Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3106/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6, onun nümayəndəsi və vəkili X11, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı İsmayılov Maarif Arif oğlunun iştirakı ilə, İddiaçı Gülməmmədova Nübar Qaraca qızının Cavabdeh Arif oğluna qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Gülməmmədova Nübar Qaraca qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 0,71 ha torpaq sahəsindən çıxarılması, 28800 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı pul qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə 7700 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bərdə rayonunda 1997-ci ildə aqrar islahat gedən vaxtı mərhum həyat yoldaşı X15 oğluna 0.71 ha torpaq sahəsi JN 116, KOD 61000068 saylı dövlət aktı verilmişdir. Belə ki, torpaq sahəsi, Bərdə rayonunun Məmmədli kəndi ərazisində yerləşir, Mərhum həyat yoldaşı 03 avqust 2009-cu ildə vəfat edib, yoldaşı vəfat edəndən sonra torpaq sahəsini bir neçə il istifadə ediblər, lakin 8 ildir cavabdeh torpağı zəbt edib çıxmır və onlara məxsus yerdə bir ildə 4 dəfə yonca biçir, bu da bir ildə 800 yonca kipi edir, 8 ildə 6400 ədəd yonca kipi mənimsəyib, bununla da ona 28.800 manat maddi ziyan vurub. Hətta dəfələrlə boşaldıb özlərinə təhvil verilməsini desə də nəticəsi olmayıb. Hesab edir ki, 28.800 manat pul alınıb ona verilməklə, onun mərhum həyat yoldaşına məxsus torpaqdan çıxarılmalıdır, bununla bağlı mütəxəssis rəyində ona vurulmuş ziyan aşağıdakı şəkildə qiymətləndirilmişdir: Bərdə rayonu, Məmmədli kəndində 0.71 ha əkin sahəsində əkilən yonca otunun bir ildə məhsuldarlığı və bir kip yonca otunun bazar qiyməti aşaıdakı kimi müəyyən edilir :- 0.71 ha əkin sahəsində yonca otu ilə də 4 dəfə biçilir və 800 kip yonca otu əldə edilir, 800 kipx4 manat=3200 manat, 1 ildə götürülən məbləğ cəmi 3200 manat, 8 ildə 0,71 ha torpaq sahəsindən 800 kip x 8 ilə = 6400 yonca otu kipi, 6400x4 manata=25.600 manat, beləliklə 0.71 ha əkin sahəsindən 8 ildə cəmi 25600 manatlıq yonca otunun dəyəri edir. Cavabdeh tərəfindən qeyri qanuni hərəkəti nəticəsində ona ümumilikdə 28.800 manat maddi ziyan vurulmuşdur. Onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini 4500 manata satın almışdır, bundan əlavə həmin torpaq sahəsinin münbitləşdirilməsi üçün 3200 manat məbləğində öul xərcləmişdir, həmin torpaq sahəsini alması üçün təsərrüfatında olan 4 baş yanı balalı inək satmışdır, keçən müddət ərzində həmin iri buynuzlu mal-qaranı saxlamaqla xeyli məbləğdə gəlir əldə edə bilərdi. Bundan başqa cavabdehə torpağı alması ilə əlqədar verdiyi pulun həmin dövr üçün dəyəri yüksək olmuşdur. Keçən müddət ərzində manat dəyərdən düşmüşdür. Cavabdehə ödədiyi pulla keçən müddət ərzində xeyli gəlir əldə edərdi, bu səbəbdən də məcbur olub məhkəmədə qarşılıqlı iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 nümayəndəsi və vəkili X17 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ürə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh Arif oğlu iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx xxxx 1959-cu ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Şahvəlilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Şahvəlilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 157 nömrəli, 28 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Gülməmmədova Nübar Qaraca qızı Bərdə rayonu, Şahvəlilər kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 avqust 2021ci il tarixli, 1112-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X7 03 avqut 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə şəhər İİMB-nin direktoru X12 tərəfindən verilən rəydən müəyyən olunur ki, Bərdə rayonu, Məmmədli kəndində 0.71 ha əkin sahəsində əkilən yonca otunun bir ildə məhsuldarlığı və bir kip yonca otunun bazar qiyməti aşaıdakı kimi müəyyən edilir: - 0.71 ha əkin sahəsində yonca otu ilə də 4 dəfə biçilir və 800 kip yonca otu əldə edilir, 800 kipx4 manat=3200 manat, 1 ildə götürülən məbləğ cəmi 3200 manat, 8 ildə 0,71 ha torpaq sahəsindən 800 kip x 8 ilə= 6400 yonca otu kipi, 6400x4 manata=25.600 manat, beləliklə 0.71 ha əkin sahəsindən 8 ildə cəmi 25600 manatlıq yonca otunun dəyəri edir. İş materiallarında olan İİİ-JQ 353579 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Gülməmmədov Bayram Əlqəmə oğlu ilə, Əhmədova Nubar Qaraca qızı arasında nikah 12 dekabr 1984-cü ildə 34 nömrəli nikah akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada Gülməmmədova soyadı verilmişdir. İş materiallarında olan JN 116 nömrəli KOD 61000068 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə, Bərdə rayonu, Məmmədli kəndində Gülməmmədov Bayram Əlqəmə oğluna 0.71 ha pay torpaq sahəsi verilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh İsmayılov Maarif Arif oğlunun iddiaçının pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Lakin iddiaçı cavabadehin ona 28.800 manat ziyan vurmasını sübut edə bilməmiş, bu barədə iddia tələbinə heç bir sənəd əlavə etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı onun qeyd edirki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh torpaq sahəsini almasını məhkəmə iclasında və iddia tələbində sübut edə bilməmiş və həmin mübahisəli torpağı hal-hazırda əkib-biçdiyini etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı məxsus olan Bərdə rayonu Məmmədli kəndində yerləşən 0.71 ha pay torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, iddiaçı X3 mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onun iddia tələbi qismən təmin edilməklə Cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində çıxarılmalı və iddiaçının mübahisəli torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqları bərpa edilməlidir. Lakin vurulmuş ziyanla bağlı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı X3 Cavabdeh Arif oğluna qarşı torpaqdan çıxarılma və ziyan tələbinə dair iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh iddiaçı X3 mülkiyyətində olan, Bərdə rayonu Məmmədli kəndində yerləşən 0,71 ha pay torpaq sahəsindən çıxarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X4 ödənilsin. İlkin iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3106/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3106/2021
20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver