Məhkəmə qərarları › İş №2(021)-320/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-320/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-320/2025 10.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5600 (beş min altı yüz) manat və 76 manat olan dövlət rüsümunun tutlularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ondan 5600 manat borc pul almışdır. Lakin bu günə qədər qaytarmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə qonşudur, eyni zamanda onun qardaşı Cavabdeh atası ilə dost olmuşlar. Cavabdehin ehtiyacı olduğu üçün ondan borc pul istəmişdir və o da ona 5600 manat borc pul vermişdir. Hazırda cavabdeh borcunu verməkdən imtina edir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəm iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, 6700 manat pulu Gülər, onun xalası Nəcibə və digər qohumlarından borca almışdır. Pulu bütövlükdə Gülərdən götürüb. Pulun bir hissəsinin onun xalası Nəcibəyə məxsus olmasını bilib. Ümumilikdə 6700 manat pul alıb 8900 manat pulu geri Gülərə qaytarıb. Gülərdən başqa onun xalası Nəcibəyə də pul qaytarıb. 8400 manat pulun qaytarılmasını təsdiq edən qəbzlərin surətini işə əlavə etmişdir. Pulları sələmə götürmüşdür. Ona görə də aldığı vəsaitdən çox 8400 manat pul qaytarmışdır. Onun iddiaçıya borcu yoxdur. Qəbzdə olan imza da onun tərəfindən çəkilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AA №6151728 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin sürətindən görünür ki, Cavabdeh İddiaçı 5600 manat borc aldığını qeyd etmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024—cü il tarixli Qərarından görünür ki: xx.xx.2024-cü il tarixdə X1 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Bərdə şəhərində yaşayan Cavabdeh Bərdə şəhərində yerləşən Kredit evində işlədiyini və həmin təşkilatda işlədiyi müddətdə onun aldadaraq kompaniya keçirildiyini və lombarda pul qoyduqda qazanc əldə edəcəyini bildirib onu aldadaraq ümumilikdə 15000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Həmin müraciət Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-2942 sırasında qeydə alınmış və araşdırma aparılmışdır; Araşdırma zamanı X4 RPŞ-nə izahatında bildirmişdir ki, o, Bərdə şəhəri E.Əsədov küçəsində yaşayan Cavabdeh təxminən bir neçə ildir ki, tanıyır, belə ki həmin şəxs onun əri Şəmistan Yusibovun dostu olmuşdur və daha sonra uşaqların kirvəsi olmuşdur. Cavabdeh əvvəllər Bərdə şəhərində yerləşən "Kredit Evi" adlanan yerdə işləmiş və həmin vaxt Fədai onun yaşadığı evə gəlib getmişdir və söhbət əsnasında həmin şəxs işlədiyi təşkilatda kompaniya keçirildiyini və 10 gündən bir uduş əldə olunduğunu demişdir və 70- 80 manat bonus veriləcəyini qeyd etmişdir. Buna görədə ona özündə olan pulu onun işlədiyi Bank olmayan Kredit təşkilatına qoymağı təklif etmiş və o həmin şəxsin təklifi ilə əvvəlcədən 300-400 manat civarında pul vəsaitini Cavabdeh işlədiyi kredit təşkilatına yerləşdirmişdir. Sonradan 10 gün keçdikdən sonra Fədai gətirib pulunu vermişdir və əlavə bonus qismində 15-20 manat pul verildiyini demişdir. Sonradan Cavabdeh ona daha çox məbləğdə pul vəsaiti qoyulsa daha çox qazanc əldə edəcəyini demişdir və buna görədə xalası Nəcibənin onda olan 6000 manat pulunu və digər qohumlarından borc qismində ümumilikdə 8500 manat pul götürərək ümumilikdə 14500 manat pulu Cavabdeh vermiş və həmin şəxs ona aylıq qazanc əldə edəcəyini bildirmişdir, lakin buna baxmayaraq təxminən 2 ay müddətində Cavabdeh ona pul verməmiş və sonradan qohumları pullarını istədikdə o Cavabdeh zəng etmiş, lakin Fədai pulun işlədiyi təşkilatda olduğunu bildirmiş və tezliklə bonus əldə edəcəyini bildirərək onu aldatmışdır. O həmin şəxsin sözlərinə inanaraq bir müddətdə onu gözləmiş, lakin sonradan Cavabdeh işdən azad olunduğunu öyrənmişdir və buna görədə onun yaşadığı evə getmiş və pulunu geri qaytarmasını istəmişdir, lakin Fədai pulunun olmadığını demişdir və buna görədə onun barəsində şikayət etmək qərarına gəlmişdir. O, Cavabdeh onu aldadaraq ümumilikdə 14500 manat pulunu ələ keçirdiyini bildirmişdir; Araşdırma zamanı Cavabdeh RPŞ-nə izahatında bildirmişdir ki, o, Bərdə rayonu Gərənə kəndində yaşayan X3 təxminən bir neçə ildir ki tanıyır, belə ki, o Gülər Yusibovanın əri Şəmistan adlı şəxslə dostluq münasibətində olmuşdur. Sonra isə Şəmistanın vasitəsi ilə Gülər Yusifova ilə tanış olmuşdur. O, əvvəllər Bərdə şəhərində yerləşən "Kredit Evi" adlanan bank olmayan kredit təşkilatında işləmişdir. Təxminən 8-9 ay əvvəl o özünə toy edəcəyi üçün maddi sıxıntıları yaranmış və buna görədə borca pul axtarmışdır, həmin vaxt tanışı Şəmistan ona arvadı Gülərin qohumlarının sələmə pul verdiklərini bildirmiş və ona sələmə pul götürüb verə biləcəyini demişdir. O həmin vaxt pula ehtiyacı olduğu üçün Şəmistanın təklifi ilə razılaşmış və onlar Gülər Yusifovanın yanına getmişlər. Bundan sonra o əvvəlcə Gülər Yusifovanın özündən 300 və 500 manat məbləğlərində sələmə pul götürmüş, sonra isə həmin pulları qaytara bilmədiyi üçün Gülərin vasitəsi ilə digər tanımadığı qohumlarından sələm qismində pullar götürmüş və ümumilikdə 6700 manat borcu yaranmışdır. Bundan sonra o aylıq həmin şəxsə sələmə pul ödəməyə başlamış və həmin pulları Gülər Yusifovanın kart hesabına göndərmişdir. O həmin pulları göndərməsi barədə qəbzləri özündə saxlamış və araşdırma müddətində təqdim edə biləcəyini demişdir. Sonradan o Gülər Yusifovanın pulunu qaytara bilmədiyi üçün həmin qadın onun iş yerinə getmiş və orada mübahisələr yaratmağa başlamışdır və buna görədə o çıxılmaz vəziyyətdə qaldığı üçün işlədiyi təşkilatdan öz ərizəsi ilə çıxmış və həyat yoldaşı ilə birgə Bakı şəhərinə getmişdir və hazırki dövrədək Bakı şəhərində yaşamışdır. O Gülər Yusibovadan sələm qismində 6700 manat pul götürmüş, lakin sonradan həmin pulu ödəyə bilməmişdir. O Gülər Yusibovanı aldatmamış və pulunu ələ keçirməmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 76 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, Fədai ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almış, o, aldığı pulların bir hissəsini kart hesabına ödəmişdir. O, Fədaiyə 6700 manat, xalası, “ana” kimi ona baxıb böyüdən Nəcibə isə 5600 manat Fədaiyə pul vermişdir. Cavabdeh ona bildirmişdir ki, Bərdə şəhərində “Kredit evi”də işləyir. O, 300-400 manat pul versə bonus qismində 50-70 manat əlavə qazanc verəcəkdir. Fədai ona bildirmişdir ki, nə qədər çox pul qoysan o qədər artıq bonus əldə edəcəksən. Ona görə də o daha çox məbləğlərdə ona vəsait vermişdir. Lakin sonra Fədai nə bonus, nə də ki, verdiyi pulları ona qaytarmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh qızına 5600 manat məbləğində borc pul vermiş, lakin cavabdeh aldığı pulu bu günə kimi geri qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərəfindən yazılmış qəbz nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, iddiaçı Cavabdeh 5600 manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 58 manat məbləğində dövlət rüsumu Cavabdeh qızından alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı oğlunun Cavabdeh qızına qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh qızından 5600 (beş min altı yüz) manat alınaraq İddiaçı oğluna verilsin. İş üzrə ödənilmiş 76 manat məbləğində dövlət rüsumu Cavabdeh qızından alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar