Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3282/2021 02.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Məmmədov İslam Allahyar oğlunun iştirakları ilə, İddiaçı Məmmədov İslam Allahyar oğlunun cavabdeh Rzayeva Nailə Əsgər qızın oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Məmmədov İslam Allahyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rzayeva Nailə Əsgər qızından Bərdə rayonu, Qullar kəndində yerləşən 1.71 ha torpaq sahəsini almaq üçün vermiş olduğu 3800 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu sakini olan hazırki iş üzrə cavabdeh X7 təxminən 11 il bundan öncə Bərdə rayonu Qullar kəndində yerləşən 1.71 ha torpaq sahəsi alıb. Bərdə rayon Qullar kəndində yerləşən 1.31 ha torpaq sahəsini almaq üçün isə Cavabdeh 3800 manat ödəyərək alıb. Həmin torpaq sahəsini aldığı müddətdən bu vaxta qədər torpaq sahəsində təmizlik işləri apararaq torpaq sahəsini kənd təsərrüfatlarının məhsulu istehsalı üçün istifadə edib. Hal-Hazırdada həmin torpaq sahəsini istifadə edir. Dəfələrlə cavabdehə onunla birlikdə notariat ofisinə gedərək, Bərdə rayon Qullar kəndində yerləşən 1.71 ha torpaq sahəsini rəsmi olaraq onun adına sənədlişdirilməsini bildirsədə, hər dəfəsində bir bəhanə edərək onunla birlikdə notariat ofisinə getməkdən boyun qaçırdıbdır. Bunun üçün də torpaq sahəsi rəsmi olaraq onun adına sənədləşdirilməyibdir. Hal-hazırda cavabdeh onun mülkiyyətində olan 1.71 ha torpaq sahəsini ondan geri istəyirlər. Bildirir ki, həmin torpaq sahəsi ona məxsusdur. O, isə cavabdehə həmin torpaq sahəsini 3800 manat verərək aldığını bildirsədə heç bir nəticəsi olmamışdır və onun həmin torpaq sahəsindən çıxmağını tələb edir. O, həmin torpaq sahəsini almaq üçün 4 baş danasını sataraq alıb. Cavabdeh ondan torpaq sahələrini geri tələb etdiyi üçün hal-hazırda o, da cavabdehə torpaq sahəsini almaq üçün vermiş olduğu 3800 manat pulun verilməsini tələb edir. 3800 manat pulun indiki qiymətlə qiymətləndirilməsini istəyir. Bunun üçündə məcbur qalıb məhkəməyə müraciət edərək, torpaq sahəsinə vermiş olduğu pulu tələb etməli olubdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək, iddianı qəbul etmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X8 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25 avqust 1953-cü ildə Bərdə rayonu Qullar kəndində doğulmuş, Bərdə rayonu Qullar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli, 888 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Qullar kəndində qeydiyyatdadır. İş materiallarında olan cavabdeh Rzayeva Nzilə Əsgər qızı tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, iddiaçının öz iddia ərizəsində göstərdiyi torpaq sahəsin onların mülkiyyətindədir, heç vaxt torpağı iddiaçıya pul ilə satmayıblar. Bərdə rayon Aqrar İslahat Komissiyasının22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə mərhum qaynatası Rzayeva Savalan Alırza oğlunun adına verilmiş və mərhum oğlu 07 dekabr 2003-cü ildə vəfat etmiş Rzayev Sənan Rəhim oğlu da daxil onların adları da qeyd olunduğu 24 mart 1999-cu il tarixli 3999 qeydiyyat aktı ilə, JN 0062 kod 61023058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 2.26 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktında mərhum qaynatası X2, mərhum qaynanası Rzayeva Sənubər Səməd qızının, qaynı Rzayeva Rəhman Rəhman Savalan oğlunun, Rzayeva Səmayə Bayram qızının və onların, o cümlədən mərhum oğlu X10 adı vardır. 2006-cı ildə onlar öz 2.26 ha torpaq sahəsindən onlara münsaibətdə paylarına düşən cəmi 1.12 ha torpaq sahəsini (mərhum oğlu Sənanın da payı daxil hər birinə 0. 28 ha) iddiaçıya aralarında şifahi razılaşmaya əsasən icarəyə vermişlər. 2006-cı ildə iddiaçı onlara 90 manat ilkin icarə haqqı ödəmişdir. 2007-ci ildə isə 150 manat ödəmişdir. Torpağın sənədləri onlarda qalmışdır. 2007-ci ildə ödəniş etdikdən sonra iddiaçı onlara icarə haqqı ödəməməyə başlamışdır. Aralarında ailəvi münasibət, qohumluq əlaqəsi olduğu üçün düşünmüşlər ki, bəlkə də maddi vəziyyəti və məhsul bəhrəsi yaxşı olmur deyə ödəyə bilmir, bir az möhlət versinlər. Ancaq sonra ondan icarə haqqı ödəməsini tələb edtdikdə, məlum olmuşdur ki, iddiaçı onların torpağını onlardan xəbərsiz özününküləşdirmək istəyir, bu iş üçün gizlicə sənədlər əldə edib düzəltməyə çalışır. İddiaçının iddia ərizəsinə qoşma olaraq əlavə etdiyi sənədlər sırasında ona qarşı irəli sürdüyü tələbini təsdiq edən heç bir sübut növü yoxdur, nə müqavilə, nə icarə müqaviləsi, nə də başqa bir fakt təsdiqedici sənədlər, nə də işin halları üzrə həmin faktı təsdiq edən şahidlərin siyahısı yoxdur. İddiaçının ərizəsində qeyd etdiyi, guya dəfələrlə ona notariat müqaviləsi bağlamağa getmək barədə etdiyi təkliflərlə əlaqəli yazdıqları da həqiqəti özündə əks etdirmir. Onlar iddiaçıya qarşı Bərdə rayonu Məhkəməsində torpaqdan çıxarılma tələbinə dair iddiaları var və həmin mülki iş 2(021)-3340 saylı iş olaraq hakim Əyyub Kərimovun icraatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə iddiaçının iddia tələbi təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Məmmədov İslam Allahyar oğlunun cavabdeh Rzayeva Nailə Əsgər qızın oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3282/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3282/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver