Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3089/2025 21.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə Müəyyənetdim: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, “X1” "xxxx" MMC-nin hərəkətlərinin qanunsuz sayılmasına və mülkiyyətində olan Bərdə rayonu Çəmənli kəndində yerləşən 0.28 ha torpaq sahəsində yerləşən 205.1 kv.m sahədən ibarət fərdi yaşayış evinin "xxxx" KB ASC tərəfindən qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli, 284/23 saylı açıq hərracın yekunlarına dair protokolun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarına əlavə edilmiş 284/23 saylı Açıq hərracın yekunları barədə Protokoldan da görünür ki, cavabdeh təşkilat Bakı şəhəri Yasamal rayonu Məhəllə 563, Kazım Kazımzadə küçəsi 123 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın ünvanı ünvan 1ddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız sayılması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı Cavabdeh1nə və Cavabdeh2 MMCyə qarşı “hərrac nəticələrinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı “hərrac nəticələrinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3089/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3089/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver