Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3135/2021 08.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Cəfərova Nərgiz Qəzənfər qızına qarşı « borcun ödənilməsi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu X3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 05.08.1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri S.Vurğun küçəsi ev 36 saylı ünvanda qeydiyyatda olan və yaşayan X1 231 manat əsas borcun, 23 manat cərimənin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri qəbul olunmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim edilmiş ərizəyə tələbin əsaslığını təsdiq edən sənədlər əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə hesab edir ki, kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Cəfərova Nərgiz Qəzənfər qızına qarşı « borcun ödənilməsi» barədə ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Cəfərova Nərgiz Qəzənfər qızına qarşı « borcun ödənilməsi» barədə ərizənin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3135/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3135/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver