Məhkəmə qərarları › İş №2(021)-300/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-300/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-300/2023 11.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X9 iclas kаtibliyi, İddiaçı, Cavabdeh Səyfəddin oğlunun iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “dəymiş ziyan” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh Bərdə rayonu Mollagülər kəndində yerləşən “Torpağa mülkiyyət hüququna” dair JN-273 KOD 61014038 nömrəli Dövlət aktı əsasında ona və ailə üzvlərinə məxsus olan 2,12 ha hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,12 ha hissəsini 2019-cu ilin yanvar ayından etibarən zəbt etməklə, daha sonra isə 2020-ci ildə oradan kanal çəkməklə istifadə etməyinə 4 il ərzində imkan verməməklə ona vurduğu maddi zərərin əvəzi olaraq 1296 (bir min iki yüz doxsan altı) manat pulun, həmçinin hazırki iddia tələbinə məhkəmədə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 33 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı qərarı ilə ona və ailə üzvlərinə Bərdə rayonu Mollagülər kəndi ərazisində cəmi 2,12 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir. Bu barədə onlara “Torpağa mülkiyyət hüququna” dair JN-273 KOD 61014038 saylı Dövlət aktı da verilməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sözügedən Dövlət aktı ilə həm də 2,12 ha torpaq sahələrinin koordinatları və plan cizgiləri də dəqiq müəyyən edilmişdir. 1998-ci ildən etibarən bu torpaqda həmişə buğda əkmişdir və hər hektardan 45 sentnerdən artıq məhsul götürmüşdür. Cavabdeh 11 yanvar 2019-cu ildə həmin torpağın bir hissəsini qanunsuz olaraq zəbt etmiş, həmçinin zəbt etdiyi hissədə sonradan özbaşına olaraq dərin kanal da çəkmişdir. Onun tərəfindən Cavabdeh qarşı Bərdə rayon məhkəməsində “torpaqdan çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qətnaməsi ilə (X33) iddia qismən təmin edilmişdir.Cavabdeh JN-273 KOD 61014038 saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Mollagülər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,12 ha hissəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim X25, hakimlər X16 və X10) xx.xx.2022-ci il tarixli, 2(104)- 242/2022 nömrəli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin 2(021)-2145/2022 saylı mülki iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bərdə rayon məhkəməsinin 2(021)-2145/2019 nömrəli qətnaməsini icra etmək əvəzinə təxminən 3 il sonra həmin qətnamədən əsassız apellyasiya şikayəti verməklə bərabər onun 0,13 ha pay torpaq sahəsi ilə zəbt etdiyi 0,12 ha pay torpaq sahəsinin arasında 2020-ci ildə dərin kanal çəkmiş, 2020-ci ildə 0,13 ha sahədə əkdiyi taxıl həmin kanala görə məhv olmuş və bu səbəbdən də ona maddi ziyan vurmaqda davam etmişdir. Bundan sonra Bərdə rayon Məhkəməsində Cavabdeh qarşı bu dəfə “kanalın doldurulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldıramağa məcbur olmuşdur. Bərdə rayon Məhkəməsi (X33) 01 iyul 2020-ci il tarixli, 2(021)- 1781/2020 nömrəli qətnaməsi ilə Bərdə rayonu Mollagülər kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arx Cavabdeh öz vəsaiti hesabına doldurulması, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti X6 Mülki Kollegiyası (sədrlik edən və məruzəçi X5, X4 və X3 ibarət tərkibdə) tərəfindən xx.xx.2021ci il tarixli, 2(104)-1137/2021 nömrəli qətnamə ilə təmin edilməmişdir. Buna baxmayaraq Cavabdeh ona məxsus olan 0,13 ha və zəbt etdiyi ona məxsus olan 0,12 ha pay torpaq sahəsi arasında çəkdiyi kanalı 2022-ci ilin avqust ayınadək doldurmamış, nəhayət onun Azərbaycan Respublikasının ali hamiyyət orqanlarına çoxsaylı şikayətlərindən sonra Bərdə rayon İcra və Probasiya şöbəsi 2022-ci ilin avqust ayında kanalın cavabdeh tərəfindən qismən və başdan getdi doldurulmasını və 0,13 ha torpaq sahəsində əkdiyi taxılı biçə bilməməyi ilə əlaqədar ona vurduğu 84 manat maddi ziyanın və 20 manat dövlət rüsumunun ödənilməsini təmin etmişdir. Beləliklə də Bərdə rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(021)-2145/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq Cavabdeh 11 yanvar 2019-cu ildən etibarən zəbt etdiyi 0,12 ha torpaq sahəsindən 4 ildir ki, istifadə etməyinə beləliklə də qazanc əldə etməyinə imkan verməmişdir. Əsassız apelyasiya şikayəti verib qətnamənin icrasını yubatmaqla, 0,13 ha torpağında zəbt etdiyi 0,12 ha torpaq sahəsinin icrasında qanunsuz kanal çəkməklə icradan qəsdən boyun qaçırmışdır. O, 2019-cu ilədək, 2,12 ha pay torpaq sahəsində həmişə yüksək məhsuldarlığı olan buğda və ya yonca əkmişdir və hər hektardan 45-50 sentner buğda məhsulu əldə etmişdir. 2020-ci ildə isə istifadəsində qalmış 2 hektarda buğda əkmişdir. Lakin cavabdeh 11 yanvar 2019-cu ildən etibarən, yəni 4 ildir ki, həmin 0,12 ha torpaq sahəsində il ərzində 540 kq məhsul əldə etmək deməkdir. Hazırda 1 kq buğdanın bazar qiyməti 0,55-0,60 qəpik arasında dəyişir ki 4 il ərzində hər il üçün 540 kq taxıl olmaqla cəmi 1260 kq qram taxıl hər kiloqramı 0,60 qəpik olmaqla cəmi 1296 manat ziyan dəymişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. . Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsini heç vaxt zəbt etməmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmkəndlidirlər. Cavabdeh 4 ilə yaxın müddətdə iddiaçıya məxsus torpaq sahəsini zəbt etmişdir. Əvvəlcə həmin torpaq sahəsində arx çəkmiş, daha sonra isə arxı dolduraraq kanal çəmişdir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Bərdə rayonu, Mollagülər kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır. ünvan 2 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 582 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Mollagülər kəndində daimi yaşayır və qeydiyyatdadır. İş materiallarında olan JN-273 KOD 61014038 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə X17 , X2, X12, X15 və X14 Bərdə rayon Mollagülər kəndində 2,12 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X31 Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 2-2022-121 nömrəli sənəddən görünür ki, Bərdə rayon Mollagüllər kəndində yerləşən pay torpağında il ərzində 1 ha 45 sentner yəni 4500 kq buğda məhsulu əldə etmək mümkündür ki, bu da 0,12 ha yerdən 540 kq məhsul əldə etmək deməkdir. Hazırda 1 kq Buğdanın bazar qiyməti 0.55-0.60 qəpik arasında dəyişir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)-2145/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh qarşı “ torpaqdan çıxarılma tələbinə” dair iddiası qismən təmin edilərək, cavabdeh X1 JN-273 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu Mollagülər kəndində yerləşən 2,12 ha torpaq sahəsinin 0,12 ha hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 242/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin 2(021)-2145/2019 saylı mülki iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, X13 Cavabdeh qarşı “arxın doldurulması və ziyan tələbinə” dair iddia tələbi təmin edilərək Bərdə rayonu, Mollagülər kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arx Cavabdeh öz vəsaiti hesabına doldurulması, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(104)-1137/2021 nömrəli qətnamədən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(021)- 1781/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilərək Bərdə rayonu Mollagüllər kəndində yerləşən İddiaçı və ailə üzvülərinə məxsus torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş arxın Cavabdeh öz vəsaiti hesabına doldurulması, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8(021)-434/2022 nömrəli qərardan görünür ki, tələbkar İddiaçı şikayəti təmin edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2145/19 saylı icra sənədi yenidən icraya yönəldilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 148687/06 saylı məktubundan görünür ki, gəncə Apelyasiya Məhkəməsinin 2(104) 1137 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən Bərdə rayon Mollagüllər kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş arx Cavabdeh öz vəsaiti hesabına doldurulmuş, Cavabdeh 84 manat maddi ziyan və 20 manat dövlət rüsumu aklnaraq İddiaçı verilmişdir. İcra işinin icraatına xx.xx.2022-ci ildə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh Bərdə rayonu Mollagülər kəndində yerləşən “Torpağa mülkiyyət hüququna” dair JN-273 KOD 61014038 nömrəli Dövlət aktı əsasında ona və ailə üzvlərinə məxsus olan 2,12 ha hissəsini kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,12 ha hissəsini 2019-cu ilin yanvar ayından etibarən zəbt etməklə, daha sonra isə 2020-ci ildə oradan kanal çəkməklə istifadə etməyinə 4 il ərzində imkan verməməklə ona vurduğu maddi zərərin əvəzi olaraq 1296 (bir min iki yüz doxsan altı) manat pulun, həmçinin hazırki iddia tələbinə məhkəmədə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 33 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə hansısa məbləğdə pul tutula bilməsi üçün iddiaçı ilk növbədə həmin maddi ziyanın nədən ibarət olmasını, necə yaranmasını göstərməli - sübut etməlidir. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehdən maddi ziyana görə 1296 pul tələb edir. Məhkəmə maddi ziyanla bağlı qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 2019-cu ildən tərəflər arasında torpağa dair məhkəmə mübahisəsi olmuş, həm Bərdə Rayon Məhkəməsinin, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh İddiaçı məxsus olan torpaq sahəsini zəbt etməsi təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi 3 il ərzində cavabdeh tərəfindən zəbt edildiyindən həmin illər ərzində iddiaçının həmin torpaq sahəsindən gəlir əldə etməməsi nəticəsində dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iddiaçının cavabdehə qarşı “kanalın doldurulması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia qaldırması və nəticədə Bərdə rayon Məhkəməsi (X33) 01 iyul 2020-ci il tarixli, 2(021)-1781/2020 nömrəli qətnaməsi ilə Bərdə rayonu Mollagülər kəndində yerləşən və İddiaçı məxsus torpaq sahəsində çəkilmiş arxın Cavabdeh öz vəsaiti hesabına doldurulması qət edilmiş və həmin qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvəsində saxlandıqdan sonra 2022-ci ilin avqust ayında icra edilərək cavabdeh tərəfindən doldurulmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddiaların məhkəməyə irəli sürüldüyü vaxt olan 2019-cu ildən qətnamənin icra edildiyi 2022-ci il tarixədək olan müddəti və həmin müddətdə iddiaçının ailə üzvləri ilə birlikdə ona məxsus torpaq sahəsindən istifadə edə bilməməsini nəzərə alaraq məhkəmə dəymiş ziyanın 3 il ərzində hesablanmalı olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X31 Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 2-2022-121 nömrəli sənəddən görünür ki, Bərdə rayon Mollagülər kəndində yerləşən pay torpağında il ərzində 1 ha 45 sentner yəni 4500 kq buğda məhsulu əldə etmək mümkündür ki, bu da 0,12 ha yerdən 540 kq məhsul əldə etmək deməkdir. Hazırda 1 kq Buğdanın bazar qiyməti 0.55-0.60 qəpik arasında dəyişir Göründüyü kimi, iddiaçı cavabdehin torpaq sahəsini zəbt etməsi nəticəsində 3 il ərzində 0,12 ha torpaq sahəsində taxıl əkməklə 1 il üçün 540 kq taxıl bitkisi olmaqla 3 il ərzində cəmi 1620 kq taxıl bitkisi əldə edə bilməmişdir ki, 1 kq buğdanın hal-hazırkı bazar qiyməti 0.55-0,60 qəpik arasında dəyişir ki, 1620 kq taxılın bazar qiyməti 972 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən maddi ziyana görə, cəmi 972 manat pul alınaraq iddiaçıya verilməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə uyğun 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanla bağlı 972 (doqquz yetmiş iki) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiаçı İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar