuz ov təqib etmələrini əsas tutaraq üzərlərində olan 2 ov silahı və patronlar tərəflərindən götürülmüşdür. Aqşın Səfərovun çiynində olan oy çantasını və özünün dediyinə görə ona məxsus ov tulasını götürmək mümkün olmamışdır. İddiaçı barəsində tərəflərindən 09.01 2023-ci il il tarixli 77185 saylı akt tərtib edilmiş, lakin o, akta imza etməkdən imtina etmişdir. Həmin şəxslərin üzərlərində şəxsiyyət vəsiqələri və ov silahının qeydiyyat sənədləri üzərlərində olmadığından onlara snədlərini götürərək İdarəyə gəlməkləri təklif edilmişdir. İddiaçı həmin gün yəni xx.xx.2023-cü il arixdə İdarəyə gələrək şəxsiyyət vəsiqəsini və ov silahının qeydiyyat sənədini təqdim etmiş və izahat verərək bəhanələr gətirməklə ov silahı və yanındakı ov iti ilə heyvanını axtarmağa getdiyini bildirsə də onunla birlikdə ov təqib edən X6 ova gəldiklərini etiraf etmişdir. Lakin İddiaçı bəhanəsi əsas vermir ona görə ki, onunla birlikdə ova gələn şəxs ova gəldiklərini etiraf etmiş onun üzərində ov silahının atışa hazır vəziyytdə olması, çiynində ov çantası olması və yanında ov tulasının olması onun ov təqib etməsinə əsasdır. Bundan İddiaçı barəsində xx.xx.2023-cü il tarixli MN No ******* saylı protokol ovçuluq haqqında qanunun tələblərinə uyğun aparılmış, yəni vətəndaş əlində ov silahı ilə əraziyə hazır vəziyyətdə çıxırsa ov vurmasa belə bu ov etmə sayılır. Yazdığım protokol əsaslı olduğu üçün İddiaçı barəsində İdarə tərəfindən 1000 manat məbləğidə qərar çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli protokolun surətindən görünür ki, Bərdə rayon Nazırlı kənd ərazisində Bərdə RMTM-nin Oğlanbaba Meşəbəyliyinin 01 saylı dolayısında İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində qanunsuz ov təqib etdiyi üçün İXM-nin 272.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2023-cü tarixli qərarın surətindən görünür ki, İddiaçı İXM-nin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 3(021)98/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, MN № ******* saylı qərarı ləğv edilmiş və İddiaçı barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)317/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 3(021)98/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 3(021)-98/2023 saylı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş 01 №li Şəhadətnamənin surətindən görünür ki, “İJ" markalı 16 kolibrili bir lülə E38421 nömrəli ov silahı saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 272.3-cü maddəsi ilə barəsində protokol tərtib edilərək 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İddiçı İddiaçı tərəfindən həmin qərardan şikayət verilmiş, Bərdə Rayon Məhkəməsinin 3(021)98/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X8 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü tarixli, MN № ******* saylı qərarı ləğv edilmiş və İddiaçı barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)98/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin 3(104)317/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamış və qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi maddi ziyan və mənəviz zərər tələbindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və X3 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X3 haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd edir ki, maddi ziyan tələbi heç bir sübut olmadan qeyri-müəyyən formada iddiaçının öz mülahizəsinə əsasən irəli sürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının maddi ziyanla bağlı tələbi iş materialları ilə sübut olunmadığından əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Göründüyü kimi, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı isə ona 1150 manat maddi ziyan vurduğunu qeyd etsə də, məhkəməyə həmin halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəlləinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəviz zərər” tələbinə dair iddia tələbi təmin olunmamalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəvi zərər” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-299/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-299/2024
08.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver