Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3028/2024 03.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin artırılması” tələbinə dair mülki işə 03 oktyabr 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(021)-5034/2018 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanamsı üçün tutulan 100 manat alimentin miqdarının artırılmaqla hər ay bir uşaq üçün 235 manat aliment tutlmaqla onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci il tarixdə qeyrirəsmi olaraq ailə qurub evlənmişlər. Nikahları xx.xx.2013-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 10 oktyabr 2012-ci il təvəllüdlü X5 adlı l (bir) övladları anadan olmuşdur. Aralarında olan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 2(021)-1230/2014 saylı qətnaməsi, Bərdə rayon Qeydiyyat şöbəsinin 04 fevral 2015-ci il tarixli şəhadətnaməsi ilə nikahları pozulmuşdur. Həmçinin Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli 2(021)-1230/2014 saylı qətnaməsi ilə hər ay bir uşağın saxlanılması üçün Cavabdeh qazancından 70 manat məbləğində aliment pulu tutularaq onun xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. Müəyyən olunmuş alimentin övladının heç bir təlabatlarını ödəmədiyi üçün aliment məbləğinin artırılmasına dair Bərdə rayon Məhkəməsinə müraciət etmişdir, Bərdə rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(021)-5034/2018 saylı qərarı ilə aliment məbləği artırılaraq hər ay bir uşaq üçün 100 manat məbləğində aliment verilməsi müəyyən edilmişdir. Hazırda Respublikada hər bir ərzaq və ehtiyacların qiyməti getdikcə artır. Bunun üçündə müəyyən olunmuş 100 manat məbləğində alimentin artırılaraq hər ay bir uşaq üçün 235 manat olmasını istəyir. Cavabdeh fərdi əməklə məşğul olur və aylıq qazancı yüksəkdir. Cavabehin hər cür imkanı var ki , hər ay övladlarının saxlanılması üçün 235 manat məbləğində aliment ödəyə bilər. Onun isə maddi vəziyyəti olduqca pisdir. Buna baxmayaraq o, övladının saxlanılmasında əlavə heç bir maddi yardım etmir. Övladı məktəblidir və bütün təlabatları olduqca artıbdır. Bunun üçündə aliment məbləğinin artırılmasını istəyir ki, övladının bütün tələbatlarını ödəsin. Göstərdiyi bütün əsaslara əsasən hər ay bir uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artılaraq hər ay bir uşağa 235 manat olmasına dair məhkəmə qətnaməsinə ehtiyacı var. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə göndərərək, onun iştirakı olmadan məhkəmə prossesinin keçirilməsinə ailəli olmağını və himayəsində 3 uşağının olmasını nəzərə alaraq Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(021)-5034/2018 saylı qərarın quvvədə qalmasına və iddiaçının aliment tələbinin artırılması iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli,MŞQ/MT007/2023-02806 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-T 225589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci ildə anadan olmuşdur. “Ana” qrafasında anası kimi İddiaçı, “ata” qrafasında atası kimi Cavabdeh qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-1230/2014 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni quvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 2(021)-5034/2018-ci saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-1230/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni quvvəsini aldıqdan sonra xx.xx.2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh ayda 100 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəsirov Gülüzar islam qızına verilməsi qət edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3538 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya xərci olaraq 60 manat məbləğində ödəniş etmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Ağdam rayonu Salahlı kəndində anadan olmuşdur, Ağdam rayonu Salahlı kəndində qeydiyyatdadır. X16 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İİ 260342 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 ilə 17 mart 2018-ci ildə 328 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. X16 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İV 082320 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2018-ci ildə X8 adlı uşaqları anadan olmuşdur. xx.xx.2018-ci il təvəllüdlü X3 atası iddiaçı Cavabdeh, anası isə X2r. X16 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-V 027664 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2024-cü ildə X11 adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il təvəllüdlü X7 atası iddiaçı Cavabdeh, anası isə X2r. X16 Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV 684125 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2021-ci ildə X9 adlı uşaqları anadan olmuşdur. xx.xx.2021-ci il təvəllüdlü X4 atası iddiaçı Cavabdeh, anası isə X2r. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində qətnamə qəbul edilməsindən 6 il keçməklə uşağın tələbatlarının artmasını, Cavabdeh qazancının qeyri müntəzəm olmasını, ondan sabit pul məbləğində ayda 235 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, cavabdehin hal-hazırki nikahından himayəsində 3 azyaşlı övladının olmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-5034/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10 oktyabr 2012-ci ildə anadan olmuş X1, yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat məbləğində aliment sabit pul məbləğində tutularaq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci və Mülki Prosessual Məcəlləsinin 213-214,216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-5034/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini vaxtdan etibarən 10 oktyabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin.
3. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər.
4. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev