Məhkəmə qərarları › İş №2(021)-3145/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3145/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3145/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı nümayəndəsi (vəkili) X2 Cavabdeh Cavabdeh Sadıqovun iştirakı ilə İddiaçı cavabdeh Sadıqov Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavadeh Sadıqov Cavabdeh 23 000 (iyirmi üç min) manat pul məbləği tutularaq (alınaraq) ona mülki iş üzrə iddiaçı: İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zərdab şəhər sakini İddiaçı 18 sentyabr 2018-ci il tarixdə Bərdə rayon prokurorluğuna yazmış olduğu ərizəsi əsasında toplanmış HK-1/614 N2- materialların araşdırılması üçün Zərdab Rayon Polis Şöbəsinə göndərilmişdir. Belə ki, 18 sentyabr 2018-ci il tarixdə Bərdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək, Bərdə rayonu Mehdili kənd sakinləri Elqayıt, Cavabdeh və Cavabdeh atası onu 2018-ci ilin iyun ayında 18 baş bordaqda olan danalarını alıb aparmasını, onlar həmin vaxtı ona 11000 manat pul verməsini, 23000 manat pulunu isə dələduzluq edib ələ keçirərək pulunu vermədiklərini, onların barələrində qanuni tədbir görülməsini və pulunun alınıb qaytarılmasında ona köməklik edilməsini bildirmişdir. Bərdə rayon prokurorluğuna yazmış olduğu ərizəsi əsasında ilkin olaraq Bərdə rayon PŞ-də, sonra isə Zərdab rayon PŞ-nin İTQ-nun təhqiqatçısı, polis mayoru Məsud Rəhimov tərəfindən araşdırma aparılmışdır. Bərdə rayon prokurorluruna yazmış olduğu ərizəsi əsasında toplanmış material 02.11.2018-ci il tarixdə əlavə araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə İstintaq Qrupuna göndərilmiş, araşdırmanın davam etdirilməsi Anar Süleymanova həvalə edildiyi üçün onun tərəfindən araşdırma davam etdirilmişdir. Araşdırma zamanı izahatı alınmış izahatında göstərmişdir ki, o, Zərdab rayon ərazisində maldarlıq və qoyunçuluq ferması olduğunu, satmaq üçün nəzərdə tutduğu heyvanları kökəltmək məqsədi ilə bordaxda saxlamış, 2018-ci ilin iyul ayında Bərdə rayonunda təsadüfən tanış olduğu Elqayıt adlı şəxs onun dana saxladığını bilərək qohumu Cavabdeh onunla tanış etmiş, Cavabdeh də, həmin vaxtlarda atası İnqilabla onun fermasına gəlmiş, onlar onun saxladığı danalara baxaraq 18 baş dananı qiymətləşib razılaşaraq onlara satmış, həmin heyvanların ümumi dəyəri 34.000 manat təşkil etmiş, Cavabdeh ona 11.000 manat pul verərək qalan 23.000 manat pulu isə heyvanları satdıqdan sonra verəcəyini söz vermişdir. Bir müddət Cavabdeh gözləsə də, Cavabdeh onun pulunu verməmişdir. Hər dəfə ondan pulu istədikdə ona müxtəlif bəhanələr gətirərək onu aldatmış, bundan sonra o, Cavabdeh yaşadığı ərazi üzrə Bərdə rayon prokurorluğuna bu barədə ərizə yazmışdır. Daha sonra isə onun ərizəsi Zərdab rayon Polis şöbəsinə göndərilmişdir. Cavabdeh ondan aldığı danaların pulundan borclu qaldığı 23.000 manat pulun ödəməsinin olduğunu bildirmişdir. Həmin iş üzrə izahatı alınmış Sadıqov Cavabdeh izahatında göstərmişdir ki, onu 2018-ci ilin iyun ayında tanımış, ondan 2 ay olar ki, 18 baş bordaq danası almış, həmin 18 baş bordaq danasından 6 baş dananı 1400 manatdan, 12 baş dananı isə 2200 manatdan almışdır. Həmin danaların pulundan 11000 manat pulunu vermiş və 34800 manat verəcəyi qalmışdır. Həmin verəcəyi puldan da, 11000 manatını bir dəfə, 2000 manat pulu isə bir dəfə vermişdir. Hazırda onun İddiaçı 21800 manat borcu qalmışdır. 1 baş dananı 2200 manata göndərməmişdir. O danaların Zərdab rayonundan almış və borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Eyni zamanda araşdırmanın gedişində X8 Cavabdeh Sadıqovla eyni məzmunlu izahat verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir.Toplanmış materiallarla müəyyən edilmişdir ki, Bərdə rayon Mehdili kənd sakini X12 oğlu 2018-ci ilin iyul ayında Zərdab rayon ərazsində, 18 baş danaları ondan aralarında olan şifahi razılşmaya əsasən fermasında 34.000 manata razılaşıb almış, 11.000 manatını nəğd vermiş, qalan pulunu isə sonradan gətirib verəcyini bildirsədə 23.000 manat borcu qalmış, sonradan həmin 23.000 manat pulu verməmişdir. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcürbəsi haqqında Plenumun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti, əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və ya qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Beləliklə, Sadıqov Cavabdeh əməlində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, yəni Azərbaycan Respublikası CM-nın 178ci maddəsinin tərkibinin olması faktı öz təsdiqini tapmamışdır. Belə olan halda Sadıqov Cavabdeh əməlində cinayət tərkibi əlamətləri yoxdur. Ona görə də barəsində cinayət işinin başlanması rədd edilməlidir. Eyni zamanda onun, Sadıqov Cavabdeh pulunu geri tələb etməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi hüququ olması izah edimişdir. Yuxarıda qeyd edilmiş hallara əsasən eyni zamanda Azərbaycan Respublikası CPM-nin 39.1.2, 85 və 212-ci maddəsinə əsasən maddələrini rəhbər tutaraq, qərarın təsiviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Sadıqov Cavabdeh barəsində əməldə cinayət tərkibi əlamətləri olmadığına görə cinayət işinin başlanması rədd ediolmiş və onun, Sadıqov Cavabdeh 23.000 manat pulunu geri tələb etməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi hüququ olması izah edilmişdir. Hesab edir ki, onun tərəfindən razlaşmaya əsasən cavabdehə yetərincə möhlət verilmiş və o, bu vaxt ərzində heç bir ödəniş belə etməmişdir. Onunla əlaqə saxlasa da heç bir nəticə verməmişdir. Əksinə onu aldatmaqda davam etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X7 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Sadıqov Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı Novruzov Alik Əlövsət oğlundan 2018-ci ildə 18 baş bordaq dana almış, aldığı heyvanların pulundan 11000 manat ödəmiş, 23000 manat pulu isə heyvanları satdıqdan sonra pulunu ödəyəcəyinə söz vermişdir. Hazırda onun iddiaçıya 23000 manat borcu vardır. Həmin borcunu hissə-hissə ödəyə bilər. İddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sadıqov Cavabdeh 04 oktyabr 2018-ci ildə Bərdə rayon Polis şöbəsinə verdiyi izahatından müəyyən olunur ki, Aqil Novruzovu 2018-ci ilin iyun ayında tanımışdır. 02.10.2018-ci il tarixdə Zərdab rayon sakini İddiaçı şikayət ərizəsi ilə tanış olmuş və onu deyə bilər ki, İddiaçı 2 ay olar ki, 18 baş bordaq danası almışdır. Həmin 18 baş bordaq danasından 6 baş dananı 1400 manatdan, 12 baş dananı isə 2200 manatdan almışdır. Həmin bordaq danalarından 11000 manat pulunu vermişdir. Ümumildə onun İddiaçı 34800 manat verəcəyi olmuşdur. Həmin verəcəkdən 11000 manatın bir dəfə, 2000 manatda bir dəfə vermişdir. Hazırda onun İddiaçı 21800 manat borcu qalmışdır. X13 bir baş dana yəni 2200 manatlıq dananı göndərməmişdir. Həmin danaların hamısını Zərdab rayonundan almışdır. Tezliklə İddiaçı olan borclarını ödəyəcək. İş materiallarında olan Zərdab rayon Polis şöbəsinin istintaq qrupunun baş müstəntiqi X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 dekabr 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, toplanmış material üzrə X5 barəsində əməldə cinayət tərkibi əlamətləri olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı, X3 23.000 manat pulunun geri tələb etməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi hüququ olması izah edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh Sadıqov Cavabdeh iddiaçıya məxsus 34000 manat dəyərində 18 baş bordaq dana heyvanlarını nisyə götürmüş, götürdüyü heyvanların pulundan 11000 manat ödəmiş, qalan 23000 manat pulunu verəcəyinə söz versə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçıya borclu olduğu 23000 manat pulu qaytarmamışdır. Cavabdeh Sadıqov Cavabdeh iddiaçıya borclu olduğu 23000 manat məbləğində pulu qaytarmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh Sadıqov Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıya 23000 manat borcunun olduğunu etiraf etmiş, borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Sadıqov Cavabdeh 23000 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus 18 baş heyvanları 34000 manata almış, pulunu ödəyəcəyinə söz versə də 11000 manatını ödəmiş, 23000 manatını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Bu Məcəllənin 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Bu Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Sadıqov Cavabdeh 23000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının 23000 manat məbləğində pul vəsaitinin cavabdeh Sadıqov Cavabdeh qalması və bu vəsaitin iddiaçıya qaytarılmaması iddiaçının həmin pul vəsaiti üzərindəki mülkiyyətini pozur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Sadıqov Cavabdeh 23000 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh Sadıqov Cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin olunduğundan 30 manat məbləğində dövlət rüsumu cavabdeh Sadıqov Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdeh Sadıqov Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Sadıqov Cavabdeh 23000 (iyirmi üç min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar