Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3053/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 08 avqust 2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən avtomobilə 2000 AZN sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 08 avqust 2015-ci il tarixdə cavabdeh Əliyev Hilal Vahid oğlu tərəfindən idarə olunan “BMV” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törədərək, “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh Vahid oğlu barəsində AR DİN Dövlət Yol Polis İdarəsi tərəfindən 758756 saylı inzibati xəta haqqında protokolu tərtib edilmişdir. Nəqliyyat vasitələrinin yol-nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 AZN zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mersedes Benz” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2000 manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, 08 avqust 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nərgiz Səmədova məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh Vahid oğluna məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdeh Cavabdeh Vahid oğlunun məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 29 fevral 2016-cı il tarixli, 025102 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, X2 2000 manat sığorta ödənişini almışdır. İş materiallarında olan inzibati xəta haqqında 758756 nömrəli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh 08 avqust 2015-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsilə hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını pozaraq qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmuşdur, avtomobili etibarnaməsiz idarə etmişdir. Buna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə 60 manat cərimə olunmuşdur. İş materiallarında olan 22 fevral 2016-cı il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən müəyyən olunur ki, “Mersedes Benz” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2000 manat ziyan dəymişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 1985-ci ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuş, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatın surətindən müəyyən olunur ki, özünə məxsus BMV-730 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir, 08 avqust 2015-ci il tarixdə təxminən saat 23.50 radələrində avtomobilində həyat yoldaşı X6 qızı, azyaşlı uşaqları Vahid, Hilalə, Fatimə və Emin olmaqla onlar Bərdə şəhəri Koroğlu küçəsi ilə Tərtər istiqamətinə təxminən saatda 40-50 km sürətlə hərəkət etmişdir, həmni vaxt onun qarşı tərəfi ilə dövlət qeydiyyat nişanını bilmədiyi bir Qazel markalı avotomobil hərəkət etmişdir. O, həmin vaxt çaşıb avtomobilini yolun soluna qarşı əks zola çıxaertmışdır, öz yolu ilə hərəkət edən sonradan adını bildiyi Oktay adlı şəxsin “Mersedes” markalı maşını ilə öz maşını qarşı qarşıya toqquşmuşdur. Hadisə nəticəsində o, heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobili saz vəziyyətdə olmuşdur. İş materiallarında olan X2 tərəfindən Bərdə Rayon Polis Şöbəsinə verilmiş izahatın surətindən müəyyən olunur ki, özünə məxsus Mersedes-Benz 180 markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 08 avqust 2015-ci il tarixdə təxminən saat 23:50-dəqiqədə o, öz idarə etdiyi həmin avtomobili ilə tək halda sərxoş olmadan Bərdə şəhəri Koroğlu küçəsi ilə təxminən saatda 30 km sürətlə hərəkət edərkən BMV markalı avtomobil ötmə əməliyyatı etmək üçün yolun qarşı tərəfindən onun solundan onun yoluna təxminən 30-90 km sürətlə hərəkət edib qəflətən təxminən ara məsafəsi 15 metr olarkən çıxdığından, onun yolunda avtomobillər qarşı qarşıya olaraq toqquşmuşlar, hadisə zamanı tək olmuşdur, hadisənin baş verməsinə səbəb Hilalın avtomobili ilə onun yoluna çıxması olmuşdur. İş materiallarında olan Pretenziyanın surətindən müəyyən olunur ki, Cavabdeh 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin ofisinə yaxınlaşması, əks halda məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 138-34911-1221 nömrəli mətubun surətindən müəyyən olunur ki, DİN-in BDYPİ-in mərkəzi məlumat sisteminə baxış zamanı 08 avqust 2015-ci il tarixdə Əliyev Hilal Vahid oğlunun adına inzibati xəat haqqında protokolun tərtib edilməsi müəyyən olunmamışdır. Qeyd edilən inzibati xəta pozuntusu Cavabdeh Şahid oğlu tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarrnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Əhmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, iİddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 08 avqust 2015-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz” maarkalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən avtomobilə 2000 AZN sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki iş materiallarında olan və məhkəmə sorğusu ilə alınmış cavab məktubundan müəyyən edilmişdir ki, hadisə Cavabdeh Şahid oğlu tərəfindən törədilmiş və həmin şəxsin barəsində 043879 saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. Lakin iş materiallarında iddiaçı təşkilat Cavabdeh Şahid oğluna qarşı deyil, Cavabdeh qarşı tələb irəli sürmüşdür. Bundan başqa iş materiallarında olan758756 saylı inzibati xəta haqqında protokol isə Cavabdeh barəsində tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddia tələbi faktiki olaraq iddiaya cavab verə bilməyən şəxsə qarşı yönəldiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3053/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3053/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver