Məhkəmə qərarları › İş №2(021)-3200/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3200/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3200/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ \ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Binnət oğlunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Əhmədova Ruquya İsbi qızının cavabdeh Cavabdeh Binnət oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Əhmədova Ruquya İsbi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Etimad Binnət oğlundan borclu olduğu 14.000 manat, yol xərci olaraq 1000 manat və 30 manat dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Əhmədova Ruquya İsbi qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o Kəlbəcər köçkünüdür, 1993-cü ildən Yevlax rayonunda M.Hüseynzadə küçəsi 87 saylı evdə məskunlaşaraq qeydiyata alınıb. Ailə qurub ancaq ailəsi atıb gedəndən sonra o Rusiyanın Orenburq şəhərində yaşayan qardaşlarının, qohumlarının yanına gedib, orada onunla əvvəllər tanıdığı əslən Kəlbəcər rayonundan olub lakin köçkünlükdən əvvəl gəlib Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan əvvəlcədən qohumluq əlaqəsi olan Cavabdeh bacısı onun balaca qardaşı ilə ailə həyatı qurub. Onlar Orenburqda olanda Etimadın anası ağır xəstə olanda Etimad gəlib ondan borca pul istədi. O da, qardaş qohumlarıda həmişə etimadın ailəsinə hörmət ediblər. O da, qardaş qohumlarıda hissə-hissə 3 dəfəyə cəmi 14000 (on dörd min ) manat borca pul verib. Etimadın anası ağır xəstə olduğuna görə ona borca pulu verib, lakin qohum olduqlarına görə etibarnaməsiz, inamla verib pulu ona 3 il əvvəl verib ancaq Etimadın anası ağır xəstəlikdən sonra rəhmətə getdiyində o onları sıxmayıb, gözləyib, lakin 3 ildən sonra o ondan borcu tələb edəndə Etimad pulu qaytaracağına ümid verərək Orenburqdan Azərbaycana, Bərdədəki atası evinə qaçdı. Onun atasının təsiri ilə pulu qaytarmaq istəmədi, əvəzində onun atası onu şantaj etməklə, hədə-qorxu gələrək pulunu danır, vermək istəmir. Onunla onlarla 3 ildə hədsiz telefon danışıqları olub. Onun +7-901—081-48 və onun +8-***-***-**-** nömrəsiylə danışıblar. O da məcbur olub Azərbaycana qohumunun evinə Mehdixanlıda olan Qabilin evində qalır. Xeyli müddətdir ki, Etimadın olan borcuna görə burada qalıb onun əmisi Məcidlə atası Binnətlə görüşüb, lakin indi atası onun borcunu qaytarmaq əvəzinə onun ünvanına şər-böhtanla şantajla, biabır edərək pulunu vermirlər. Etimadda qaçıb onun yanına gəlib, indi də Rusiyaya qayıtmaq istəyir ki, o oda buna görədə dövlət orqanlarına müraciət edib 02 sentaybr 2021-ci il tarixli ərizəsinə hələdə cavab almayıb. Onu Etimadın atası Bərdədə biabır etdi, ona ləyaqətsiz təhqir, şantaj edib söydü o da buna görədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740cı maddəsinə uyğun olaraq qohum olduqlarına görə müqavilələri şifahi olub ona pul verib. Məhkəmə iclasında iddiaçı Əhmədova Ruquya İsbi qızı iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi X4 izahatında iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 28 fevral 1968-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Yevlax şəhərəi 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3990 saylı, 06 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Yevlax şəhəri, M.Hüseynzadə küçəsi 87 saylı evdən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirməsi təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh Binnət oğluna qarşı pul tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətləri təsdiq edilmir. Belə ki, Cavabdeh nümayəndəsi İddiaçı borcunun olmasını məhkəmə iclasında etiraf etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı olması məhkəməyə sübut təqdim edə bilmədiyindən, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Əhmədova Ruquya İsbi qızının cavabdeh Cavabdeh Binnət oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar