Məhkəmə qərarları › İş №2(021)-3157/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3157/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3157/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Mülkədar oğlunun, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Mülkədar oğlunun Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Mülkədar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 277813.11 (iki yüz yetmiş yeddi min səkkiz yüz on üç rubl on bir qəpik) Rusiya Federasiyası rublunun ödəniş vaxtı Azərbaycan Respublikasının manatına olan məzənnəsi ilə, iddia qaldırılması üçün ödənilmiş 74 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Mülkədar oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh Qeyri- Kommersiya təşkilatı "Sodeystviye 2005” Kredit stehlak Kooperativi ilə müqavilə bağlayaraq kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi o, cavabdehə zamin durmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə yammış borcu üzrə ümumilikdə 277813,11 (iki yüz yetmiş yeddi min səkkiz yüz on üçrubl, on bir qəpik) Rus rublu ödəmişdir. Cavabdehdən dəfələrlə borclu olduğu pulu tələb etmişdir, lakin bir nəticəsi olmamışdır. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı Mülkədar oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Mülkədar oğlunun, vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul edir. İddiaçı Mülkədar oğlu onun əmisidir, onun banka olan borcunu əmisi ödəəmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Mülkədar oğlu xx xxxxxxxx 1956-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1979-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 357 saylı, 22 iyun 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Mamedov X4 rayonu, Mollaisalar kəndində yaşayır və qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Qeyri-kommersiya təşkilatı “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativi tərəfindən X1 ünvanlanmış 20 aprel 2018-ci il tarixli mətubla kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Qeyri-kommersiya təşkilatı “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativi tərəfindən X1 ünvanlanmış məktublarda Məmmədova Kənan Mədət oğlunun kredit borcunu ödəməsi qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı Mülkədar məhkəmədə iddia qaldırılması üçün 74 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh “Sodeystviye 2005” Kredit İstehlakçı kooperativindən kredit götürmüş, həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı Mülkədar oğlu cavabdehin bank qarşısında götürdüyü öhdəliyin icrasının təminatı kimi öhdəlik götürmüşdür. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ödənilməli olan kredit borcu İddiaçı Mülkədar oğlu tərəfindən ödənilmişdir. Buna görə də iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Mülkədar oğlunun Cavabdeh qarşı pul tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh X3 onun kredit borcunun İddiaçı Mülkədar oğlu tərəfindən ödənilməsini məhkəmə iclasında etirafı və iş materiallarıda olan sənədlərlə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı Mülkədar oğunun xeyrinə 277813.11 Rusiya Fedarasiyası rublunun ödəniş vaxtı Azərbaycan Respublikasının manatına olan məzənnəsi ilə və ödənilmiş 74 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Mülkədar oğlunun Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 277813.11 (iki yüz yetmiş yeddi min səkkiz yüz on üç rubl, on bir qəpik) Rusiya Fedarasiyası rublunun ödəniş vaxtı Azərbaycan Respublikasının manatına olan məzənnəsi ilə və ödənilmiş 74 manat dövlət rüsumu tutularaq İddiaçı Mülkədar oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar