Məhkəmə qərarları › İş №2(021)-31/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-31/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-31/2024 29.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya Cavabdeh1, Cavabdeh2) qarşı “Borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 2015-ci il 16 yanvar tarixli kredit müqaviləsi üzrə 13584.35 ABŞ dolları əsas, 16159.94 ABŞ dolları faiz, 5042.13 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2111.55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 36897.97 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan və Bərdə şəhəri Ş.İsmayılov küçəsində yerləşən, 3 otaqlı, 109.4 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 45.8 kv.m. yardımçı sahədən ibarət 78 “A” nömrəli fərdi yaşayış evinə və 0.0329 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri Ş.İsmayılov küçəsində yerləşən, 3 otaqlı, 109.4 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 45.8 kv.m. yardımçı sahədən ibarət 78 “A” nömrəli fərdi yaşayış evinin və 0.0329 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bərdə şəhəri Ş.İsmayılov küçəsində yerləşən, 3 otaqlı, 109.4 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 45.8 kv.m. yardımçı sahədən ibarət 78 “A” nömrəli fərdi yaşayış evi və 0.0329 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Bərdə şəhəri Ş.İsmayılov küçəsində yerləşən, 3 otaqlı, 109.4 kv.m. ümumi, 63.6 kv.m. yaşayış, 45.8 kv.m. yardımçı sahədən ibarət 78 “A” nömrəli fərdi yaşayış evinə və 0.0329 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bundan başqa İddiaçı ASC-nin nümayəndəsi Mirumud Seyidov məhkəməyə ərizə göndərərək İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Faiz qızına və qeyrisinə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsini baxılmamış saxlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin banka geri göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin ərizəyə əlavə edilmiş İddiaçı ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, nümayəndə Mirumud Seyidova iddia ərizəsini baxılmamış saxlanılması və iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birgə geri qaytarılması barədə ərizə verməsi üçün səlahiyyət verilməmişdir. Məhkəmə hesab edir ki, iddia Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə görə, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 dekabr 2023-cü il tarixli 9/8495 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar