Məhkəmə qərarları › İş №2(021)-312/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-312/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-312/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qаrşı “maddi və mənəvi ziyan” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qаrşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 11.450 (on bir min dörd yüz əlli) manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini və Dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 40000 (qırx min) manat mənəvi ziyanın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmədə öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. İddiaçı isə iddiasında qanunsuz həbs edilməsi və həbsdə saxlanılması nəticəsində ət satışı və malların alqı-satqısından, yəni sərbəst ticarət (kommersiya) fəaliyyəti ilə məşğul olmaqla aylıq gəlir əldə edilməsindən məhrum olunduğundan 11450 manat maddi ziyan və 40000 manat mənəvi ziyanın cavabdehdən tutulmasını tələb etmişdir. Yəni göründüyü kimi iddiaçı həbs edilənədək hər hansı fiziki və hüquqi şəxslə əmək müqaviləsi bağlamamış və əmək münasibətlərində olmamışdır. Həmçinin, iddiaçının iddiası əmək hüquqlarının bərpa edilməsi ilə əlaqədar deyil. Bundan başqa iddiaçının iddiası onun pensiya, mənzil və digər əmlakından məhrum edilməsi ilə də bağlı deyil. Belə olan halda və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırda ünvan 1 ünvanının həmin yer olmasına görə məhkəmə hesab edir ki, məhkəmə tərəfindən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, işin Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməsi və orada baxılması ilə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı da məhkəmədə təmin ediləcəkdir ki, bu da çəkişmə prinsipinə riayət edilməklə ədalətli, obyektiv, qərəzsiz məhkəmə baxışının aparılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda aidiyyət məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sözügedən mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında yerləşdiyini nəzərə alaraq mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qаrşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad məlumat üçün tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar