Məhkəmə qərarları › İş №2(021)-3134/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3134/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3134/2021 06.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Hacıyev Süleyman Əhəd oğlunun cavabdeh Ələkbərov Elqayıt Rəhim oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ələkbərov Elqayıt Rəhim oğlundan 6 500 (altı min beş yüz) manat alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ələkbərov Elqayıt Rəhim oğlu ilə uzun illərdir tanışdırlar. Həmişə ondan mal-qara alveri edibdir. Onun yanında etibar qazndıqdan sonra isə 2020-ci ilin avqust ayında ondan Bərdə rayonunda dəyəri 6500 manat olan 5 baş iri buynuzlu mal alıb aparıbdır. Lakin hələ də həmin mal-qaranın pulu olan 6500 manat borc pulu ona vermir. Tərəfindən dəfələrlə cavabdehdən borcunun ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə vəd verib, ayrı-ayrı vaxt müəyyən edərək, ödəməni ləngitmiş və borcu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazırda cavabdeh ona ödəməli olduğu 6500 manat borcu qalmışdır. Cavabdehin barəsində hətda 26 yanvar 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə də şikayət ərizəsi ilə müraciəti olmuşdur. Cavabdeh polisə dəvət edərək izahatı alınarkən o, 6500 manat pul borclu olduğunu öz izahatında təsdiq etmişdir. Məhkəmə iclasında İddiaçı Əhəd oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ələkbərov Elqayıt Rəhim oğlu izahatında iddianı qəbul etməyərək, iddiaçıdan mal-qara almadığını, ona borcu olmadığını göstərərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əhəd oğlu Laçın rayonu, Dambulaq kəndində də doğulmuş, Laçın rayonu, Dambulaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş İddiaçı Bərdə rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsi əsasında toplanmış materiala əlavə edilmiş cavabdeh X2 izahatında cavabdeh İddiaçı ilə mal alveri etdiyini etiraf etmiş, lakin ona borclu olduğunu etiraf etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirməsi təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 6.500 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri təsdiq edilmir. Belə ki, cavabdeh X5 İddiaçı borcunun olmasını məhkəmə iclasında etiraf etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı olması məhkəməyə sübut təqdim edə bilmədiyindən, İddiaçı cavabdeh X3 qarşı 6.500 manat məbləğində pulun tutulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Hacıyev Süleyman Əhəd oğlunun cavabdeh Ələkbərov Elqayıt Rəhim oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar