Məhkəmə qərarları › İş №2(021)-3138/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3138/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3138/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Asif oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İsif oğlundan və Cavabdeh2 Asif oğlundan 1600 manat və 30 manat rüsum pulunun, cəmi 1630 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məlum edirki, Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayır 1 iyun 2021-ci il tarixində mal bazarından Cavabdeh2 166 manat verib bir baş balalı inək alıb. Ondan şəxsiyyət vəsiqəsini istəyərkən üstündə sənədi olmadığının, əmisi oğlu Cavabdeh1da onun yanında olmuşdur. O, şəxsiyyət vəsiqəsinin surətini ona verməmişdir. Ramin vəsiqəsinin surətini ona vermişdir. Özləridə bildiriblər ki, onlar əmioğludurlar. İnəkdə gündə 8 litr süd verəcək oda onlara inanaraq 1600 manat pul verib, inəyi də balasını da yaşadığı Qoyunbinəsi kəndinə aparıb. İnək iki gün sağıldı, onların dediyi inandırdığı südü yox, 1 litr süd verdi. Ona görə də inəyi balalı aparıb Bərdə rayonu Zümürxan kəndində Cavabdeh2 verdiyi pulunu qatarmasını, yaxud əvəzində başqa heyvan verilməsini deyib. O, isə heyvanı satıb verməsini dedi. O, sözünə əməl etməyərək nə pulu nə də başqa inək ona verə bilmədi. O mal bazarına gedərək əmisi oğlu Cavabdeh1 görüb bazarda əsayişi gözləyən, polis işçisi mayor olan şəxsə xəbər verib, onu çağırıb pulunu qaytarmağını tələb etsə də boyun qaçırdıb. Ona görə də oda məcbur olub rayon polis şöbəsinə şikayət verib. X10 şikayətinə baxmayaraq, məhkəməyə müraciət etməyi barədə ona cavab verdilər. O, dəfələrlə Zümürxan kəndinə Cavabdeh2 evinə getsə də o, pulunu qaytarmamış, telefon zənglərinə cavab verməmişdir. Onu da bildirir ki. Raminin vəsiqə surətini verməsəydilər o da inəyi almaz, pulu da verməzdi. Ramin özü şəxsən vəsiqəsinin surətini verərək, onu inandırıblar. Ona görə də oda hər ikisindən həm Aqildən həm də Ramindən verdiyi 1600 manatın alınıb ona verilməsini istəyir. Onun 1600 manat Aqil və Raminə pul verib inək almağını sonra qaytarıb pulu tələb etməsini şahidlər təsdiq edə bilərlər. Odur ki, Zümürxan kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 1600 manat inəyin pulu və 30 manat rüsum pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçı Qəhrəmanov Nurlan Rəhman oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Abbasov Bəhmənyar Cəfər oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Abbasov Bəhmənyar Cəfər oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 16983101 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 19 iyun 1992-ci ildə Ağdam rayonunda doğulmuş, Ağdam rayonuun Sırxavənd kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Oğuz rayonu İcra Hakimiyyəti Başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, 285 nömrəli arayışdan müəyyən olunur ki, Ağdam Rayonu Sırxavənd kənd sakini Qəhrəmanov Nurlan Rəhman oğlu Oğuz rayonu Yaqublu kəndində məskunlaşmışdır. İş materiallarında olan Bərdə rayonu, Zümürxan kənd inzibati ərazi dariəsi üzrə nümayənddəliyi tərəfindən verilmiş 354 nömrəli, 30 avqust 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Ağdərədən məcburi köçkün Abbasov Bəhmənyar Cəfər oğlu Bərdə rayonu Zümürxan kəndinddə məskunlaşıb, hal-hazırda ailə uşağı kənddə yaşayır, özü isə ərazidə yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Qəhrəmanov Nurlan Rəhman oğlunun cavabdeh Abbasov Bəhmənyar Cəfər oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar