Məhkəmə qərarları › İş №2(021)-2994/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2994/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2994/2021 23.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdeh X3 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 "xxxx" KB ASC-nin xeyrinə cəmi 415,08 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh Məmitiyev Rza Rəhim oğlu arasında bağlanmış 10.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 1 % olmaq şərtilə 60 ay müddətinə 456,09 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinn həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədl təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank” a qaytarmağı öhdəsinə götürür. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 07.01.2021-ci il tarixli məktubu ilə Məmitiyev Rza Rəhim oğlunun vərəsəsinin X5 olduğu müəyyən edilmişdir. Bu isə borcalan Məmitiyev Rza Rəhim oğlunun hüquqi varisinin Məmitiyev Rza Rəhim qızı olması anlamına gəlir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin kredit alan Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməmiş, müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 29 iyul 2021-ci il tarixə qədər kredit müqaviləsi üzrə cəmi 415,08 manat kredit borcu yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X13 məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Məmitiyev Rza Rəhim qızına oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 10.07.2019-cu il tarixli, 254rstBRD/19 saylı Güzəştli Kredit və X12 görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh Məmitiyev Rza Rəhim oğluna 1 % olmaq şərtilə 60 ay müddətinə 456,09 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 10.07.2019-cu il tarixli, 254rstBRD/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Məmitiyev Rza Rəhim oğlunun aylıq ödənişi 0,38 və 10 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 10.07.2019-cu il tarixli, 254rstBRD/19 saylı kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixli Proqramdan elektron qaydada çıxarılmış arayışdan görünür ki, cavabdeh Məmitiyev Rza Rəhim oğlunun ümumi 415,08 manat kredit yaranmışdır. Mülki işə əlavə olunmuş Seriya AZE № 09295291 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Məmitiyev Rza Rəhim oğlu 24.03.1977-ci il tarixdə Bərdə rayonun Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonun Hacallı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə faizlərin bağlanmasına dair 10.07.2019-cu il tarixli sazişdən görünür ki, "xxxx" KB ASC cavabdeh X5 arasında bağlanmış kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 29.06.2013-cü il tarixli, 58sBRD/13 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixindən etibardən bu sazişin imzalandığı tarixədək hesablanmış 115.86 manat faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. Mülki işə əlavə olunmuş 11 avqust 2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Məmitiyev Rza Rəhim oğluna kredit borcunun ödənilməsi barədə xəbədarlıq olunmuşdur. Mülki işə əlavə olunmuş 24.05.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbədarlıq olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-İİ № 072272 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, Məmitiyev Rza Rəhim oğlu 09.03.2020-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi ürək çatışmamazlığı olmuşdur. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh ərizəsindən görünür ki, Məmitiyev Rza Rəhim oğlu 09.03.2020-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Kapital Bank ASC-də olan pul vəsaitindən. X1, X17 və X14r. Mülki işə əlavə olunmuş Bərdə RİHB-nın Şirvanlı kənd iznibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum Məmtiyev Rza Rəhim oğlu vəfat edənə kimi Bərdə rayon Hacallı kəndində yaşayıb, vəfatından sonra təsərrüfatında X9, X17 və X21 qalmışlar. Mülki işə əlavə olunmuş AZ-İİ № 072272 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, Məmitiyev Rza Rəhim oğlu 09.03.2020-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi ürək çatışmamazlığı olmuşdur. Mülki işə əlavə olunmuş AZİ № 411601 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 ilə X8 06 iyun 2008-ci ildə, 11 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmitiyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş AZİİİ № 031299 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 16.04.2013-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X7, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş AZİİ № 44194 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 18.03.2010-cu ildə Bərdə rayonunda anadan olmuşdur. X7, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş AZİİ № 444155 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 21.03.2009-cu ildə Bərdə rayonunda anadan olmuşdur. X7, anası Cavabdehdır. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh ərizəsindən görünür ki, Məmitiyev Rza Rəhim oğlu 09.03.2020-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı Kapital Bank ASC-də olan pul vəsaitindən ibarətdir. X1, X17 və X14r. Mülki işə əlavə edilmiş sorğulardan görünür ki, Məmitiyev Rza Rəhim oğlunun adına əmlakınn olub-olmaması barədə aidiyyatı qurumlara sorğular verilmişdir. Mülki işə əlavə olunmuş 22.11.2020-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 19.03.2020-ci il tarixdə vəfat etmiş Məmitiyev Rza Rəhim oğlunun X1na, X11 və X15 Şəhadətnamə verilən miras əmlak Məmitiyev Rza Rəhim oğluna məxsus ümumi sahəsi 4.52 ha torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 10.07.2019-cu il tarixli, 254rstBRD/19 saylı Güzəştli Kredit və X19 əsasən "xxxx" KB ASC tərəfindən cavabdeh Məmitiyev Rza Rəhim oğluna illik 1 % olmaq şərtilə 60 ay müddətinə 456,09 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinn həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2 bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədl təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank” a qaytarmağı öhdəsinə götürür. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 07.01.2021-ci il tarixli məktubu ilə Məmitiyev Rza Rəhim oğlunun vərəsəsinin X5 olduğu müəyyən edilmişdir. Bu isə borcalan Məmitiyev Rza Rəhim oğlunun hüquqi varisinin Məmitiyev Rza Rəhim qızı olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də onlar, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 cəmi 415,08 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 cəmi 415,08 manat kredit borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar