Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-87/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Müslümov Pərviz Adil oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Məhəməd oğluna qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, AR Əmlak Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi 05 fevral 2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın Dövlət reyestrində 59 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********69-10301 saylı Çıxarışa əsasən mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən ümumi sahəsi 57.8 kvmetr olan birmərtəbəli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin onun payına düşən ½ hissəsini naturada bölərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı 06 iyul 2018-ci il tarixdə pozulmuş və nikah pozulduqdan sonra Xaçmaz rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(067)-1567/2018 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən ümumi sahəsi 57.8 kvmetr olan birmərtəbəli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin ½ hissəsi onun, ½ hissəsində isə cavabdehin mülkiyyət hüququ müəyyən edilmişdir. Hal-hazırda DƏDRX-nin çıxarışına əsasən ona düşən pay hissəsinə ona məxsus olması barədə çıxarış almışdır. Lakin naturada bölgü olmadığı üçün o həmin evdə yaşaya bilmir. Mübahisələrə səbəb olurlar. Ona düşən payı qaytarmaq istəmir və onunlabögüdə razılaşmır. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, birgə nikahdan olan əmlakın naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ekspert rəyindən ona məlum olmuşdur ki, naturada bölgü mümkün deyil. Ona görə də əmlakın qiymətləndirilməsini xahiş edir. Lakin, məhkəməyə iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə təqdim etməmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, ekspertiza təyin edilmiş, yerli baxış keçirilmiş və rəy verilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmamışdır. Onlar iddiaçıya müəyyən bir məbləğ təklif etmişlər. Lakin, iddiaçı bu məbləğin 50000 manat olmasın tələb edir. Buda həmin əmlaka görə mümkün bir məbləğ deyildir. İddiaçı tərəf iddia həcminin artırılması barədə ərizəni də məhkəməyə təqdim etməmişdir. Ona görə də hazırki iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını və işin hallarını araşdıraraq, belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(067)-1567 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən, ümumi sahəsi 57.8 kv.metr olan 1 mərtəbəli yaşayış evinin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin ½ hissəsindən İddiaçı, ½ hissəsindən Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. 05 fevral 2024-cü il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın Dövlət reyestrində 59 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********69-10301 saylı Çıxarışdan müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən xüsusi mülkiyyət olan sahəsi 57.8 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh Məhəməd oğlunun mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2025-ci il tarixli, 10/1289 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsində yerləşən 111 saylı fərdi yaşayış evinin tikililərinin planlı yerləşməsini, yaşayış və yardımçı otaqlarının sayını, yəni tədqiq olunan ev üzrə bir mətbəxin olduğunu, eləcə də tərəflərin payına düşən sahələrə uyğun yaşayış otağı olmadığını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin tərəflərin ½ paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bu səbəbdən torpaq sahəsinin texniki cəhətdən bölünüb-bölünməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 16 iyun 2008-ci il tarixdə birgə rəsmi nikaha daxil olmuş, 16 fevral 2018-ci il tarixdə isə Xaçmaz rayon Məhkəməsinin 2(067)-144 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuşdur. Bundan sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Xaçmaz rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(067)-1567 saylı qətnaməsi ilə Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən, ümumi sahəsi 57.8 kv.metr olan 1 mərtəbəli yaşayış evinin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin ½ hissəsindən İddiaçı, ½ hissəsindən Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. Daha sonra Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən xüsusi mülkiyyət olan sahəsi 57.8 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh Məhəməd oğlunun mülkiyyəti kimi qeydə alınması ilə bağlı 05 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən sonuncuların adına qeyd aparılmışdır. Bundan sonra tərəflər arasında sözügedən evlə bağlı fikir ayrılığı yaranmış və İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsi, ev 111 ünvanında yerləşən ümumi sahəsi 57.8 kvmetr olan birmərtəbəli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin onun payına düşən ½ hissəsini naturada bölərək ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Məhkəmə işin hallarını araşdırıb, mübahisəli fərdi yaşayış evinin xüsusi mülkiyyətçiləri arasında naturada bölgüsü ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğunu nəzərə alaraq, sözügedən fərdi yaşayış evinin naturada bölgüsünün müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2025-ci il tarixli, 10/1289 nömrəli ekspert rəyindən görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsində yerləşən 111 saylı fərdi yaşayış evinin tikililərinin planlı yerləşməsini, yaşayış və yardımçı otaqlarının sayını, yəni tədqiq olunan ev üzrə bir mətbəxin olduğunu, eləcə də tərəflərin payına düşən sahələrə uyğun yaşayış otağı olmadığını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin tərəflərin ½ paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Bu səbəbdən torpaq sahəsinin texniki cəhətdən bölünüb-bölünməməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hazırki tələb üzrə gəlinən nəticənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2025-ci il tarixli, 10/1289 nömrəli ekspert rəyinə uyğun müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Məhkəmə onu nəzərə alır ki, İddiaçı iddia tələbində yalnız əmlakın naturada bölgüsünü qeyd etmiş, lakin, sonradan məhkəmə iclaslasında evin qiymətləndirilməsini və ona pul kompensasiyasının ödənilməsini istəsə də, bununla bağlı məhkəməyə rəsmi surətdə müraciət etməmiş və ərizəsini təqdim etməmişdir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, Xaçmaz rayonu, Xudat şəhəri, X1 küçəsində yerləşən 111 saylı fərdi yaşayış evinin tikililərinin planlı yerləşməsini, yaşayış və yardımçı otaqlarının sayını, yəni tədqiq olunan ev üzrə bir mətbəxin olduğunu, eləcə də tərəflərin payına düşən sahələrə uyğun yaşayış otağı olmadığını nəzərə alaraq, tədqiq olunan fərdi yaşayış evinin tikililərinin tərəflərin ½ paylarına uyğun 2 ayrı-ayrı təcrid mənzil şəklində naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, İddiaçı Cavabdeh Məhəməd oğluna qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh Məhəməd oğluna qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-87/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-87/2025
29.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver