Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3045/2021 15.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Cavabdeh2 Cavabdeh Cavabdeh3 vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Orucov Ara0z Həsən oğluna və Cavabdeh3 qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 ABŞ dolları əsas borc, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 200 ABŞ dolları pulun, 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, cəmi 5200 ABŞ dolları pul alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2007-ci ildən 2013-cü ilə qədər Rusiyadan göndərdiyi dollar şəklində pulun 5000 (beş min) dolları qaynatası Cavabdeh1 tərəfindən həyat yoldaşı Cavabdeh3 iştirakı ilə mənimsənilib. Cavabdeh1 bu əmələ əl atmağının səbəbi onun bacısı X5 2000 (iki min) dollar pul borclu olmağıdır. 2007-ci ildə həmin pulu borc alıb kiçik buynuzlu heyvan almışdır. Bu heyvanı da və həyətində olan beş-on heyvanı da satıb dayısı X1 ayı 200 dollara sələm vermişdir. X4 vətəndaşıdır. Şəmsəddin tərəfindən hər ay 200 dollar pul almalı idi. O də həmin 2007-ci ilin noyabr ayında Süleymanov Şəmsəddinin olduğu şəhərə işləməyə getmişdir. Orada bilmişdir ki, Şəmsəddinin nə 200 (iki yüz) dollar nə də 2000 (iki min) dolları geri Cavabdeh1 göndərməyə imkanı var idi. Buna qəzəblənən Cavabdeh1 dayısı Şəmsəddin Süleymanovun acığını ondan almışdır. X9 2000 (iki min) dollarını onun evinə göndərdiyi pulu mənimsəyərək və öz həyətinə aldığı iribuynuzlu heyvanı da apararaq əvəzləşdirmişdir. 2009-cu ildən 2013-cü ilə qədər ildə bir dəfə xərcləməyə macal olunmayan 500-800 civarında olan dolları, (yəni hər il Rusiyadan Azərbaycana bilet alan günü bu dolları göndərmiş və üç gün müddətində evdə olmuşdur) həyal yoldaşı Cavabdeh3 kiçikbuynuzlu heyvan almaq üçün atasına vermiş və ondan gizlətmişdir. Bu fakt ona qonşusu X7 tərəfindən deyilib. Onun həyat yoldaşı onun evində etiraf edib ki, göndərdiyi 3000 (üç min) dollar pulu kiçikbuynuzlu heyvan almaq üçün atasına vermişdir. 2004-cü ildən bu ilə qədər İddiaçı bu pulun ona qaytarılmasını dəfələrlə tələb etmiş, lakin bunun qarşılığında Cavabdeh1 tərəfindən təhqirə və evində qanunsuz saxladığı naqan tipli tapançası ilə onun başından atmaqla hədəyə məruz qalmışdır. Bu altı illər ərzində Cavabdeh1 qapısına nə vaxt pulunu istəməyə getmişsə özü və oğlanları tərəfindən döyülüb təhqir olunmuş və bu kəlmələri eşitmişdir “birdə bu qapıya gəlsən sənin başını güllə ilə deşəcəm”. Deyəndə ki, məhkəməyə müraciət edəcək və qanunsuz silahla onu hədələməyinə görə ondan şikayət edəcək. Cavabında Cavabdeh1 tərəfindən məhkəməyə qarşı ağır və təhqiramiz sözlər eşitmişdir. Ona məhkəmə heçnə edə bilməz. Belə başa düşür ki, Araz tövləsində iribuynuzlu heyvanı çox görüb ona güvənir və məhkəməyə qarşı belə nalayiq sözlər işlədir. Bu az olmuş kimi həyat yoldaşını da ondan uzaqlaşdırmışlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı qızı Cavabdeh3 əri olmuş, aralarında yaranan narazılığa görə ayrılmışlar. İddiaçı Rusiya Federasiyasından ona pul göndərməmişdir. İddiaçı pulu ailəsinin dolanışacağı üçün qızı Cavabdeh3 göndərmiş, həmin vaxt qızı iddiaçının anası ilə birlikdə yaşamış, qızı pulu ailəsinin dolanışacağına sərf etmişdir. İddiaçının yazdıqları şər, böhtandır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı qızı Cavabdeh3 əri olmuş, aralarında yaranan narazılığa görə ayrılmışlar. İddiaçı 2007-2013cü illərdə Rusiya Federasiyasında yaşamış, ona pul göndərməmiş, heç bir pul məbləği görməmişdir. İddiaçı pulu arvadı Cavabdeh3 göndərmiş, həmin vaxtlar qızı iddiaçının anası ilə bir yerdə yaşamışdır. Göndərilən pullar ailənin dolanışığı üçün göndərilmiş və həmin məqsədlər üçün istifadə edilmişdir. İddiaçının yazdıqları şər, böhtandır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ilə 2010-cu ilin noyabr ayında evlənmiş, sonuncu 2007-ci ildə Rusiya Federasiyasına getmişdir. İddiaçı onu döyüb, söyüb, təhqir etdiyindən 4 il əvvəl atası evinə getmiş, iddiaçı gələrək onu incitməyəcəyinə söz verdiyindən barışmışlar. Atası tərəfindən onlara 3 baş iri buynuzlu heyvan verilmiş, iddiaçı həmin heyvanları 1200 ABŞ dollarına satmışdır. İddiaçı onu yenidən incitdiyindən yenidən atası evinə getmişdir. İddiaçı Rusiya Federasiyasında olarkən sonuncunun anası ilə birlikdə yaşamışdır. İddiaçı ailənin dolanışığı üçün onlara müxtəlif vaxtlarda hər dəfə 100-200 ABŞ dolları məbləğində pul göndərmiş, həmin pulları ailənin dolanışığına sərf etmişdir. İddiaçı pulu bank vasitəsilə göndərmiş, sonuncunun qardaşı pulu alaraq onlara vermişdir. Göndərilən pul heç kim tərəfindən mənimsənilməmişdir. İddiaçının yazdıqları şər, böhtandır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı Eldar 2007-2013-cü illər ərzində Rusiya Federasiyasından ailəsinin dolanışığı üçün pul göndərmiş, həmin pulları qardaşının arvadı Cavabdeh3 vermişdir. Həmin dövrlərdə Cavabdeh3 onun anası ilə birlikdə yaşamışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı və Cavabdeh3 01 noyabr 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Orucova soyadı verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X13 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarındakı sənədləri araşdıraraq müəyyən etdi ki, İddiaçı 01 noyabr 2010-cu ildə Cavabdeh3 ilə evlənmişdir. İddiaçı 2007-2013-cü illər ərzində ailəsinin dolanışığı üçün arvadı Cavabdeh3 pul göndərmişdir. Həmin dövrdə cavabdeh iddiaçının anası ilə bir yerdə yaşamışdır. Cavabdeh3 iddiaçının göndərdiyi pulu ailənin dolanışığına sərf etmişdir. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. İddiaçı göndərdiyi pulun məbləği barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 2007-2013-cü illər ərzində ailənin dolanışığı üçün Rusiya Federasiyasından Cavabdeh3 pul göndərdiyindən və həmin pul ailənin dolanışığına sərf edildiyindən, həmçinin digər cavabdehlərə pulun göndərilməsi və bunun sonuncular tərəfindən mənimsənilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3045/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3045/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver