Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3235/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi- Əzizov Mətləb Yahya oğlunun katibliyi, İddiaçı, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Aqrarkredit QSC BOKT-un nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35.000 manat pulun və 195 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onlara məxsus evi Aqrarkredit Qapali Səhimdar Cəmiyyəti BOKT-nun Bərdə filialına ipoteka qoyaraq pul götürmüşdür. Cavabdeh həmin pulu ödəməmişdir. Onlar da məcbur qalıb evi satıb 35.000 manat banka pul ödəmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)3235/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı İsmayılova Səfurə Əzız qızının cavabdeh Göyüşov İlham Əbdül oğluna qarşı "xxxx" tələbinə dair mülki iş üzrə Aqrarkredit QSC BOKT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Aqrarkredit QSC BOKT-un nümayəndəsi X10 bildirdi ki, Cavabdeh hüquqlarını müdafiə etdiyi təşkilatdan kredit götürmüş, kreditin təminatı kimi iddiaçının həyat yoldaşı X9 əmlakı ipoteka ilə yüklü etmişdir. Kredit ödənilmədiyindən ev hərracda satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Qaradağlı kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş xx.xx.2007-ci il tarixli 57 saylı Kredit Müqaviləsindən görünür ki, Aqrarkredit SKT tərəfindən Cavabdeh 36 ay müddətinə illik 7% olmaqla 30000 manat məbəğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Aqrarkredit SKT və Abdulǝliyev Arif Məhər oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli 59 saylı İpoteka Müqaviləsindən görünür ki, Aqrarkredit SKT tərəfindən Cavabdeh xx.xx.2007-ci il tarixli 57 saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin yerinə yetirilməsi məqsədilə Abdulǝliyev Arif Məhər oğlunun mülkiyyətindəki Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Aqrarkredit SKT -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 51000 (əlli bir min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş **********75-10301 Reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH, №0002542 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Abdulǝliyev Arif Məhər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş **********75-10301 Reyestr nömrəli, ********* qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abdulǝliyev Arif Məhər oğlunun mülkiyyətində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi yerləşdiyi 0.08 ha torpaq sahəsi ilə birlikdə "xxxx" SKT – nin Bərdə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Aqrarkredit QSC-i ile cavabdehler Cavabdeh arasında bağlanmış 11 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-de yaşayan Cavabdeh və ipoteka qoyan Abdulǝliyev Arif Məhər oğlundan 31079 (otuz bir min yetmiş doqquz) manat əsas kredit borcu, faiz borcunun müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, 31079 manat kredit məbləğinin cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğ kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv,m yaşayış, 140 kn köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq herrac satiş yolu ilə rializə edilərək satışdan əldə edilən məbləğ borcunun ödənilməsinə yönəldiməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli 2(021)-514/2010 nömrəli qətnaməsi kredit müqaviləsinin ləğvi və borcun ipoteka qoyan A.Abduləliyevdən tutulması barədə tələb olmadığından həmin hissədə qismən ləğv edilmiş, qətnamənin Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də yaşayan Cavabdeh 31079 manat əsas kredit borcu və faiz borcunun tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, cavabdehlərdən 20 manat dövlət rüsumunun iddiaçının xeyirinə tutulması, 31079 manat kredit məbləği cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğin kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv.m yaşayış, 140 kv,m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satış yolu ilə realizə edilərək satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsi hissəsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)720/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Abdulǝliyev Arif Məhər oğlu və İddiaçı "xxxx" QSC-BAnk Olmayan Kredit Təşkilatına məxsus olan ünvan 1ində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv. metr yaşayış, 140 kv. metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməklə həmin evdən çıxarılmaları qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)55/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 "xxxx" QSC Bank Olmayan Kredit təşkilatı ilə X9 arasında Bərdə rayonuun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi barəsində bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunmasına dair iddiası ilə yüklü edilmiş bununla bağlı bankla ipoteka qoyan arasında 11 sentyabr 2007-ci ildə ipoteka müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinə qarşı 11 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X4 iddiaçı Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evindən çıxarılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın yekunları barədə xx.xx.2012-ci il tarixli №Y-996 nömrəli Protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən X5 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evi 25500 manata Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına satılmışdır. İş materiallarına əlavə olunmuş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli Müqavilədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən X5 məxsus Bərdə rayonun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 25500 manata Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına satılmışdır. İş materiallarına əlavə olunmuş **********75-10301 Reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-cı il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, №0075969 nömrəli Çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi, 225 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi "xxxx" QSC BOKT-nun tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Orta Kredit Komitəsinin 16/22-P saylı xx.xx.2022-ci il tarixli iclasının Protokolundan Çıxarışdan görünür ki, Aqrarkredit Səhmdar Kredit Təşkilatının mülkiyyətində olan Bərdə rayonun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə 30000 manata X1. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli AN-İ №1031185 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 225 kv/m, yaşayış sahəsi 85 kv/m, yardımçı sahəsi 140 kv/m olan 4 otaqlı fərdi yaşayış evini X2. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 195 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2007-ci il tarixli 57 saylı Kredit Müqaviləsinə əsasən Aqrarkredit SKT tərəfindən Cavabdeh 36 ay müddətinə illik 7% olmaqla 30000 manat məbəğində kredit verilmişdir. Aqrarkredit SKT və Abdulǝliyev Arif Məhər oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli 59 saylı İpoteka Müqaviləsinə əsasən Aqrarkredit SKT tərəfindən Cavabdeh 2xx.xx.2007-ci il tarixli 57 saylı saylı Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin yerinə yetirilməsi məqsədilə Abdulǝliyev Arif Məhər oğlunun mülkiyyətindəki Bərdə rayonu, Qaradağlı kəndində olan 0.08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 85 kv.m yaşayış, 140 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Aqrarkredit SKT -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Aqrarkredit QSC-i ilə cavabdehler Cavabdeh arasında bağlanmış 11 sentyabr 2007-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-de yaşayan Cavabdeh və ipoteka qoyan Abdulǝliyev Arif Məhər oğlundan 31079 (otuz bir min yetmiş doqquz) manat əsas kredit borcu, faiz borcu müştərək qayda da tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, 31079 manat kredit məbləğinin cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğ kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv,m yaşayış, 140 kn köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq herrac satis yolu ilə rializə edilərək satışdan əldə edilən məbləğ borcunun ödənilməsinə yönəldiməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 2(021)514/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli 2(021)-514/2010 nömrəli qətnaməsi kredit müqaviləsinin ləğvi və borcun ipoteka qoyan A.Abduləliyevdən tutulması barədə tələb olmadığından həmin hissədə qismən ləğv edilmiş, qətnamənin Bərdə şəhəri S.Vurğun küçəsi ev 5-də yaşayan Cavabdeh 31079 manat əsas kredit borcu və faiz borcunun tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməsi, cavabdehlərdən 20 manat dövlət rüsumunun iddiaçının xeyirinə tutulması, 31079 manat kredit məbləği cavabdeh tərəfindən ödənilmədikdə, tutulacaq məbləğin kreditin təminatı kimi X3 mülkiyyətində olan ünvan 1ində yerləşən 85 kv.m yaşayış, 140 kv,m köməkçi sahədən ibarət 2 mərtəbəli 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satış yolu ilə realizə edilərək satışdan əldə edilən məbləğin borcun ödənilməsinə yönəldilməsi hissəsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli Müqaviləyə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)872/2010 saylı xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən X5 məxsus Bərdə rayonun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi 25500 manata Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına satılmışdır. xx.xx.2022-ci il tarixli AN-İ №1031185 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 225 kv/m, yaşayış sahəsi 85 kv/m, yardımçı sahəsi 140 kv/m olan 4 otaqlı fərdi yaşayış evini X2. Mərhum Abdulǝliyev Arif Məhər oğlu İddiaçı əri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 3 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.4-ci maddəsinə əsasən ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının mülkiyyətçisidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Belə ki, Mülki Məcəllənin 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Mülki Məcəllənin 269-cu maddəsinə əsasən, girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. İpoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Qanunvericilik həmçinin ipoteka qoyanın gələcəkdə reqres qaydasında pul tələb etmək kimi hüququ müəyyənləşdirilməmişdir. Məhkəmə həmçini qeyd edir ki, məhkəmə iclaslarında dəfələrlə İddiaçı əgər tərəfindən vərəsəlik qəbul olunubsa sənədlərin məhkəməyə təqdim olunmasını tələb etmiş, lakin iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmiş və məhkəməyə dolğun cavab verə bilməmişdir. Buna görə də məhkəmə iddiaçının hazırki iddia tələbini qaldırmağa subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 195 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "xxxx" tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3235/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3235/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver