Məhkəmə qərarları › İş №2(021)-3219/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-3219/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-3219/2021 15.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu Bərdə rayonu Alaçadırlı kəndində yerləşən “Nurgül Telekom” mobil mağazası fiziki şəxs X3 Borclu qarşı “Borcun tutulmasına” dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Ərizəçi Bərdə rayonu Alaçadırlı kəndində yerləşən “Nurgül Telekom” mobil mağazası fiziki şəxs X5 məhkəməyə ərizə verərək Borclu ilə bağlanmış “Nisyə satış müqaviləsi” üzrə 395 manat əsas borc və 128 manat cərimə borcu olmaqla cəmi 523 manat borcun, 25.06.2020-ci il tarixli, 500 saylı müqavilə üzrə 610 manat əsas, 154 manat cərimə borcu olmaqla cəmi 764 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 1287 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onunla Borclu arasında bağlanmış 16.05.2020-ci il tarixli 351 nömrəli müqaviləyə əsasən tələbkar “Nurgül Telekom” Mobil mağazası tərəfindən Borclu 12 ay müddətinə ödəmək şərti ilə 530 manat dəyərində “Samsung A20 S” markalı mobil telefon, 25.06.2020-ci il tarixli müqaviləyə əsasən 12 ay müddətində ödəmək şərti ilə 630 manat dəyərində “Redmi Not 8” markalı mobil telefonu kreditlə nisyə satılmışdır. Lakin borclu kredit müqaviləsi üzrə öhdəliyi vaxtında və lazımınca icra etməmiş nəticədə 16.05.2020-ci il tarixli, 351 nömrəli kredit müqaviləsi üzrə 395 manat əsas borc və 128 manat cərimə borcu olmaqla cəmi 523 manat borcun, 25.06.2020-ci il tarixli, 500 saylı müqavilə üzrə 610 manat əsas,154 manat cərimə borcu olmaqla cəmi 764 manat borcun, ümumilikdə hər iki müqavilə üzrə 1287 manat borcu yaranmışdır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. İşə əlavə edilmiş X5 ilə Borclu arasında bağlanmış 16.05.2020-ci il tarixli 351 nömrəli müqaviləyə əsasən tələbkar tərəfindən Borclu ilkin ödəniş 40 manat olmaqla 12 ay müddətinə hər ay 41 manat ödəmək şərti ilə 530 manat dəyərində “Samsung A20 S” markalı mobil telefon satılmışdır. Tərəflər arasında bağlanmış 25.06.2020-ci il tarixli müqaviləyə əsasən tələbkar tərəfindən Borclu ilkin ödəniş 20 manat olmaqla 12 ay müddətində hər ay 51 manat ödəmək şərti ilə 630 manat dəyərində “Redmi not 8” markalı mobil telefonu satımışdır. İşə əlavə edilmiş 30 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 16.05.2020-ci il tarixli, 351 nömrəli kredit müqaviləsi üzrə 395 manat əsas borc və 128 manat cərimə borcu olmaqla cəmi 523 manat borcu, 25.06.2020-ci il tarixli, 500 saylı müqavilə üzrə 610 manat əsas,154 manat cərimə borcu olmaqla cəmi 764 manat borcu, ümumilikdə hər iki müqavilə üzrə 1287 manat borcu yaranmışdır. X2 tərəfindən Borclu ünvanlanmış bildirişdən görünür ki, tələbkar tərəfindən borcluya borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. AZE seriyalı ********* nömrəl şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1966-cı ildə Bərdə rayonu Mollalı kəndində doğulmuş, Bərdə rayonu Mollalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM- 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu 16.05.2020-ci il tarixli, 351 nömrəli kredit müqaviləsi üzrə 395 manat əsas borc və 128 manat cərimə borcu olmaqla cəmi 523 manat borc, 25.06.2020-ci il tarixli, 500 saylı müqavilə üzrə 610 manat əsas, 154 manat cərimə borcu olmaqla cəmi 764 manat borcun,ümumilikdə hər iki müqavilə üzrə 1287 manat borc alınaraq X4 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: xx.xx.1966-cı ildə (AZE ********) Bərdə rayonu Mollalı kəndində anadan olmuş, Bərdə rayonu Mollalı kəndində yaşayan Borclu 16.05.2020-ci il tarixli, 351 nömrəli kredit müqaviləsi üzrə 395 manat əsas borc, 128 manat cərimə borcu olmaqla cəmi 523 manat borc, 25.06.2020-ci il tarixli, 500 saylı müqavilə üzrə 610 manat əsas,154 manat cərimə borcu olmaqla cəmi 764 manat borcun,ümumilikdə hər iki müqavilə üzrə 1287 manat və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq X3 xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar