Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3119/2022 24.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiаçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 (on beş min) manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsinə, 10000 (on min) manat məbləğində pulun alınaraq İddiaçı1 verilməsinə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun tutularaq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, xx.xx.2022ci il tarixdə Cavabdeh onun: İddiaçı1 evinə gələrək bildirmişdir ki, Bərdə rayonunda işlətdiyi "MAK" lombart firmasının maddi vəsaiti olmadığına görə işlədə bilmir və ona maddi vəsait lazımdır. Cavabdeh 10.000 manat pul istəmiş, hətta 7 %-ni verəcəyinə vəd vermişdir və iki ay müddətində pulu tam şəkildə qaytaracağını bildirmişdir. Cavabdeh həmin puldan cəmi iki dəfə 490 manat olmaqla qaytarmış, lakin qalan məbləği müxtəlif bəhanələrlə qaytarmamışdır. Cavabdehdən pulu qaytarmasını tələb etdikdə cavabdeh qaytarmaqdan yayınmış, yaxın qohumlar vasitəsilə sifariş göndərmişdir ki, ondan pulu istəsələr intihar edəcək. Cavabdeh aldığı borcu qaytarmaqdan hər vəchlə imtina etməklə borcu qaytarmamaq məqsədi güdür. Həmçinin onun- İddiaçı2 - həyat yoldaşı X1 rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin təmir edilməsi ilə bağlı 15000 manat məbləğində kredit götürmüşdür və bu kreditin götürülməsi barədə Cavabdeh məlumatı olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı1 evinə gələrək Bərdə rayonunda işlətdiyi "MAK" lombart firmasının maddi vəsaiti olmadığına görə işlədə bilmir və ona maddi vəsait lazımdır. Cavabdeh qohum olduğundan ona kömək etmək istəmiş və fikirləşmişdir ki, evi iki ay gec təmir edər. Cavabdeh bildirmişdir ki, 15.000 manatı ona versin, iki ay müddətində qaytaracaq. Həmin puldan 10%-nin 7%-ni ona verəcəyinə vəd vermişdir. Cavabdehə inanaraq 15.000 manatı verməyə razılaşmış və cavabdeh pulu aldıqdan sonra 3 ay müddətində 1050 manat verdikdən sonra ödəməni dayandırmışdır və iki ay keçməsinə baxmayaraq aldığı borcu geri qaytarmamışdır. Dəfələrlə borcu qaytarmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmış, yaxın qohumlar vasitəsilə sifariş göndərmişdir ki, ondan pulu istəsələr intihar edəcək. Cavabdeh onlardan pulu alması barədə iltizam yazmış və möhürləmişdir. Onlar cavabdehin onları aldadaraq pulu mənimsəməsi və qaytarmaması səbəbindən Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət etmiş, Binəqədi RPİ-nin İŞnin müstəntiqi V.Rzayev tərəfindən xx.xx.2022-ci il tarixdə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar çıxarılmışdır. Cavabdeh verdiyi izahatında onlardan pul almasını etiraf etmiş, lakin verdiyi vədə yenə də əməl etməmiş və borcu qaytarmamışdır. Cavabdeh xeyli müddət keçməsinə baxmayaraq onlara olan borcunu qaytarmamış, şifahi razılaşmanın şərtlərini pozaraq şərtləşdirilmiş vaxtda borcu qaytarmamışdır və üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, öhdəlikdən yayaınmağa başlamışdır. Cavabdeh yaxın qohumları olduğundan borcun verilməsi barədə müqavilə bağlamamışlar, cavabdehə inanmışlar. Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir, aralarında olan şifahi razılaşmanın şərtlərini yerinə yetirməkdə maraqlı olmamışdır. Ona görə də cavabdehdən 15.000 (on beş min) manat və 10.000 (on min) manat məbləğində pul alınaraq onlara qaytarılmalıdır. Bankdan kredit götürüldüyündən onlar faiz ödəmək məcburiyyətində qalmışlar, ona görə də cavabdehdən məbləğlər tam şəkildə alınaraq onlara qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı2 2022-ci ilin yanvar ayında 15000 manat, digər İddiaçı1 isə 10000 manat borc pul almışdır. Həmin pullardan İddiaçı2 3 ay 1050 manat, digər İddiaçı1 isə 3 ay 790 manat, 1 ay isə 490 manat ödəmişdir. Cavabdeh məhkəməyə bir sıra ödəniş qəbzlərinin şəkillərini və surətlərini təqdim etmişdir. Qalan borcunu maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilməmişdir. İddiaçılara qalan borcunu hissə-hissə ödəyə biləcəyini qeyd edərək iddianı etiraf etdiyi hissədə təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, İddiaçı2 həyat yoldaşıdır. İddiaçı2 qohumu Cavabdeh onlardan 15000 manat borc pul almış, 2 ay müddətində qaytaracağına söz vermişdir. Lakin cavabdeh borclu olduğu puldan cəmi 1050 manat qaytarmış, qalan pulu qaytarmamışdır. Bu barədə Bakı şəhərində 40-cı polis bölməsinə şikayət etmiş, mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iddiaçıları və cavabdehi dinləyib, şahidi dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1963-cü ildə Bərdə rayonu, Muğanlı kəndində doğulmuş, həmin ünvanda qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1985-ci ildə anadan olmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991ci ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, M.Müşviq küçəsi, ev 13-də qeydiyyatdadır. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, İddiaçı1 Cavabdeh 2 ay müddətinə 10000 manat pul vermişdir. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzdən görünür ki, İddiaçı2 Cavabdeh 2 ay müddətinə 15000 manat pul vermişdir. Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Vüsal Rzayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh İddiaçı2 15.000 manat, İddiaçı1 10.000 manat borc pul almış, Cavabdeh İddiaçı2 3 ay 1050 manat, İddiaçı1 isə 3 ay 490 manat ödəmişdir. Müraciətlər mülki xarakterli olduğundan İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 24 avqust 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 165 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 çatası 10000 manat məbləğində pulun və İddiaçı2 çatası 15000 manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verilməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin İddiaçı2 15000 manat, digər İddiaçı1 10000 manat borc alması iş materialları ilə tam sübut olunur. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı2 15000 manat, İddiaçı1 10000 manat pul borc almış, həmin pulu 2 ay ərzində qaytaracağına söz vermişdir. Məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı2 aldığı 15000 manat puldan 3 ay 1050 manat olmaqla cəmi 3150 manat qaytarmış, 11850 manat borclu qalmış, İddiaçı1 aldığı 10000 manat puldan 3 ay 790 manat, 1 ay isə 490 manat olmaqla cəmi 2860 manat qaytarmış, 7140 manat borcu qalmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edildi ki, cavabdeh tərəfindən İddiaçı2 ümumilikdə 780 manat ödənilmişdir ki, bu da iddiaçının cavabdeh tərəfindən ödənişlə bağlı məhkəmə iclasında qeyd etdiyi 3150 manatlıq ödənişlə tam əhatə edilir və onun tərkibinə daxildir. Digər ödəniş qəbzlərinin bir hissəsi Süleymanova Jalə adına ödəmələrlə bağlıdır ki, həmin şəxs hazırki iş üzrə tərəf deyil, bir sıra qəbzlər oxunmur, ödəniş çeklərinin bəzilərində ödənişin kimə ödənildiyi qeyd edilmir və ya ödənişlər iddiaçıların iddia ərizəsində qeyd etdiyi borcun verilmə tarixi olan xx.xx.2022-ci il tarixdən əvvəlki dövrü əhatə edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 11850 manat pul alınaraq İddiaçı2, 7140 manat pul alınaraq İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdən hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı1 ödənilməli, geri qalan 15 manat hissə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 11850 (on bir min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı2, 7140 (yeddi min bir yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı1 verilsin. Cavabdeh 150 (bir yüz əlli) manat dövlət rüsumu alınaraq İddiaçı1 ödənilsin. Ödənilmiş dövlət rüsumunun geri qalan 15 manat hissə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3119/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3119/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver