Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3029/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2109 (iki min yüz doqquz) manat pulun və 147 manat məbləğində icra xərclərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ilin noyabr ayının əvəllərində ona müraciət edərək bildirib ki, "xxxx" bankdan kredit götürmək istəyir, həmin krdeit müqaviləsinin təminatı kimi ona zamin durmağını xahiş etmişdir. Həmin vaxt Cavabdeh ilə yaxın münasibətdə oldğu üçün onun təklifi ilə razılaşmışdır. Cavabdeh 04 noyabr 2014-cü ildə "xxxx" İKB ASC ilə kredit müqaviləsi bağlayaraq bankdan illik 28 faizlə, 24 aylığa, 3820 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi 04 noyabr 2014-cü ildə o və digər zamin X7 "xxxx" İKB ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Bir müddətdən sonra Cavabdeh aylıq kredit ödənişlərini ödəməmiş, onunla bir neçə dəfə öhdəliyi barədə danışsalar da heç bir nəticəsi olmamışdır. Cavabdeh borclu oldğuğu kredit borcunu tam ödəmədiyi üçün, "xxxx" İKB ASC onlara qarşı kredit borcu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Ağdam Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli, 2(013)-64/2016 saylı qətnaməsinə əsasən ondan və digər cavabdehlərdən 3184,21 ABŞ dolları əsas, 1030,60 ABŞ dolları faiz borcu, 35 ABŞ dolları dəbbə pulu, cəmi 4249,81 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilmişdir. Ağdam Rayon 146 saylı tam orta məktəbində müəllim işləyirəm. Ağdam Rayon Məhkəməsinin qətnaməsi ilə "xxxx" İKB ASC-nin xeyrinə tutulmalı olan kredit borcunun bir hissəsi, yəni 2109 manat məbləğində pul mənim əmək haqqımdan tutularaq bankın hesabına ödənilmişdir. Hazırda banka olan kredit borcu tam ödənilmişdir. Bundan əlavə 2109 manat borcun 7 faizini yəni 147 manat məbləğində pulu icra xərci kimi Ağdam Rayon icra və Probasiya şöbəsinin hesabına ödəmişdir. Cavabdeh borclu oldğu 2109 manat məbləğində pulu dəfələrlə ödəməsini tələb etmişdir, lakin bir nəticəsi olmamışdır. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE 08339165 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1961-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA 260171 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş Ağdam rayonu, İcra Hakimiyyəti Başçısının Birinci Dördyol qəsəbə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 493 saylı, 06 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayon İHB-nin Birinci Dördyol qəsəbəsində 618 nömrəli evdə müvəqqəti qeydiyyatda durmaqla yaşayır. Mülki işə əlavə edilmiş Ağdam rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 177696 nömrəli məktubdan müəyyən olunur ki, 1198.45 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun borcu İddiaçı pensiyasının 50%-ə yönəldilməklə tutulması göstərilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli, 3-29-38/2-743/2023 saylı məktubdan müəyyən olunur ki, Ağdam rayonu 146 saylı tam orta məktəbində müəllim işləyən İddiaçı 01 may 2021-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək aylıq vəzifə maşından cəmi 2109 manat tutulmuşdur. Mülki işə əlavə edilmiş Ağdam Rayon Məhkəmməsinin 2(13)-64/2016 saylı, 05 fevral 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh, İddiaçı və X3 3184.21 ABŞ dolları əsas borc və 1030.60 ABŞ dolları faiz borcu, 35 ABŞ dolları dəbbə pulu, cəmi 4249.81 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumuu tutularaq "xxxx" X1 xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş 04 aprel 2014-cü il tarixli bank hesab, kredit vvə zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə "xxxx" X4 ilə Cavabdeh, İddiaçı və X6 arasında bağlanmışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh "xxxx" X2 kredit götürmüş, həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı Muuğan oğlu cavabdehin bank qarşısında götürdüyü öhdəliyin icrasının təminatı kimi öhdəlik götürmüşdür. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ödənilməli olan kredit borcu Cavabdeh tərəfindən ödənilmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı pul tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh kredit borcunun İddiaçı tərəfindən ödənilməsi məhkəmə iclasında və iş materiallarıda olan sənədlərlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı oğunun xeyrinə 2109 manat və ödənilmiş 147 manat məbləğində icra xərci tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh 42.56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 2109 (iki min yüz doqquz) manat və 147 manat icra xərci tutularaq İddiaçı verilsin. Cavabdeh 42.56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3029/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3029/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver