Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3052/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onu söyüb-təhqir etdiyindən və ölümlə hədələdiyindən onun xeyrinə 10.000 manat məbləğində mənəvi zərərin tutulmasına və həmin məbləğin 5 000 manat hissəsini X11 ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 iyun 2022-ci ildə həyat yoldaşı X2 qohumu hazırkı iş üzrə cavabdeh X1 ********** nömrəli mobil nömrədən ona zəng edərək söyüb təhqir etmiş və onu öldürəcəyi ilə hədələmişdir. Bundan sonra şikayət ərizəsi ilə Bərdə Rayon Prokurorluğu isə öz növbəsində sözügedən şikayət ərizəsini 23 iyun 2022-ci il tarixli 393ş-22 nömrəli məktubu ilə Bərdə rayon Polis şpbəsinə göndərmiş və Bərdə rayon Polis Şöbəsinin törədilmiş və ya hazırlanan cinayətlər barəsində məlumtaların qeydiyyatı kitabında 2543-cü sırada qeydə alınaraq İftixar Yadulla oğluna həvalə olunmuşdur. Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X3 12 iyul 2022-ci il tarixli HK 1 /2543 nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqıında qərar qəbul etmişdir. Cavabdeh Bərdə rayon Polis Şöbəsində verdiyi izahatda da bu faktı dəqiqləşdirmişdir. Belə ki, o, izahatında qeyd etmişdir ki, İddiaçı onun uzaq qohumudur, İddiaçı həyat yoldaşının qardaşı İlkin Muradov onun dostudur, 19 iyun 2022-ci il tarixdə İlkin Muradov öz mobil telefonunda, bacısı yəni İddiaçı hıyat yoldaşı X4 sosial şəbəkəsində qoyduğu statusu ona göstərmiş həmin statusda Xədicə Muradova onun vəfat etmiş əmisinin adını qeyd edərək təhqiramiz sözlər yazmışdır. O, bu barədə anasına demiş, anasıda İddiaçı zəng edərək Xədicənin bu hərəkətinə irad bildirərərk statusu silməsini bildirmişdir. Anası bu barədə ona deyərkən o, əsəbləşərək Eminə zəng edib onu söymüş təhqir etmiş, əsəbi vəziyyətdə olduğuna görə onu öldürməklə hədələmişdir. 22 iyun 2022-ci il tarixdə 16.29 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Xədicə Muradovanın qohumu Cavabdeh ********** nömrəli mobil nömrədən ona zəng edərək nalayiq sözlərlə söyüb təhqir etmiş, onu avtomobillə vurub öldürəcəyini deyərək hədələmiş, o cümlədən ona, onu vəfat etmiş atasına, müəllimə işləyən anasına, bütövlüklə ailəsinə qarşı var yox söyüşü söymüşdür. Bu səbəbdən də onun halı pisləşərək 10 gün təyziqi qalxmış başı ağrımışdır. Əvvələr Cavabdehla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Güman edir ki, qaynı X6 onunla ədavətli olduğuna görə Cavabdeh da qaynı İlkin Muradov öyrətmiş və onu təhqir edib hədələməsini təşkil etmişdir. Beləliklə də ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, İddiaçı əsəbləşərək təhqir etmişdir. İddianı əsassız hesab edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Seriya AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1981-ci ildə Xankəndi şəhərində doğulmuşdur, Ağdam rayonu, Küşdazlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA430279 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınlar və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Bərdə rayon Bölməsi tərəfindən verilmiş 1820 saylı, 25 iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, Bərdə şəhəri, ünvan 1 ünvanında müvəqqəti məskunlaşıb. İş materiallarında olan materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 12 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, İddiaçı müraciəti əsasında torplanmış HK-1/2543 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh İddiaçı söyüb təhqir etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçının iddia tələbinə münasibətdə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarının qeyd edilməsini məqəsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 10cu maddəsində qeyd olunur ki, hər bir insan öz fikrini ifadə etmək hüququna malikdir. Bu hüquqa öz fikrinə tərəfdar çıxmaq, dövlət orqanları tərəfindən maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq məlumatları almaq və yaymaq azadlığı daxildir. Konvensiyanın 10-cu maddəsi ilə qorunan hüquqlar təkcə konkret məsələ barədə fikri ifadə etmə hüququnu deyil, həm də məlumat əldə etmək və öz rəyində qalmaq hüququnu ehtiva edir. Bütün bunlar kütləvi informasiya vasitələrinin, o cümlədən mətbuatın, televiziyanın, radionun, kitabların, jurnalların və s. vasitəsilə azad informasiya axınına imkan verən cəmiyyətin mövcudluğunu nəzərdə tutur. Qeyd olunanlara baxmayaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsi jurnalistlərə və kütləvi informasiya vasitələrinə mütləq ifadə azadlığı hüququnu vermir. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, bu azadlığın məhdudlaşdırılması çox ciddi nəzarət tələb edir. Bu, xüsusilə o hallara aiddir ki, milli hakimiyyət orqanlarının gördüyü tədbirlər və ya tətbiq etdiyi sanksiyalar qanuni ictimai maraq doğuran məsələlərin müzakirəsindən mətbuatı çəkindirə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, insan hüquqları davranışlarda hədsiz icazələrin və qeyri-məhdud volyuntarizmin məcmusu kimi şərh edilməməlidir. Əksinə, hər bir hüquq və azadlıq dəqiq tənzimlənmiş çərçivələrə malikdir: hər bir azadlıq müvafiq vəzifə doğurur. Ümumi maraqlara əməl edilməsi, digər şəxslərin hüquqlarına qəsd etməmək, adətlərə hörmət göstərilməsi, hansı qisimdə yol verilməsindən asılı olmayaraq digər vətəndaşların maraqlarına toxunan özbaşına, xüsusilə də zorakı hərəkətlərin yolverilməzliyi belə vəzifələrin ifadə formalarına nümunə kimi göstərilə bilər. Dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz digər insanların azadlığının başlandığı sərhədədək uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azadlığın bu xüsusiyyəti hələ 26 avqust 1789-cu il tarixdə Fransada qəbul olunmuş İnsan və vətəndaş hüquqları haqqında Bəyannamənin 4-cü maddəsində qeyd olunur: «…Azadlıq başqalarına ziyan vurmayan hər şeyi etmək imkanıdır: bu mənada hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşır». Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1-ci maddəsinə əsasən Mülki Məcəllənin vəzifələrindən biri də fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüququnu qorumaqdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normaların, Ali Məhkəmənin Plenumunun tövsiyələrini nəzərə alaraq qeyd edir ki, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. “M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2014-cü il tarixli qərarı”nda qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçı iddia tələbində göstərdiyi xüsusatları iş materiaallarına əlavə etdiyi sənədlərlə təsdiq etdiyindən və cavabdeh iddianı etiraf etdiyindən iddia qismən təmin edilməlidir. Bundan başqa iddiaçı tərəfindən verilmiş CD disk məhkəmə tərəfindən dinlənilmiş və Cavabdeh İddiaçı, onun ailəsini ağır söyüşlərlə təhqir etməsi faktı öz təsdiqini tapmışdır. Bu fakt cavabdeh tərəfindən də etiraf edilmiş və əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü madəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilməli, 2000 manat mənəvi ziyan Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilsin. Mənəvi ziyana görə Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3052/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3052/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver