Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-318/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun, icarə haqqının və faizin ödənilməsi, traktorun və ya dəyərinin qaytarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh borclu olduğu 17500 manat icarə haqqı məbləğinin, borc aldığı 5400 manat pulun və həmin məbləğə görə illik 5 faiz hesabı ilə hər il üçün 22900 manatın 2290 manat faiz, cəmi 24990 manat pulun tutulması, cavabdehin üzərinə icarəyə götürdüyü traktorun geri qaytarılması,dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş165manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 sentyabr 2019-cu il tarixdə Cavabdeh ilə nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilə bağlayaraq 25 sentyabr 2019-cu il tarixdən etibarən 25 sentyabr 2020-ci il tarixədək ilk birinci ay üçün 1000 manat, qalan aylar üçün 1500 manat aylıq icarə haqqı ilə traktoru icarəyə vermişdir, eləcə də tanışı olduğu üçün 5400 manat borc pul vermişdir. Lakin cavabdeh traktoru apardıqdan sonra ümumiyyətlə nə icarə haqqı, nə borcunu, nə də traktoru geri qaytarmamışdır. Bununla bağlı məcbur olub nümayəndəsi X5 vasitəsi ilə traktoru təhvil verdiyi yer üzrə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və bölmədə cavabdehin izahatını almışlar. Aylıq 1500 manat razılaşmaqla müqavilə şərtləri üzrə cavabdehin ona 17500 manat icarə haqqından, 5400 manat isə borc verdiyi pulu ödəmək öhdəliyi yaranmışdır.Müqaviləyə əlavə qiymətlərin razılaşdırılması protokolunda da cavabdeh yekun 17500 manat icarə haqını ödəmək öhdəliyini üzərinə götürmüşdür. Hazırda onun traktoru və ya dəyərini cavabdehlə razılaşdığı kimi 1100 manat əvəzində pulu, eləcə də müqavilə şərtlərinə uyğun olaraq 17500 manat icarə haqqını, eləcə də 5400 manat borc verdiyi pulu, habelə illik 5 faiz hesabı ilə 1500 və 5400 manat puluna görə faiz tələb etmək hüququ yaranmışdır. Daha sonra İddiaçı vəkili X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh borclu olduğu 17500 manat icarə haqqı məbləğinin, borc aldığı 5400 manat pulun və həmin məbləğə görə illik 5 faiz hesabı ilə iki il üçün 2290 manata (17500+5400=22900)cəmi ümumilikdə 25190 (iyirmi beş min yüz doxsan) manat pulun tutulması, cavabdehin nəzərinə icarəyə götürdüyü traktorun geri qaytarılması və ya traktorun dəyəri olan 16000 manat pulun cavabdehdən tutulması (geri qaytara bilmədiyi təqdirdə), dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 165 manat pulun eləcə də, orderə görə ödənilmiş 50 manat pulun və etibarnaməyə sərf edilmiş 17 manat pulun, cəmi 232 manat məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2019-cu il tarixli 03/19 nömrəli nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilədən müəyyən olunur ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1965-ci ildə Tovuz rayonunda doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əfəndiyev küçəsi ev 20, mənzil 19-da yaşayır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi tərəfinddən 28 oktyabr 2022-ci il tarixli məktubla materiallardan müəyyən olunur ki, Cavabdeh əməlləri ilə bağlı araşdırma aparılmış, məlum olmuşdur ki, Cavabdeh Traktor- Buldozer T-130 maraklı texnikanı icarəyə götürdüyünü, ehtiyacı olduğu üçün traktoru satmışdır. İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Traktor ( Bulduzer) T-130 markalı traktor “Barama” k/müəssisəsinin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 165.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-3473/2023 saylı qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 9/381 nömrəli ekspert rəyində göstərilmişdir ki, “T-13” markalı, 1990-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı traktorun hazırkı nəzəri orta bazar qiyməti təxminən 16000 manat müəyyən olunur. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,“T-13” markalı traktoru,həmin traktor naturada olmadıqda dəyəri 16000 manat, 17500 manat icarə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İş materiallarından göründüyü kimi Cavabdeh icarə müqaviləsinə əsasən öhdəliyini vaxtından və tam yerinə yetirmədiyinə görə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinin Cavabdeh borclu olduğu 17500 manat icarə haqqı məbləği,cavabdehin icarəyə götürdüyü traktorun geri qaytarılması və ya traktorun dəyəri olan 16000 manat pulun cavabdehdən tutulması (geri qaytara bilmədiyi təqdirdə), dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 165 manat pulun, eləcə də, orderə görə ödənilmiş 50 manat pulun və etibarnaməyə sərf edilmiş 17 manat pul olmaqla məhkəmə məsrəfi olan cəmi 232 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, cavabdehin iddiaçıdan borc aldığı 5400 manat pulun və həmin məbləğə görə illik 5 faiz hesabı ilə iki il üçün 2290 manat pulun tutulması hissəsində iddiaçı iddia tələbini sübut edə bilmədiyindən iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 165 manat dövlət rüsumu, vəkil orderinə görə ödənilmiş 50 manat, etibarnaməyə görə 17 manat cavabdehdən tutulub iddiaçının xeyrinə, 50 manat ekspretiza xərci X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ) **********0********) hesabına, ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı borcun, icarə haqqının və faizin ödənilməsi, traktorun və ya dəyərinin qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh oğundan “T-13” markalı traktoru, həmin traktor naturada olmadıqda dəyəri 16000 manat, 17500 manat icarə haqqı, vəkil orderinə görə ödənilmiş 50 manat, etibarnaməyə görə 17 manat və dövlət rüsumuna görə 165 manat tutulаrаq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 50 manat ekspretiza xərci Cavabdeh oğundan tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ) **********0********) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-318/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-318/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver