Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2992/2021 21.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 84 ay müddətinə illik 27% ödəmək şərti ilə cavabdeh X6 iddiaçıdan 100 manat məbləğində kredit almışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Azər oğlu, Cavabdeh1, Ramazanova Ayla Azər qızı Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin 17 iyul 2019-cu il tarixi cavab məktubu ilə borcalan X2 vərəsəsi olması müəyyən edilmişdir. Cavabdehlər müqavilənin şərtlərini pozmuş və nəticədə iddiaçıya 98,60 manat (əsas borc 96,96 manat, faiz borcu 1,64 manat, cərimə borcu 0 manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 21 aprel 2014-cü tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" Kommersiya Bankı ASC ilə X6 arasında bağlanmış və müqaviləyə əsasən X5 "xxxx" ASC-dən kredit götürmüşdür. İş materiallarında olan AZ-İ 680257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Abışov Azər Nazir oğlu 17 iyul 2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan X9 Xidmət Mərkəzinin 912/2019 nömrəli, 17 iyul 2019-cu il tarixli məktubuundan mmüəyyən olunuur ki, X11 oğlnuun vərəsələri Cavabdeh1, Abışova Ayla Azər qızı, Cavabdeh2dur. İş materiallarında olan 21 aprel 2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, X1 84 ay ərzində ödəmək şərti ilə kreditor tərəfindən borc alana illik 26 % ödənilməsi şərti ilə 100 manat məbləğində krediti 21 aprel 2021-ci il tarixədək "xxxx" ASC-yə ödəməli idi. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Kommersiya Bankı ASC-yə 96,96 manat əsas borcu, 1,64 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 98,60 maat borcu mövcuddur. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlrə borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından 96,96 manat əsas borcu, 1,64 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 98,60 manat borcu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 96,96 manat əsas borcu, 1,64 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 98,60 manat (doxsan səkkiz manat atmış qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2992/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2992/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver