Məhkəmə qərarları › İş №2(021)-3176/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3176/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3176/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Saleh oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə borclu qaldığı 1900 manat, dəymiş zərərə görə 200 manat olmaqla, cəmi 2100 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqribən 2020-ci ilin iyul ayında Bərdə rayonu, Zümürxan kənd sakini Cavabdeh oğlundan 1900 manata bir baş iribuynuzlu heyvan almışdır, alqı-satqı zamanı, heyvanda problem olacağı təqdirdə aralarında geri qaytaracağı barədə razılaşma olmuşdur, iki gündən sonra heyvan xəstə olduğu üçün Mahir Əliyevlə əlaqə yaradıb heyvanı geri qaytarmışdır. Lakin cavabdeh heyvanı bir-iki günə satıb ödəyəcəyini bildirsə də, bu günə qədər borclu qaldığı 1900 manatı qaytarmaqdan imtina edir. Bununla əlaqədar olaraq 22 yanvar 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında izahatı alınmış cavabdeh Əliyev Mahir Əsgər oğlu qeyd etmişdir ki, o, İddiaçı Saleh oğluna bir baş iribuynuzlu heyvanı 1900 manata satmışdır. Lakin o, həqiqəti gizlədərək, guya heyvanın ayağaının qırıldığını və bazarda atıb getdiyini və həmin heyvanın orada tələf olduğunu qeyd etmişdir. Göründüyü kimi cavabdeh bütün vəsaitələrlə borclu qaldığı 1900 manat pul ödəməkdən boyun qaçırır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 15890970 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1980-ci ildə Laçın Rayonunda doğulmuş, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatdadır. Belə ki, mülki işə əlavə olunmuş Laçın rayonu, İcra Hakimiyyəti Başçısının Kamallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 86 nömrəli, 02 fevral 2021-ci il tarixli aarayışdan müəyyən olunur ki, İddiaçı, Laçın rayonu, kamallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatdadır, hal-hazırda müvəqqəti Abşeron rayonu Masazır kəndi ərazisində məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş, Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş İddiaçı Cavabdeh Musa oğluna qarşı şikayət ərizəsi əsasında toplanmış materiallara əlavə edilmiş Cavabdeh Musa oğlunun izahatının surətindən müəyyən olunur ki, İddiaçı 1900 manata bir baş inək satmış, iki həftə keçəndən sonra İddiaçı Bərdə mal bazarında inəyi gətirib qaytarmaq istəyidini bildirmiş, görmüşdür ki, inəyin qıçı qırıqdır, inəyi qaytarmağa razı olmasa da, inəyi qoyub getmiş, inək ölmüş, o, da zibilxanaya tullamışdır, hal-hazırda İddiaçı 1900 manatı verməyəcəkdir, çünki inəyi ona tam sağlam satmışdır. Aslan inəyin qıçın qırıb, ona görə də inək ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, İddiaçı Saleh oğlu iddia tələbini qismən təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etmiş, Cavabdeh ona 1900 manat borclu olduğunu Bərdə rayon Polis Şöbəsinə verdiyi izahatında etiraf etmişdir. Lakin iddiaçı ona 200 manat maddi ziyan dəyməsini əsaslandıra bilməmiş, bu dəlillərini təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən də məhkəmə hesab edir ki, verilmiş iddia qismən, yəni 1900 manata və dövlət rüsumuna aid hissələrdə təmin edilməli, vurulmuş 200 manat maddi ziyana münasibətdə isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1900 (min doqquz yüz) manat və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar