Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-303/2023 12.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “Reqres hüququ əsasında 3434,27 manat və Dövlət rüsumu hesabına ödənilmiş 54,35 manat pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2424,27 manat və Dövlət rüsumu hesabına ödənilmiş 54,35 manat alınaraq onun xeyrinə verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə verərək cavabdeh X4 qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırdığını və hazırda mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini qeyd etmişdir. Odur ki, iddia ərizəsinin baxılmamış saxlamılmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı barədə bildiriş tərəflər tərəfindən şəxsən qəbul edilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X4 qarşı “Reqres hüququ əsasında 3434,27 manat və Dövlət rüsumu hesabına ödənilmiş 54,35 manat pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-303/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-303/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver