Məhkəmə qərarları › İş №2(021)-3179/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3179/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3179/2021 30.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək borcludan müqavilə üzrə 160 manat qalıq borcu və 47,90 manat cərimə borcu olmaqla, cəmi 207,90 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(021)-3179/2021 nömrəli əmri ilə borclu-xx xxxx 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri, Nizami küçəsi ev 5, mənzil 21-də yaşayan Cavabdeh 160 (bir yüz altmış) manat məbləğində əsas borc, 47,90 (qırx yeddi manat doxsan qəpik) cərimə borcu olmaqla cəmi 207,90 (iki yüz yeddi manat doxsan qəpik) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh Murtur qızı 30 sentyabr 2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-3179/2021 saylı 10 sentyabr 2021-ci il tarixli məhkəmə əmrininin ləğv edilməsini və iddia icraatı qaydasında işə baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadına əsasən kreditor "xxxx" MMC-nin borclu Cavabdeh qarşı borcun məcburi şəkildə ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(021)- 3179/2021 nömrəli məhkəmə əmri ləğv edilməsi və materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259,260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar