Məhkəmə qərarları › İş №2(021)-327/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-327/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-327/2025 16.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9500 manat pulun qaytarılması və yaxud pulu qaytara bilməyəcəyi təqdirdə 1.55 ha torpaq sahəsinin ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon Qazaxlar kəndində yaşayır. İş üzrə Cavabdeh bir həmkəndli kimi tanıyır. Bərdə rayon Qazaxlar kəndində yerləşən ümumi sahəsi 3.05 ha toraq sahəsini xx.xx.2015-ci il tarixdə Cavabdeh 14500 manata almışdır. 2019-cu il tarixdə cavabdeh ona zəng edərək maddi vəziyyəti yaxşı olmadığından həmin torpaq sahəsini ondan geri istəmişdir. O da cavabdehi tanıdığ üçün eyni zamanda həmkəndli olduqlarından cavabdehlə razılaşaraq həmin torpaq sahəsinin 1.5 ha hissəsini 5000 manata ona qaytarmağa razılaşmışdır. Sonradan cavabdeh Rusiya Federasiyasında olduğundan o 1.55 ha torpaq sahəsini adına sənədləşdirə bilməmişdir. Cavabdehə vətənə gələndə sənədləşdirəcəyini bildirmişdir. Həmin vaxtdan 8 ildən çoxdur ki, həmin torpaq sahəsi onun istifadəsindədir və sahibliyindədir. Cavabdeh Rusiya Federasiyasından gələndən sonra ona satdığı 1.55 ha torpaq sahəsini əkib becərməyinə maneçilik yaradır və özü əkib becərir. O, cavabdehdən 1.55 ha torpaq sahəsi üçün ödədiyi pulun qaytarılmasını və yaxud qaytara bilmirsə torpaq sahəsinin ona verilməsini tələb edir. Onun cavabdehdən həmin torpaq sahəsini almağını xeyli sayda şahidlər və o cümlədən kənd bələdiyyəsi də təsdiq edə bilərlər. Cavabdeh pulu və ya torpaq sahəsini verməkdən imtina edir. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddia ərizəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək bildirmişdir ki, mülkiyyətində olan torpağını şifahi razılaşma əsasında İddiaçı 9500 manata satmış, sonra torpaq sahəsinin yarısını geri almış və aldığı pulun 5000 manatını geri qaytarmışdır, hazırda 4500 manat borcu qalmışdır. Həmçinin bildirdi ki, iddiaçı onun torpaq sahəsində yonca əkmiş, lakin xeyrini özü götürmüşdür, çünki torpaq sahəsinin onun mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin ifadəsindən sonra ifadəsinə dəyişiklik edərək bildirmişdir ki, cavabdehə 9500 manat pul vermiş, sonuncu 5000 manatı ona qaytarmış, 4500 manat borcu qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bərdə rayon Qazaxlar kəndində anadan olmuşdur. Bərdə rayon Qazaxlar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş diskə baxış zamanı müəyyən olunur ki, tərəflər arasında qeyrirəsmi torpaq alqı-satqısı olmuş, iddiaçı torpaq üçün cavabdehə pul vermiş, lakin cavabdeh torpaq sahəsini ondan geri almış və aldığı pulu geri qaytarmamışdır. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu pdənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 9500 manata qeyri-rəsmi torpaq sahəsi satmış, daha sonra cavabdeh mülkiyyətindəki torpaq sahəsini iddiaçıdan geri almışdır. Cavabdeh aldığı 9500 manatı etiraf etmiş, lakin 5000 manatını geri qaytardığını hazırda 4500 manat borcu qaldığını bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Beləliklə, məhkəmə cavabdehin iddiaçıya 4500 manat borcu olmasını etiraf etməsini və iş materiallarını nəzərə almaqla hesab edir ki, iddia tələbi 4500 manat tələbi hissəsində qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin tam təmin olunması əsassız varlanmaya səbəb ola bilər ki, bu da yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə həmçinin iddia tələbinin cavabdeh pulu qaytara bilməyəcəyi təqdirdə 1.55 ha torpaq sahəsinin iddiaçıya verilməsinə münasibətdə bildirir ki, iddia bu hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 65 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməliddir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4500 manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 65 manatı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar