Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3295/2025 29.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Bərdə rayonu Cicimli kəndində yerləşən 0,30 ha torpaq sahəsinin, 100 kv.metr-lik 4 otaqlı fərdi yaşayış evinin və birgə mülkiyyətdə əldə edilmiş 10 baş olmaqla iribuynuzlu mal-qaranın bərabər payda bölünüb verilməsi tələbi”nə dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Cicimli kəndində yerləşən 0,30 ha torpaq sahəsinin, öz əziyyətləri ilə tikmiş olduqları 100 kv.metr-lik 4 otaqlı fərdi yaşayış evinin və birgə mülkiyyətdə əldə edilmiş 10 baş olmaqla iribuynuzlu mal-qaranın bərabər payda bölünüb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə verərək, mülki işi baxılmamış saxlamağı, mülki işə əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Bərdə rayonu Cicimli kəndində yerləşən 0,30 ha torpaq sahəsinin, 100 kv.metr-lik 4 otaqlı fərdi yaşayış evinin və birgə mülkiyyətdə əldə edilmiş 10 baş olmaqla iribuynuzlu mal-qaranın bərabər payda bölünüb verilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı2 tərəfindən 22 iyul 2025-ci il tarixdə dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu geri qaytarılsın (qəbz nömrəsi:********** büdcə təsnifat kodu:********) Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3295/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3295/2025
29.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver