Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3279/2023 04.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi İlə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qarabağ çörək zavodu MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qarabağ çörək zavodu MMC-yə vurduğu zərərə görə 6100 manat, borc aldığı 320 manat, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 86 manat rüsumun iddiaçının xeyrinə ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Qarabağ çörək zavodu MMC-nin tələb etdiyi 6100 manat məbləğ cavabdehin üzürsüz səbəbdən işdən getməsi nəticəsində un fabrikində 7 gün boşdayanma nəticəsində yaranan zərərin əvəzi kimi tələb olunan məbləğdir. Məhkəmə qeyd edir ki, iddiaçı Qarabağ çörək zavodu MMC hüquqi şəxs olduğundan hazırkı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmuna riayət edilmədən tərtib edilmişdir. İddia tələbinin digər hissəsini təşkil edən 320 manat məbləğ isə iddia ərizəsində Qarabağ çörək zavodu MMC-nin direktoru X1 tərəfindən cavabdehə şəxsi ehtiyacları üçün borc verilmiş məbləğ kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsində tələblər uyğunluq təşkil etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı Qarabağ çörək zavodu MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Qarabağ çörək zavodu MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Qarabağ çörək zavodu MMC tərəfindən ərizənin verilməsinə görə ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumu geri qaytarılsın. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3279/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3279/2023
04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver