Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3177/2025 25.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 15000 manat borcun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun qohumudur. Cavabdeh kontur alveri ilə məşğul olur.2025-ci ilin yanvar ayının 22-də cavabdeh ona müraciət edərək dostu Elxanın şirkətə olan borcunu vermək üçün ondan pul tələb etmişdir. O da həmin vaxtı 1500 manatı qohumu X3 borc alaraq cavabdehə 2 gün müddərtə qaytarmaq şərti ilə vermişdir. Bir müddət keçdikdən sonra o pulunu tələb etməsinə baxmayaraq cavabdeh pulu ödəməkdən yayınmışdır. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. O dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının İddiaçı ioğlu iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, dostu Elxan ona zəng edərək Farizə pul ehtiyac olduğunu bildirmiş o həmin məbləği Farizə təqdim etməsi üçün Elxana vermişdir. Bu barədə səs yazılarını da təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, sahibkarlıq fəaliyyəti məqsədiləri üçün iddaçıdan dəfələrlə sələmə pul almışdır. Sözügedən 15000 manat məbləğində pul isə ona deyil, dostu Elxan Əzizova verilmiş. Cavabdeh tərəfindən isə ona verilmiş digər borc məbləğlərini tam şəkildə ona qaytarmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. İş materiallarına istinad: Mülki işə əlavə edilmiş AA267276 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Bölməsi tərəfindənverilmiş 01 iyul 2025-ci il tarixli, 1423 nömrəli arayışdan görünür ki, Laçın rayonundan məcburi köçkün İddiaçı Bərdə rayonu Qarabağ qəsəbəsində məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon X10 Bölməsinin baş müstəntiqi poliz mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviredici hissəsində göstərilənlərə əsasən HK-!/689 və HK 1/690 saylı materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, o, təxminən 10 il olar ki, tanışı Bərdə şəhər sakini Şahid2 ilə birlikdə «Azercell», «Bakceİl» va «Nar» mobil operatorların danışıq kartlarının alqı-satqısı ila 22 yanvar 2025-ci il tarixədək məşğul olmuşdur. Belə ki, danııq kartlarını Ağcabədi rayonu ərazisində yerləşən telefon və ərzaq mağazalarına paylamışdır. Sonradan isə gəlir əldə edə bilmədiyi üçün həmin işdən uzaqlaşdığından hazırda heç bir yerdə işləmir. Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayanlar İddiaçı bibisi oğludur.,X11 isə bibisi qızı Səbinənin həyat yoldaşıdır. Həmin şəxslərlə əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2020ci ilin əvvəlindən başlayaraq, 21 yanvar 2025-ci il tarixə kimi o, tanışı Şahid2 ilə birlikdə «Azercell», «Bakcell» və «Nar» mobil operatorların danışıq kartlarının alqı-satqısı ilə məşğul olan zaman bibisi oğlu İddiaçı va Əjdər əsgərovdan sələmə yəni, faizə olaraq 1-2- 5-10-15 gün müddətilə 5000 manat, 10000 manat, 11000 manat, 15000 manat, 20000 manat va 30000 manat pullar götürüb geri qaytarmışdır. Belə ki, onlar Məhəmməd va Əjdərdən götürümüş olduğumuz hər 1000 manat pula görə 1 günü 7-8 manat faizə olaraq pul ödəmişdir. Məhəmməd və Əjdər bizə verilen pulların özlərinə va qohumlarına məxsus olduğunu demişlər. Eləcə də Məhəmməd onu qohumları yəni, xalası Məryəm, Məryəmin qızı Mehriban və oğlu Rövşən ilə tanış etdiyi üçün o, həmin şəxslərdən faizə olaraq pullar alıb geri qaytarmışdır. 21 yanvar 2025-ci il tarixədək o, Elxan ilə birlikdə Məhəmməd və Əjdərdən faizə götürmüş olduğu pulları qaytarıb vermişdir. Lakin o, tək olaraq Əjdara 21 yanvar 2025-ci il tarixədək təxminan 800 manat faiz olaraq borcu qalmışdır. 22 yanvar 2025-ci il tarixdə İsa Elxan danışıq kartlarını götürmüş olduğu yerlə sıfırlaşmaq istədiyi üçün 24000 manat pul lazım olduğunu, tanışı Faiqə isə 1000 manat pulu Məhammadə və əjdərə zəng edib istəməyini bildirmişdir. Buna görə də o, 22 yanvar 2025-ci il tarixdə Əjdərə zəng edib nə qədər pulu varsa verməyini bildirən zaman əjdər 10000 manat pulunun olduğunu, 2940 manat kartında olduğunu, əldə isə əldə isə 7060 manat pulunu olduğunu bildirmişdir. O, da Faiq adlı tanışını göndərəcəyini, 7060 manat pulu Faiqa vermasini və 2940 manat pulu isə atacağı kart hesab nömrəsinə göndarməyini bildirmişdir. Həmin vaxt Əjdər onunla razılaşdıqdan təxminən 2-3 dəqiqə sonra o, həyat yoldaşı X4 məxsus hesab nömrəsini xatırlamadığı «Birbank» kart hesab nömrəsini Əjdərin həyat yoldaşı Səbinənin mobil telefonun «VhatsApp» sosial şəbəkəsinə göndərdikdən sonra Əjdar kart hesab nömrəsinə 2940 manat pulu göndərmişdir. Faiq isə təxminən 10 dəqiqədən sonra gedib Əjdərin yaşadığı ünvandan 7060 manat pulu götürüb onun yanına gəldikdən sonra birlikdə Elxanın yanına gedib 7060 manat pulu Elxana vermişdir. Həmçinin o, da kart hesab nömrəsindən 2940 manat pulu çıxardıb Elxana vermişdir. Ümumilikdə o, Elxana 10000 manat pulu vermişdir. Həmçinin o, həmin gün yəni, 22 yanvar 2025-ci il tarixdə Məhəmrnəd zəng edib 15000 manat pulu faize olaraq istəmiş, Məhəmməd də onunla razılaşdıqdan sonra həmin gün Məhəmməd 15000 manat pulu Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən «İrşad» telekomun yaxınlığında olan Elxana məxsus «Ətriyyat» mağazasına gəlib Elxana vermişdir. O, da həmin mağazaya gələn zaman Məhəmmədi Elxanın yanında görmüş və 15000 manat pulu Elxana verməyi barədə məlumatı olmuşdur. Eləcə də həmin gün yəni, 22 yanvar 2025-ci il tarixdə Elxan Məhəmməddən faizə olaraq pul istədiyi üçün Məhəmməd həmin gün Elxana pulu gətirib vermişdir. X15 nə qədər pul verməsini görməmişdir. 22 yanvar 2025-ci il tarixdə Elxan ona Məhomməd və Əjdərdən gedib faiza olaraq pul alıb gətirməyini bildirdiyi üçün o, Əjdərdən ümumilİkdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan Məhəmməd və Əjdər ilə öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdara zəng edib pul istəmişdir. Onun Məhəmmədə və Əjdərə hər hansı bir məbləğdə borcu yoxdur. Lakin onun Şahid2 34000 manat pul borcu vardır. Elxana borcunun olmasına səbəb o, Məhəmməd və Elxandan faiz olaraq pul götürdüyü üçün Elxandan borca pul alıb Məhəmməd və Elxana vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, 22 yanvar 2025-ci il tarixdə Elxan ona Məhəmməd və Əjdərdən gedib faiza olaraq pul ahb gətirməyini bildirdiyi üçün o,Əjdərdən ümumilikdə 10000 manat, Məhəmməddən isə ümumilikdə 15000 manat pulu zəng edib istədiyi üçün Əjdər 10000 manat, Məhəmməd isə 15000 manat pulu vermişdir. Belə ki, Elxan Məhəmmoə və Əjdər ila öz aralarında əvvəlcədən razılığa gəldikləri üçün Elxanın ona dediyinə görə Məhəmməd və Əjdəra zəng edib pul alıb gətirməyini bildirdiyi üçün o, Əjdərə zəng edib pul İstədİyi üçün Əjdər onunla razılaşdığına göra o, Faiqi Əjdərin yaşadığı ünvana göndərdikdən sonra 7060 manat pulu Əjdər Faiqa vermişdir, 2940 manat pulu isə həyat yoldaşı Gülnarın xatırlamadığı bank kart hesab nömrəsina göndarmişdir. Məhəmməd və Əjdər faizə olaraq pul vermələri baradə mobil telefonunda səs yazıları var, bundan başqa tanışları Faiqə və Şakirə pul etiyac olduğu üçün Məhəmməd və Əjdərdən faizə olaraq pul götürmüşdülar. Məhərnməd və Əjdər faizə olaraq pul veran şəxslərdir. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2(021) 2380/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Elxan oğlunun Şahid2 qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdeh Şahid2 16.000 manat məbləğində pul və ödənilmiş 138 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2(021) 2380/2025 nömrəli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin icraatında olan 2(021)-2380/2025 saylı mülki iş üzrə Azərbaycan Respublikası CM-nin 192-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri aşkar olunduğundan cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün xüsusi qərardad çıxarılmışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Şahid1 izahatında göstərmişdir ki, iddiaçı qardaşı cavabdeh isə dayısı oğludur. 22 yanvar 2025-ci il tarixdə anasigildə olan zaman qardaşının mobil telefonuna zəng gəlmişdir. Anası kimin zəng etdiyini soruşan zaman qardaşı Məhəmməd Farizin zəng etdiyini və 14.000-15.000 manat borc istədiyi demişdir. Tətbiq edilən hüquq: Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 439.1 və 439.2. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən 15000 manat məbləğində pul vəsaiti Cavabdeh verilməmişdir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçının, cavabdehin, Şahid2, habelə X6 Bərdə Rayon Polis Şöbəsinin icraatında olan HK-1/689 və HK-1/690 saylı təhqiqat materiallarında olan izahatlarından görünür ki, 15000 manat məbləğində pul Şahid2 verilmişdir. Məhkəmə ilk öncə hesab edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyindən iddiaçı verdiyi 15000 manat məbləğində borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin iddiaçı tərəfindən borc məbləği Cavabdeh deyil, Şahid2 verilmişdir. İstər məhkəmə hazırlıq iclasında, istərsə də məhkəmə baxışında məhkəmə iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsini təklif etsə də cavabdeh pulu Cavabdeh vermək məqsədilə Şahid2 verdiyini bildirirərək borcun məhz Cavabdeh alınmalı olması qənaətinə gələrək, cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkimübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbinə cavab verməli olan şəxs (yəni əsl cavabdeh) Cavabdeh olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov