Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3212/2023 18.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı və vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən nağd şəkildə X2na ödənilmiş 17.000 (on yeddi min) manat məbləğində pulun, əldən çıxmış fayda 11.900 (on bir min doqquz yüz) manat, torpaq sahəsini münbit hala gətirilməsi üçün tərəfindən xərclənmiş 5.000 (beş min) manat olmaqla, ümumilikdə 33.900 (otuz üç min doqquz yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 192 (yüz doxsan iki) manat pulun mərhumun hüquqi varisləri olan cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı Qərarına əsasən X2na və hazırki iş üzrə onun ailə üzvüləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş JN-0092 saylı Kod 61022028 olan Dövlət aktı əsasında Bərdə rayon Nazırlı kəndində yerləşən 2,70 ha torpaq sahəsini 16 mart 2009-cu il tarixdə 17.000 (on yeddi min) manat pul qarşılığında ona satmışdırlar. Həmin vaxtlar o, həmin torpaq sahəsini almaq məqsədi ilə torpağın dəyəri olan 17.000 (on yeddi min) manat pulu cavabdehlərin ailə başçısı olan X2na şəxsən vermişdir. Bu barədə cavabdehlərin ailə başçısı olan X2nun öz xətti ilə yazdığı imzalı qəbz də var. X2 2020-ci ildə pademiya dövründə dünyasını dəyişmişdir. X2 aralarında olan alqı-satqı prosesi baş tutduqdan sonra həmin torpaq sahəsinə aid olan JN-0092 saylı Kod 61022028 olan Dövlət Aktının əslini də ona vermişdir. Bu günədək həmin torpağa dair su, vergi və.s xidmət haqqları 2009-cu ildən onun tərəfindən ödəmişdir. Bu il həmin torpaq sahəsinə taxıl bitkisi əkib biçmişdir. Yenidən torpaq sahəsində əkin işləri aparmaq istəyən zaman cavabdehlər ona bildirmişlər ki, torpaq sahəsi onlarındır və həmin torpaq sahəsi X2nu həyat yoldaşı olan Cavabdeh1 adına qeydiyyata alınıb.Cavabdehlər mərhum atalarının ona satdığı torpaq sahəsini geri tələb etdiklərindən torpaq sahəsinin alınmasının qarşılığında 17.000 (on yeddi min) manat pulu onlardan tələb etmişdir. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 dəfələrlə ona olan 17.000 (on yeddi min) manat məbləğində borclarını, 14 il ərzində torpaq sahəsini münbit hala gətirilməsi üçün 5000 manatdan çox çəkdiyi xərci və illik əldə edəcəyi gəliri minimum həddə 5%-dən 14 il ərzində əllərindən çıxmış fayda 11 900 manat olmaqla, ümumilikdə 33.900 (otuz üç min doqquz yüz) manat məbləğində pulunun qaytarmasına dair müraciət etsə də, onlar müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan yayınaraq onların tərəfindən dolayısı yollarla imtina edilmişdir. Həmçini qeyd etmişdir ki, o, ötən 14 il ərzində torpaq sahəsini münbit hala gətirmişdir. Bunun üçün onun 5.000 manatdan çox xərci çıxmışdır. Hesab edir ki, öhdəliyini icra etməyən cavabdehlər kreditor olaraq ona vurduqları zərərin əvəzini ödəməyə borcludur. Onun tərəfindən nəğd şəkildə cavabdehlərin mərhum ailə başçısına ödənilmiş 17.000 (on yeddi min) manat məbləğində pulun, illik əldə edəcəyi gəliri minimum həddə 5%-dən götürülsə əldən çıxmış fayda bir ildə 850.0 (səkkiz yüz əlli) manat olmaqla 14 ilə cəmi 11.900 (on bir min doqquz yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 03003233 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1954-cü il tarixdə Bərdə rayon Nazırlı kəndində anadan olmuşdur. Bərdə rayon Nazırlı kəndində qeyiyyatda olmuşdur. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0092 KOD- 61022028 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə 2.70 ha torpaq sahəsi Bərdə rayon Nazırlı kənd sakinləri X5, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********89 olan Çıxarışdan görünür ki, Bərdə rayon Nazırlı kəndində yerləşən 2.6986 ha torpaq sahəsi X5, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə rayon X11 tərəfindən verilmiş 08 nömrəli xx.xx.2023-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, X5 (JN-0092 KOD-61022028 saylı ) 2.70 ha pay torpağı xx.xx.2009-cu ildən İddiaçı istifadəsindədir İş materiallarına əlavə olunmuş xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, X12 özünə və övldlarına məxsus 2.70 ha pay torpağını 17000 manata İddiaçı satdığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 192 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə 2.70 ha torpaq sahəsi Bərdə rayon Nazırlı kənd sakinləri X5, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. xx.xx.2009-cu il tarixdə X12 qəbz yazaraq özünə və övladlarına məxsus 2.70 ha pay torpağını 17000 manata İddiaçı satdığını qeyd etmişdir.Həmin tarixdən mübahisələndirilən torpaq sahəsi İddiaçı istifadəsində olmuşdur. Hazırda da torpaq aktının əsli iddiaçıda saxlanılır. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, öz etiraz və mülahizələrini bildirməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442 -ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və qəbz nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 17000 (on yeddi) manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində əldə çıxmış faydanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı, cavabdehin göstərilən hərəkəti nəticəsində əldən çıxmış faydanın məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əldən çıxmış faydanın və torpaq sahəsini münbit hala gətirilməsi çəkilən xərcin sübut olunması üçün iddiaçı hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun 141 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 17000 (on yeddi min) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh4 ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun 141 (bir üz qırx bir) manatı alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3212/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3212/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver