Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-311/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə cavabdehlərdən 1870 manat miqdarında pulun və əldən çıxmış fayda şəklində 300 manat, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 39 manat dövlət rüsumunun ödənilməsinə dair ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək Bərdə Rayon Məhkəməsinə verilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-109/2022 saylı hökmü ilə Cavabdeh1 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cavabdeh2 isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Həmin hökmə əsasən Cavabdeh1 özgənin əmlakını ələ keçirtmək məqsədi ilə arvadı Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək tanışı İddiaçı hüquq mühafizə orqanlarında çalışan qohumlarının olmasını deyib etibarından sui-istifadə edərək sonuncunun oğlu X2 Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin 1000 (bir min) nağd pul müqabilində Bərdə Rayon Məhkəməsində ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq, vahid niyyət ilə 08 iyun 2021-ci il tarixdə ünvan 1 ünvanında 750 (yeddi yüz əlli) manat nağd pulu, bundan təxminən iki-üç gün sonra həmin ünvanda 250 (iki yüz əlli) manat nağd pulu, sonradan vahid niyyət ilə Fərid Əzizovun barəsində 2500 (iki min beş) manat pul müqabilində Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza a təyin edilməsində köməklik edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq 06 avqust 2021-ci il tarixdə günorta vaxtlarında ünvan 2 ünvanında 2500 (iki min beş yüz) manat nağd pulu, bundan təxminən iki-üç ün sonra günorta vaxtlarında həmin ünvanda oğlu Fərid Əzizova 70 (yetmiş) manat pul müqabilində psixiatrik ekspertizadan keçirdərək psixi pozuntu diaqnozu qoyulmasında kömək edəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq 70 (yetmiş) manat nağd pulu, ümumilikdə 3570 manat nağd pulu İddiaçı ələ keçirib talayaraq, zərərçəkmiş İddiaçı 3570 (üç min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işinə məhkəmədə baxılarkən ona zərər vurduqları 3.570 manatdan 1700 manatı ödədiklərindən onlardan şikayətçi olmamışdır. Ona söz vermişdirlər ki, azadlığa çıxdıqdan sonra onun pulunu qaytaracaqlar. Ancaq hökm çıxdıqdan sonra ona bir qəpik pul ödəmədilər. Bu günədək ona cəmi 1870 manat borcları qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, məhkəmə hökmündən sonra da 200 manat ödəniş etmişdir. Bu barədə ödəniş qəbzini məhkəmyə təqdim etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 1(021)1096\2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cavabdeh2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən və hökmə düzəliş qərarından müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ümumilikdə 3570 manat maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən İddiaçı dəymiş 3570 manat maddi ziyandan 2000 manat ödənilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı 200 manat ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı oğluna ümumilikdə 3570 manat maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmiş, Bərdə Rayon Məhkəməsinin 1(021)1096\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Cavabdeh2 Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən və hökmə düzəliş qərarından müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı dəymiş 3570 manat maddi ziyandan 2000 manat ödənilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı 200 manat da ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən ibarətdir: 1870 manat pul tələbi və 300 manat əldən çıxmış fayda . Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçıya 3570 manat maddi ziyan vurulmuş, həmin maddi ziyandan 2000 manat məhkəmə istintaqı zamanı, 200 manat isə məhkəmə istintaqından sonra cavabdehlər tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, təmin olunan məbləğ 1370 manat olmalıdır. Həmin Məcəllənin 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin iddia tələbinin 300 manat əldən çıxmış fayda hissəsində iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə Rayon Məhkəməsinin 1(021)1096\2022 saylı xx.xx.2022-ci il tarixli hökmü nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1370 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 39 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1370 (bir min üç yüz yetmiş) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-311/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-311/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver