Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3227/2021 12.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı Əliyev Ələkbər Əlyar oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun xeyrinə 1000 manat pul və 30 manat dövlət rüsumuna görə ödədiyi pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4732/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən X5 iddiası təmin edilməklə cavabdeh X1 Əlyar Cahangir oğluna məxsus ünvan 1-dan bütün əşyaları və azyaşlı övladları 11 aprel 2015-ci il təvəllüdlü Əlizadə Nuray Ələkbər qızı və 09 mart 2011-ci il təvəllüdlü X12 ilə birlikdə məcburi çıxarılmalıdır. İş üzrə icra vərəqəsi verilmiş, cavabdeh əşyaları ilə birlikdə 07 sentyabr 2021-ci il tarixdə evdən çıxarılmışdır. Lakin əşyaları Bərdə rayonuna aparmaq üçün yük daşıyıcıya çatacaq 1000 (min) manat pul onun tərəfindən ödənilmişdir. Həmin pulu o, cavabdehdən tələb etsə də o, min manatın ödənilməsindən imtina etmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. İş üzrə Əliyev Əlyar onun atasıdır, atası 30 noyabr 2020-ci ildə rəhmətə getmişdir. Məhkəmə iclasında iddiaçı Əliyev Ələkbər Əlyar oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Müstəcəb qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Müstəcəb qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 07 iyul 1992-cü ildə doğulmuşdur. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 22 may 1993-cü ildə Bərdə rayonu, Güloğlular kəndində doğulmuşdur, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatdadır Mülki işə əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli, ƏİA/4-784406 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı "xxxx" MMC-nə 1000 manat ödəmişdir. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli, 2(006)-4732/2020 saylı qətnamənin surətindən müəyyən olunur ki, cavabdeh Rüstəmli Rüfanə Müstəcəb qızının iddiaçı Əliyev Əlyar Cahangir oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alataa küçəsi, ev 85A-dan bütün əşyaları və azyaşlı övladları 11 aprel 2015-ci il təvəllüdlü X11 və 09 mart 2011-ci il təvəllüdlü X12 ilə birlikdə məcburi çıxarılması qət edilmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sənədləri və sübutları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ƏİA/4-784406 nömrəli mədaxil qəbzinə əsasən müvafiq ödəniş əsasında X9 məxsus ünvan 1 ünvanından caabdehin bütün əşyaları ilə birlikdə "xxxx" MMC ilə Bərdə şəhərinə gətrilməsi təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Əliyev Ələkbər Əlyar oğlunun Cavabdeh Müstəcəb qızına qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X4 1000 (min) manat və 30 manat dövlət rüsumu alınıb İddiaçı Əlyar oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3227/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3227/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver