Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3093/2021 05.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Bəhman oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Cəfər oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Bəhman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Bəhman iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci il təvəllüdlüdür, ailəlidir, Ağdərə rayonun Sırxavənd kəndindən məcburi köçkündür. 12 dekabr 2020-ci il tarixdə Cavabdeh Cəfər oğlu ona müraciət edərək, satlıq malqarasının olub-olmamasını soruşmuuşdur. Bəhmənyar Abbasovu əvvəllər tanıdığından yəni əvvəllər mal alverdi etdiyini bildiyindən, maddi durumunun ağır olduğundan, mal-qarasını bazara aparmaqda çətinlik çəkdiyindən satlıq malının olduğunu Bəhmənyara bildirmişdir. Beləliklə 24 baş keçi, 1500 manata və 1 baş inək düzəyini 500 manata razılaaşaraq ona təhvil vermişdir. Bəhmənyar Abbasov ona bildirmişdir ki, üç gün müddətində heyvanları satıb 2000 manat puluumu gətirib verəcəkdir. O, da cavabdehin sözünə inanıb razılaşmışdır. Lakin Cavabdeh sözünə əməl etməmiş, həmin vaxtdan xeyli keçməsinə baxmayaraq 2000 manat borcdan bir manat belə ödəməmşdir, yəni 2000 manat pulunu bu günə qədər verməmişdir. Onun mobil telefonuna dəfələrlə zəng etmiş, pulu gətirib verəcəyinə söz vermiş, ancaq son günlərdə artıq telefonu bağlamış, onun zənglərinə cavab verməmişdir. Odur ki, Cavabdeh 2000 manat pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnaməyə ehtiyacı vardır. Məhkəmə iclasında iddiaçı Qəhrəmanov Nurlan Rəhman oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Abbasov Bəhmənyar Cəfər oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Abbasov Bəhmənyar Cəfər oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1992-ci ildə Ağdam rayonunda doğulmuş, Ağdam rayonuun Sırxavənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Oğuz rayonu İcra Hakimiyyəti Başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, 285 nömrəli arayışdan müəyyən olunur ki, Ağdam Rayonu Sırxavənd kənd sakini Qəhrəmanov Nurlan Rəhman oğlu Oğuz rayonu Yaqublu kəndində məskunlaşmışdır. İş materiallarında olan Bərdə rayonu, Zümürxan kənd inzibati ərazi dariəsi üzrə nümayənddəliyi tərəfindən verilmiş 354 nömrəli, 30 avqust 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Ağdərədən məcburi köçkün Cavabdeh Cəfər oğlu Bərdə rayonu Zümürxan kəndinddə məskunlaşıb, hal-hazırda ailə uşağı kənddə yaşayır, özü isə ərazidə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Qəhrəmanov Nurlan Rəhman oğlunun Cavabdeh Cəfər oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3093/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3093/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver