Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3202/2021 12.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2500 manat məbləğində borc pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazır ki, iş üzrə Cavabdeh həyat yoldaşı Nazilə Cəfərova ilə birlikdə işləmişdir. Cavabdeh həyat yoldaşına görə tanımışlar. X8 vəfat etmişdir. Cavabdeh Nazilə Cəfərovanın həyat yoldaşıdır. Cavabdeh N.Cəfərova ilə birlikdə onların yaşadıqları ünvana gələrək 2500 manat borc pul istəmişdir. Cavabdeh borc pulu alarkən bildirmişdir ki, oğlu tutulmuşdur, borc aldığı pulu 2020-ci ilin noyabr ayında qaytaracaq. Dəfələrlə cavabdehdən borclu olduğu pulu tələb etmiş, lakin bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu ödəməkdən yayınmışdır. Cavabdehin hazırda ona ümumilikdə 2500 manat borcu qalmışdır. Bu səbəbdən də məcbur olub məhkəmədə iddia qaldırmalı olmuşdur. Hesab edir ki, hazırki iş üzrə cavabdeh- Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq onun xeyrinə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh iddiaçıdan borc pul almamış,sonuncuya borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Bərdə rayon Polis şöbəsinə verdiyi 22.01.2021-ci il tarixli izahatında göstərmişdir ki, deyilənə görə 12.10.2020-ci il tarixdə mərhum yoldaşı X1 mərhum həyat yoldaşı Sabirdən borc olaraq pul almışdır. Ancaq onun həmin məsələdən heç bir məlumatı yoxdur. İddiaçı dedikləri şər və böhtandır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli AZ-İİ 133304 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 19.11.2020-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. X10 Məhkəməsinin Mahmudov Rusiyaya qarşı 26 iyul 2007-ci il tarixli 35082/-04 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə Konvensiya çərçivəsində sübutlara qiymət verərkən belə hesab edir ki, sübut təqdim etmək vəzifəsi faktı təkzib edənin üzərinə deyil, təsdiq edənin üzərinə düşür. Sübutlar kifayət qədər əsaslı, açıq və digər sübutlarla təsdiq olunan hallara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarındakı sənədləri araşdıraraq müəyyən etdi ki, İddiaçı iddia ərizəsində Cavabdeh 2500 manat borca pul verdiyini, cavabdehin həmin pulu 2020-ci ilin noyabr ayında qaytaracağına söz verdiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı qəbul etməyərək iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində olan yazılı qeyd məhkəmə tərəfindən tədqiq edilərkən iddiaçı həmin yazının onun tərəfindən yazıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiçının tələb etdiyi 2500 manat pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sübut olmadığından iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3202/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3202/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver