Məhkəmə qərarları › İş №2(021)-2997/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2997/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2997/2021 06.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 Qaşay qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 Qaşay qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qaşay qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada cəmi 136,95 manat və 20 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X14 arasında bağlanmış 16.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 33 % olmaq şərtilə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə borcalan isə həmin kreditdən məqsədə uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 06.10.2020-ci il tarixli məktubu ilə X5 vərəsəsinin Cavabdeh1 Qaşay qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 olduğu müəyyən edilmişdir. Bu isə borcalan X5 hüquqi varisinin Cavabdeh1 Qaşay qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 olması anlamına gəlir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin kredit alan Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməmiş, müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 29 iyul 2021-ci il tarixə qədər kredit müqaviləsi üzrə cəmi 136,95 manat kredit borcu yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X12 məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Qaşay qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16.07.2014-cü il tarixli, 609nkBRD/14 saylı Kredit və X11 görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh X7 illik 33 % olmaq şərtilə 12 ay müddətinə 500 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2014-cü il tarixli, 609nkBRD/14 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, X5 aylıq ödənişi 50 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 16.07.2014-cü il tarixli, 609nkBRD/14 saylı kredit müqaviləsi üzrə 29 iyul 2021-ci il tarixli Proqramdan elektron qaydada çıxarılmış arayışdan görünür ki, cavabdeh X5 ümumi 136,95 manat kredit yaranmışdır. Mülki işə əlavə olunmuş Seriya AZE № 046888 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X14 30.04.1950-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İ № 712788 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi komadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, №1320/2020 saylı məktubdan görünür ki, 30 mart 2015-ci ildə ölmüş, ünvan 1i ünvanında qeydiyyatda olmuş, X5 vərəsələri: Cavabdeh1 Qaşay qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işə əlavə olunmuş 24.05.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 Qaşay qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 kredit borcunun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 07.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.1958-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 07.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə şəhəri E.Əsədov küçəsi ev 19-da qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 07.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 xx.xx.1979-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 07.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh5 xx.xx.1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 07.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh4 xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh1 ərizəsindən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş X5 ərizəsindən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vərəsələridir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh5 ərizəsindən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsələridir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh4 ərizəsindən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu və Cavabdeh5 vərəsələridir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh3 ərizəsindən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 vərəsələridir. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh2 ərizəsindən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Ondan başqa Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 vərəsələridir. Mülki işə əlavə olunmuş Bərdə RİHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1216 saylı arayışdan görünür ki, X14 vəfat edənə kimi ünvan 2ində yaşayıb, vəfatından sonra təsərrüfatında onunla birgə yaşayanlar: Cavabdeh1 Qaşay qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dur. Mülki işə əlavə olunmuş AZ-İ № 712788 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 30.03.2015-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi komadır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X14 30.03.2015-ci ildə ünvan 2ində ölmüşdür. Bu barədə ünvan 2 İN üzrə 10 aprel 2015-ci il tarixli, 19 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi komadır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X2 Fazilə Qaçay qızı ilə 02 avqust 1976-cı il tarixdə, 130 №li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X15 xx xxx 1977-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi üzrə 24 may 1977-ci il tarixli, 227 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası Cavabdeh1dır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X8 xx xxxx 1978-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi üzrə 11 sentyabr 1975-ci il tarixli, 415 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası Cavabdeh1dır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X9 xx xxxxxxxx 1979-cu ildə Bərdə şəhərində anadan olmuşdur. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi üzrə 06 noyabr 1979-cu il tarixli, 523 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası Cavabdeh1dır. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X1 Samirə Sahib qızı ilə 06 iyun 2015-ci il tarixdə, 130 №li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Baxşalıyeva soyadı verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli aktdan görünür ki, X13 30 avqust 1981-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsi üzrə 03 sentyabr 2021-ci il tarixli, 557 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası Cavabdeh1dır. Mülki işə əlavə olunmuş 04 dekabr 2012-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, 30 mart 2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri Cavabdeh1 Qaşay qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şəhadətnamə verilən miras əmlak ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.47 ha torpaq sahəsindən ibarətdir. İş materiallarına əlavə edilmiş 22.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu, ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 16.07.2014-cü il tarixli, 609nkBRD/14 saylı Kredit və X17 əsasən "xxxx" KB ASC tərəfindən cavabdeh X7 illik 33 % olmaq şərtilə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə borcalan isə həmin kreditdən məqsədə uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 06.10.2020-ci il tarixli məktubu ilə X5 vərəsəsinin Cavabdeh1 Qaşay qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 olduğu müəyyən edilmişdir. Bu isə borcalan X5 hüquqi varisinin Cavabdeh1 Qaşay qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də onlar, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Qaşay qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada cəmi 136,95 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Qaşay qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada cəmi 136,95 manat kredit borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar