Məhkəmə qərarları › İş №2(021)-3234/2021

Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-3234/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-3234/2021 16.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən kreditor “Nurgül Telekom” mobile mağazası borclu Bərdə rayonu, Göyüşlü kəndində yaşayan Borclu qarşı borcun məcburi şəkildə ödənilməsi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən “Nurgül Telekom” mobile mağazasında ümumilikdə 489 manat (210 manat ilkin ödəniş daxil olmaqla) manat məbləğində SAMSUNG A 20S markalı mobil telefon nisyə satılmışdır. Borclunun müqavilə üzrə ödənişlər etməmiş, nəticədə 187 manat əsas, 90 manat cərimə olmaqla cəmi 277 manat borcu qalmışdır. Odur ki, borcludan 187 (yüz səksən yeddi) manat əsas borcun, 90 (doxsan) manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 277 mabat (iki yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin alınaraq “Nurgül Telekom” mobile mağazasına ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyii üçün kreditora olan kredit və kreditdən istifadəyə görə faiz borcu Borclu kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 275-276, 280-281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİM xx xxxx 1988-ci ildə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuş, hazırda Bərdə rayonu, Göyüşlü kəndində yaşayan Borclu 187 (yüz səksən yeddi) manat əsas borcun, 90 (doxsan) manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 297 (iki yüz doxsan yeddi) manat tutularaq kreditor “Nurgül Telekom” mobile mağazasının xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar