Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3231/2025 20.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərova Nərmin Pənah qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pulun və 80 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, , cavabdehi yaxından tanıyır, özü borc müqaviləsində yazdığı kimi atası ila dost olmuşdur. Atası ila onların yaşayış evində, restoranda, əlavə cavabdehin özü ila eyniylə bu cür təkrar-təkrar qonaqlıq süfrəsində əyləşmişlər. Onlara ailəvi yaxın olduğu üçün cavabdeh həmişə sirrini ona bildirmiş, maddi cəhətdən imkansızlığı olanda dəfələrlə ona kömək etmişdir. O, da gecda olsa aldığı borcu qaytarmışdır. Cavabdeh həmişəki kimi xx.xx.2022-ci il tarixdə saat 11 00-da ona zərg etmişdir ki, onun ciddi problemi var onun kömayi lazımdır, axşam onlara gələcək O, axşam saat 900- da yaşadığı ünvana gəmişdir. O ünvan 1əsafə cəhətdən kəndlari bir-birinə yaxındır. O, çay süfrəsində əyləşəndən bir neça saat sonra düşdüyü çətinliyi ona söyləyərək aydınlıq gətirərək birisi ona böhtan atıb borca düşmüşdür, sirrini ona deyir heç kəs bilməsin deyə o adamla qarşılaşmaq istamir. Hətta sirrini heç kəsə bildirməcəyini borc müqaviəsində də qeyd etmişdir ki, yaxınları, doğmaları bu işə müdaxilə eda bilməzlər, çünki onlar borc pul alınanda və borc müqaviləsi yazılanda bu işda iştirak etməyiblar. O, Cavabdeh yaxından tanıyıb etibar etdiyi üçün ona istədiyi məğbəği 6000 (altı min) manat borc pul vermişdir. Verdiyi borc pulun məbləği yüksək olduğu üçün borcun qaytarılmasına göra Cavabdeh məsuliyyət hissi yaratmaq üçün ona pulun onun olmadığını, dostumun olduğunu və onda əmanət olduğunu demişdir. Buna göra ona verdiyiborc pula görə öz dəsti xəttinlə borc müqaviləsi yazmasını, və yazdığı borc müqaviləsinin üzündən oxuyub görüntüçəkilişə düşməsini cildirmişdir. Cavabdeh razılaşmış, aldığı borc pula göra öz dəsti xətti ilə borc müqaviləsi yazmışdır və öz yazdığını oxuyaraq görüntülü çəkiliş etmişdir. Dəfələrlə ödənişi tələbt etsədə ona gözləməyi demişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə teleqram göndərərək səhhətiilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia tələbini müdafiə etdiyini göstərərk cavabdeh yazmış olduğu borc müqaviləsi və borc almasına dair video görüntü əsasında iddia tələbini təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir 21 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçıdan əvvəllər atasının xəstəliyi və əməliyyatı üçün pul ehtiyac olduğundan borc pul almış və qaytarmışdır. 29 iyul 2022-ci il tarixdə anasının əməliyyat olunması üçün pul lazım olduğundan iddiaçıdan 3000 manat pul borc almış, aldığı pulun 1500 manatını qaytarmış, iddiaçı borcun qaytarılmasını təmin etmək üçün ona guya 6000 manat borc alması barədə müqavilə yazdırmışdır. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli, 5-9- 2/2-85/2025 nömrəli arayışdan görünür ki, İddiaçı Yevlax rayonu Hacımahmudlu kəndində yaşayır. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Mülki iş materiallarına əlavə edilmiş tərəflər arasında yazılmış 29 iyul 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, həmin müqavilədə “ mən Cavabdeh Bərdə rayonu Qəhrəmanlı kənd sakini yazıb məlum edirəm ki, vacib ehtiyacım olduğu üçün atamın yaxın dostu Yevlax rayonu Hacımahmudlu kənd sakini İddiaçı faizsiz olaraq 6000 (altı min) manat borc pul aldım.Borcu xx.xx.2022-ci il tarixdə aldım. Borcun ödənişində heç bir mübahisə və çətinlik törətməyəcəm.Borcun ödənişində mübahisə yaratsam bilirəm ki, borcun ödənişi məhkəmə yolu ilə öz qanuni həllini P.Qiyasın xeyrinə tapacaq. ÖDənişdə mübahisə yaranarsa yaxınlarım, doğmalarım bu işə müdaxilə edə bilməzlər, çünki onlar borc alınanada və müqavilə yazılanda bu işdə iştirak etməyiblər. Müqaviləni özüm yazdım heç kəs məni məcbur etməyib.Müqavilənin doğruluğunu öz şəxsi imzamla təsdiq edirəm. Mülki iş matariallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 80.00 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materialları müəyyən etmişdir ki, iddiaçı Pənahov X1 Murad Neymət oğluna 6000 manat borc vermişdir. Cavabdeh öhdəlik götürərək almış olduğu borc məbləğini ödəməyi öhdəsinə götürüb, bununla bağlı tərəflər arasında borcun etirafı barədə müqavilə yazılmışdır. Müqavilənin formasına və məzmununa dair tələb yerinə yetirilmədiyindən qeyd edilən qəbz formasında bağlanmış əqd etibarsızdır. Əqd etibarsız olduğundan cavabdeh tərəfindən əldə edilən gəlir müqavilədən irəli gəlmir və nəticədə cavabdeh əsassız varlanır. Əsassız varlanmış cavabdeh isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında Cavabdeh İddiaçı 3000 manat borc aldığını həmin məbləğin 1500 manatını qaytardığını bildirsə də, bu faktlı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, İddiaçı 6000 manat borc məbləğini əsassız varlanmış Cavabdeh tələb etməyə haqlıdır, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməli, iddia tələbi təmin olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6.000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3231/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3231/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver