Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-32/2025 12.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, cavabdeh Əlı̇ yev Yavər Səfı̇ yar oğlunun iştirakı ilə, İddiaçılar Muradov Amı̇ l Əşrəf oğlunun, Həsənov Akı̇ f Kamal oğlunun və Həsənov Famı̇ l Camal oğlunun (bundan sonra iddiaçılar və ya İddiaçı1, İddiaçı2, İddiaçı3) cavabdeh Əlı̇ yev Yavər Səfı̇ yar oğluna (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı "Yolun açılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh qanunsuz yolla zəbt etdiyi ünvan 1ində yerləşən gediş-gəliş yolunun açılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, xüsusi mülkiyyətlərində ünvan 1i ünvanında torpaq sahələri və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evləri var. Cavabdeh onların qonşusudur. Cavabdeh onların qonşusu olsa da, dəfələrlə qonşuluq münasibətlərini kobudcasına pozmuş, təhqiramiz sözlərlə onları təhqir etmişdir. Cavabdeh onların küçəyə açılan yollarını dəmir tor ilə bağlamışdır. Öz qapısının ətrafından dəmir toru onlara maneçilik edəcək şəkildə digər qonşuların evi ətrafına qədər vurmuşdur. Cavabdeh etdiyi hərəkət nəticəsində evlərinə getmələrində çətinlik yaranır. Cavabdeh yolun açılması və belə bir hərəkətin edilməməsini bildirsələr də, heç bir faydası olmamışdır. Cavabdehin etdiyi hərəkət nəticəsində onların gediş-gəliş yollarından istifadələrində çətinlik yaranır. Bunun üçün də Cavabdeh qanunsuz yolla zəbt etdiyi gediş-gəliş yollarının açılmasını istəyirlər. Əvvəlki məhkəmə iclasında dindirilmiş İddiaçı2 ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı1 göstərmişdir ki, iddia tələbindən heç bir məlumatı yoxdur. Mülki iş üzrə Cavabdeh ilə normal qonşuluq münasibəti var. Digər İddiaçı2 onun savadsızlığından, latın qrafikasını bilməməsindən istifadə edərək ona iddia ərizəsinə imza etdirmiş və məhkəmədə belə bir iddia qaldırmışdır. Qeyd olunan yol Cavabdeh tərəfindən zəbt edilməmiş, bağlanmamış, tutulmamışdır. Yolun eni demək olar ki, 9-10 metrdir. İstər kənd təsərrüfatı texnikası, istər avtomobil, istər piyadanın hərəkəti üçün heç bir maneə yoxdur. Sadəcə olaraq İddiaçı2 ilə Cavabdeh arasında hansısa anlaşılmazlığa görə iddiaçı belə bir iddia qaldırmışdır. Onun Cavabdeh qarşı heç bir iddia və tələbi yoxdur. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı2 onunla ədavəti olduğundan ona qarşı belə bir iddia qaldırmışdır. İddiaçıların yolunu zəbt etməmişdir. Mübahisə edilən yolun eni 9-10 metr olmaqla orada olan hərəkət tam normaldır. Digər iddiaçılarla isə heç bir problemi yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı3 xx.xx.1962-ci ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı2 xx.xx.1954-cü ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı1 xx.xx.1955-ci ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Kəlbəcər rayonu Susuzluq kəndində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli 119 nömrəli arayışdan görünür ki, İddiaçı2 ünvan 1ində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli 120 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 1ində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli 123 nömrəli arayışdan görünür ki, İddiaçı3 ünvan 1ində yaşayır. Bərdə rayon X2 01 may 2022-ci il tarixli 18 nömrəli arayışından görünür ki, ünvan 1 sakini Cavabdeh qonşuları İddiaçı3, İddiaçı1, İddiaçı2 və X4 yolunun bir hissəsini zəbt etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “Yolun açılması” tələbinə dair mülki iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/161 nömrəli Rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, elektron məlumat bazasında mövcud TEKUİS məlumat bazasına və Göyüşlü təsərrüfatının Böyük Göyüşlü kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən nəzərdə tutulmuş, iddiaçılar tərəfindən iddia olunan gedişgəliş yolu naturada mövcuddur və Cavabdeh tərəfindən zəbt halı aşkarlanmamışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişlər. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 məhkəmədə Cavabdeh qarşı “Yolun açılması” tələbinə dair iddia qaldırsalar da, məhkəmə iclasında İddiaçı1 belə bir iddiadan məlumatının olmadığını, onu aldadaraq iddia ərizəsinə imza etdirdiklərini, cavabdehin yolu zəbt etmədiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Digər iddiaçılar isə cavabdeh tərəfindən gedişgəliş yolunun zəbt edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 10/161 nömrəli Rəyindən isə müəyyən olunur ki, iddiaçılar tərəfindən iddia olunan gediş-gəliş yolu naturada mövcuddur və Cavabdeh tərəfindən zəbt halı aşkarlanmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” məhkəmə işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 42-ci bəndində göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Qeyd olunan qərarın 44-cü bəndində göstərilmişdir ki, məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (bax, İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ). Konvensiyada «qanun» və «qanuni» anlayışları mahiyyətcə geri daxili qanunvericiliyə istinad edir və həm də qanunun keyfiyyətinə aiddir ki, onun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Göründüyü kimi, iddiaçılar ünvan 1ində yerləşən gediş-gəliş yolunun cavabdeh tərəfindən zəbt edilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar iddia tələbinin əsaslı olmasına dair məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçılar öz iddia tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. İş materiallarında olan: Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 aprel 2025-ci il tarixli 10/161 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçılar Muradov Amı̇ l Əşrəf oğlunun, Həsənov Akı̇ f Kamal oğlunun və Həsənov Famı̇ l Camal oğlunun cavabdeh Əlı̇ yev Yavər Səfı̇ yar oğluna qarşı "Yolun açılması" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılar Muradov Amı̇ l Əşrəf oğlunun, Həsənov Akı̇ f Kamal oğlunun və Həsənov Famı̇ l Camal oğlunun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar Muradov Amı̇ l Əşrəf oğlundan, Həsənov Akı̇ f Kamal oğlundan və Həsənov Famı̇ l Camal oğlundan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** X1, KOD 210005, VÖEN **********, m\h AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-32/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-32/2025
12.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver