Məhkəmə qərarları › İş №2(021)-3274/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3274/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3274/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Qara qızının iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Həsənova Arifə Qara qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Murəddin oğlundan 390 manat borc pulun, ödənilmiş 20 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Həsənov Arif Qara qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Sadıqov Aqil Nurəddin oğlu ilə qonşuluqlarında İsayev Etibar Şahmalı oğlunun evində məişət avadanlığı düzəldən zaman tanış olmuşdur. Cavabdehə bildirmişdir ki, onun da bir ədəd LC markalı televizor, bir ədəd Beko markalı kondisioner və çinar markalı soyuducunu təmin etmək lazımdır. O, bildirmişdir ki, işini qutarıb onlara gələcəkdir. Səhərisi gün cavabdeh Sadıqov Aqil Nurəddin oğlu onlar gəlmişdir. Ona təmir etmək üçün həmin məişət avadanlıqlarını göstərmişdiir. Cavabdeh bildirmişdir ki, bunları düzəltmək üçün onlardan 390 manat alacaq. O, razılaşmış və həmin 390 manat puluu Aqilə vermişdir. Bundan sonra Aqil avadanlıqları təmir etməyə başlamışdır. LC markalı televizor, bir ədəd Beko markalı kondisioner və çinar markalı soyuducunu söküb hissəllərə ayırmışdır ki, düzəldəcək. O, vaxtdan xeyli müddət keçməsinə baxmayaraq onun məişət avadanlıqlarını düzəltməkdənsə, əksinə daha da tam yararsız vəziyyətə salmışdır. Məcbur olub başqa ustaya müraciət etmişdir ki, bu əşyaları düzəltsin. Dəfələrlə o, Aqillə telefon vasitəsi ilə əlaqə saxlayıb demişdir ki, qoca arvaddır, onu incitməsin, verdiyi 390 manat pulu geri qaytarsın. O, hərdəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdansa boyun qaçırır. Buna görə də məcbur olub, məsələnin sivil qaydada həll edilməsi üçün məhkəmə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Sadıqov Aqil Nurəddin oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1952-ci ildə Tərtər rayonu, Cəmilli kəndində doğulmuş, Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Cəmilli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 427 nömrəli, 16 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qara qızı ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lain hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Qara qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar