Məhkəmə qərarları › İş №2(021)-3151/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3151/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3151/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evindən itifadə hüquqlarına xitam verilməsi, evin boşaldılması, onların həmin evdən çıxarılaraq evin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021 )-549/2019 il nömrəli, 11 yanvar 2019-cu il tarixli Qətnaməsinin icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publilc Hüquqi Şəxsi tərəfindən verilmiş 07 iyul 2022-ci il tarixli (qeydiyyat nömrəsi **********) Çıxarışa əsasən əvvəllər Cavabdeh1 məxsus Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Səhmdar Kredit Təşkilatının adma rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "Aqrarkredit”’ Səhmdar Kredit Təşkilatının qeyd olunan evə mülkiyyət hüququ 07 iyul 2022-ci il tarixdən etibarən Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığından əvvəlki mülkiyyətçinin Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ itirilmişdir. Cavabdeh1 verilmiş kreditə sərf olunmuş vəsaitin bərpasının təmin edilməsi üçün İddiaçı Səhmdar Kredit Təşkilatının mülkiyyətinə keçmiş əvvəllər Cavabdeh1 məxsus olan yaşayış evinin müvafiq qaydada satılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 17 mart 2023-cü il tarixli 262 saylı arayışına əsasən Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh1 ə onun həyat yoldaşı Cavabdeh2 yaşayırlar. "Aqrarkredit” Səhmdar Kredit Təşkilatı 31 mart 2023-cü il tarixli 13- 7/2-3-12/685/2023 saylı məktubla sözügedən yaşayış evindən əvvəlki mülkiyyətçi Cavabdeh1 istifadə etdiyini nəzərə alaraq həmin evin alınmasını ilkin olaraq ona təklif etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ailə üzvü olan həyat yoldaşı Cavabdeh2 ilə birlikdə mülkiyyətilərində olan yaşayış evini tərk etməmiş, bu bildirişə heç bir reaksiya verməmiş və halhazırda həmin evdə qanunsuz istifadə etməkdə davam edirlər. Məhkəmə iclasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş 07 iyul 2022-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə Bərdə rayonu, Qarağacı kəndində ev qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxx 1944-cü ildə Bərdə rayonunda doğulmu, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon, Mirzəcəfərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 262 saylı, 17 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 Bərdə rayonu, Qarağacı kəndində yaşayır ailə üzvləri Cavabdeh2 ibarətdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-549/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 08 avqust 2014-cü il tarixli, 215/14-sk saylı kredit müqaviləsi üzrə 7444 manat əsas, 1505 manat faiz olmaqla eəmi;-8949 (səkkiz min doqquz yüz qırx doqquz) manat kredit, borcu, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, tutma 08 avqust 2014-cü il tarixli 89/14-sk saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan X6, Cavabdeh1, Cavabdeh2, X7, X14, X15, X8, X11, X9, Cavabdeh2 Zabil qızı və X5 mülkiyyətində olan 0.40 ha həyətyanı torpraq sahəsində 1 mərtəbəli 11 otaqlı, 368,5 kv.m ümumi, 236.1 kv.m yaşayış, 132.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini 0.40 ha həyətyanı torpaq sahəsi ilə birlikdə yönəldilməklə həmin ev açıq hərracda satılması, həmin evin ilkin satış qiyməti 23200 (iyirmi üç min iki yüz) manat qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin dənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına X2 08 avqust 2014-cü il tarixli, 215/14-sk saylı kredit müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borcu ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa qalan hissəsi X6, Cavabdeh1, Cavabdeh2, X7, X14, X15, X8, X11, X9, Cavabdeh2 Zabil qızı və X12ma qaytarılması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəlləsinin 421.2 -ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.https://www.eqanun.az/framework/46944 Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və bu səbəbdən də iddia tələbi haqlı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Bərdə rayonu, Qarağacı kəndində yerləşən fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına tehvil verilsin. İddiaçı QSC tərəfindən dövlət rüsumu hesabına ödənilmiş 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar