Məhkəmə qərarları › İş №2(054)-17/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-17/2023

11.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-17/2023 11.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların və digər iddiaçıların vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və mərhum X5 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsinin həmin iddiaçılara düşən 4/5 hissəsinin mərhum X6 düşən 1/5 hissəsindən, həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405- 4018/414 inventar nömrəli texniki pasporta əsasən İddiaçı1 və mərhum X5 mülkiyyətində olan sahəsi 49,1 kv.m fərdi yaşayış evinin həmin iddiaçıya düşən 7/12 hissəsinin mərhum X6 düşən 5/12 hissəsindən naturada ayrılması tələbinə dair işə 11 avqust 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və mərhum X5 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsinin həmin iddiaçılara düşən 4/5 hissəsinin mərhum X6 düşən 1/5 hissəsindən, həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405- 4018/414 inventar nömrəli texniki pasporta əsasən İddiaçı1 və mərhum X5 mülkiyyətində olan sahəsi 49,1 kv.m fərdi yaşayış evinin həmin iddiaçıya düşən 7/12 hissəsinin mərhum X6 düşən 5/12 hissəsindən naturada ayrılması tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar İddiaçı3 Rüfət qızı, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən Oğuz rayon Kərimli kəndində yerləşən 0,169878 ha həyətyanı torpaq sahəsi hər birinin payı 1/5 hissədə olmaqla ailə üzvləri olan digər iddiaçıların və mərhum anası, xx.xx.2013cüil tarixdə vəfat etmiş X5 mülkiyyətindədir. Habelə həmin çıxarışa və xx.xx.2022-ci il tarixli, 405- 4018/414 inventar nömrəli texniki pasporta əsasən sözügedən torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,1 kv.m olan fərdi yaşayış evi 7/12 hissədə onun, 5/12 hissədə mərhum anası X5 mülkiyyətindədir. Digər iddiaçılar torpaq sahəsinin 4/5 hissəsinin anasının payına düşən 1/5 hissəsindən, evin isə ona düşən 7/12 hissəsinin anasının payına düşən 5/12 hissəsindən naturada ayrılmasını istəyirlər. Cavabdehlər onun və iddiaçı İqrarın bacı-qardaşlarıdır. O və qardaşı İqrar, eləcə də cavabdehlər anasının vərəsələri hesab olunsalar da iddiaçı olaraq onlar anasının mirasından pay istəmirlər, yalnız çıxarışla özlərinə düşən payın bölünməsini tələb edirlər. Əslində cavabdehlərə evi və torpaq sahəsini satıb hər kəsə düşən payın verilməsini təklif etmişlər. Cavabdehlər buna da razı olmamışlar. Bölünməsini tələb etdikləri ev və torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı5, Cavabdeh1 faktiki istifadəsindədir. Mübahisə vəziyyətində isə qeyd edilən mülkdə birlikdə yaşamaq mümkün deyil. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 qardaşının izahatını təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıların vəkili Vəkil bildirmişdir ki, torpaq sahəsinə bölgü planının verilməsi ilə əlaqədar İddiaçı1 müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən torpaq sahəsi üzərində mübahisə olduğu əsas gətirilməklə bölgü planının verilməsindən imtina edilmişdir. Həmçinin İddiaçı1 tərəfindən ev və torpaq sahəsinin qiymətləndirici rəyi alınmışdır. Əmlakın ümumi real bazar dəyəri 18685 manat təşkil edir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, təqdim edilən çıxarış və texniki pasportu qəbul etmir, həmin sənədlər qanunsuzdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, sənədləri araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə-texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq bilmiş və xx.xx.2023-cü il tarixli, 2(054)-17/2023 saylı qərardada əsasən işi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş, mülki işlə bağlı əmlak üzrə müvafiq sənədlərin surətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim etmişdir. Sözügedən iş xx.xx.2023-cü il tarixli, 10/938 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların və digər iddiaçıların vəkili Vəkil, Cavabdeh1 istisna olmaqla işdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəlki məhkəmə iclasında verdikləri izahata uyğun izahat verdilər, əlavə olaraq bildirdilər ki, ekspert rəyinə etirazları yoxdur. Hazırda evdən ekspert rəyində olan bölgü planına əsasən istifadə edilir, faktiki surətdə həyətyanı sahənin də bölünməsini həyata keçirmişlər, yəni razılıq əsasında naturada bölgü mümkündür, lakin Cavabdeh1 mülkün naturada bölgüsünə ümumiyyətlə etiraz edir. Qanunauyğun qərar çıxarılmasını xahiş etdilər. İddiaçıların vəkili Vəkil məhkəmə iclasında əvvəlki məhkəmə iclasındakı fikrini müdafiə etdi, əlavə olaraq bildirdi ki, iddiaçılar qanuni sənədlər əsasında onlara məxsus olan daşınmaz əmlakı tələb edirlər, halbuki onların anadan qalan əmlakdan pay istəmək hüquqları da vardır. Cavabdeh1 qanuni sənədləri saxta adlandırmaq hüququ yoxdur. Həmin sənədlərin verilməsinə əsas olmuş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Ekspertin rəyinə görə evin naturada bölgüsü mümkün olsa da, həyətyanı torpaq sahəsinin bölgüsü mümkün deyil. İddiaçılar naturada bölgünün qarşılıqlı razılıqla cavabdehlərlə öz aralarında həll edilməsinə etiraz etmirlər. Cavabdeh bu təklifə razı olmadığı təqdirdə və məhkəmə iddianı rədd edərsə, növbəti mərhələ olaraq daşınmaz əmlakın hərracda satılması ilə bağlı iddia qaldırılması mümkündür. Qanunamüvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahata uyğun izahat verdi, sənədlərin saxta olduğunu, buna görə də ekspertiza rəyinin nəticələrini qəbul etmədiyini bildirdi, iddianın rədd edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh3 heç bir tələb və iddiasının olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1967-ci il tarixdə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1973-cü il tarixdə Vartaşen rayonu vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Rüfət qızı xx.xx.1975-ci il tarixdə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1965-ci ildə Vartaşen rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1960-cı ildə Oğuz rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.1962-ci ildə Vartaşen rayonu Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1963-cü ildə Vartaşen rayonu Vardanlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Kərimli kəndidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR PHŞ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışın və fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixli, **********97-10301 reyestr və 405-4018/414 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz rayonu Kərimli kəndində 0,169878 ha yaşayış məntəqəsi torpağında yerləşən, ümumi sahəsi 49,1 kv.m olan fərdi yaşayış evi hüquq sahibləri X5 (5/12 hissədə) və İddiaçı1 (7/12 hissədə), 0,169878 ha torpaq sahəsi hər birinin payı 1/5 hissədə olmaqla İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ölüm haqqında AZ-İ 541328 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Kərimli kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. X1 işdə olan daşınmaz əmlakın qiymətləndirilməsi barədə qiymətləndiricinin xx.xx.2023-cü il tarixli, 023-015 saylı rəyindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 49,1 kv.m tikinti altı sahədən və 0,17 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin ümumi real bazar dəyəri 18685 (torpaq sahəsinin dəyəri 11050 manat, evin dəyəri 5635 manat, digər tikililər üzrə 2000 manat) manatdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3/42/2-862/2023 saylı məktubundan görünür ki, mülki işin araşdırılması məqsədilə mütəxəssislər tərəfindən Oğuz rayon Kərimli kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, iddiada qeyd edilmiş ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən 0,169878 ha torpaq sahəsini və həmin sahədə yerləşən 49,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evini, bir ədəd təsərrüfat tikilisini iddiaçılara və cavabdehlərə ayrı-ayrılıqda gedişgəliş yolu, su, işıq və qaz xətləri nəzərə alınmaqla iddiada qeyd edilmiş qaydada bölünməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 10/938 saylı ekspert rəyindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evindən iddiaçı X8 7/12 hissədə payının naturada ayrılmasının “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89*-nun 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X3 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Lakin mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu və bölgü aparılacağı təqdirdə bölünmüş hissələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq qeyd olunan torpaq sahəsinin 4/5 hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Yenə həmin Məcəllənin 220.1-ci və 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Məhkəmə icraatı zamanı müəyyən edildi ki, Oğuz rayonu Kərimli kəndində 0,169878 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində İddiaçı1 payı 7/12 hissədə, onun mərhum anası X5 payı 5/12 hissədə, İddiaçı1 istisna olmaqla digər iddiaçıların və mərhum X5 torpaq sahəsində hər birinin payı 1/5 hissədə olmaqla müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə İddiaçı1 fərdi yaşayış evində olan 7/12 hissədə payının, habelə digər iddiaçıların torpaq sahəsində olan 4/5 hissədə payının naturada bölgüsü barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Ekspert rəyi ilə fərdi yaşayış evində İddiaçı1 payının naturada ayrılmasının mümkün olduğu bildirilməklə yanaşı qeyd edilir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu və bölgü aparılacağı təqdirdə bölünmüş hissələrə ayrı-ayrılıqda giriş-çıxış yollarının açılmasının mümkünsüzlüyünü nəzərə alaraq qeyd olunan torpaq sahəsinin 4/5 hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/938 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməli, 50 manat ekspertiza xərci isə işin hallarına uyğun olaraq iddiaçılardan müştərək qaydada tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********97-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 Rüfət qızının, İddiaçı4, İddiaçı5 və mərhum X5 mülkiyyətində olan 0,169878 ha torpaq sahəsinin həmin iddiaçılara düşən 4/5 hissəsinin mərhum X6 düşən 1/5 hissəsindən, həmin çıxarışa və xx.xx.2022ci il tarixli, 405-4018/414 inventar nömrəli texniki pasporta əsasən İddiaçı1 və mərhum X5 mülkiyyətində olan sahəsi 49,1 kv.m fərdi yaşayış evinin həmin iddiaçıya düşən 7/12 hissəsinin mərhum X6 düşən 5/12 hissəsindən naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Rüfət qızından, İddiaçı4 və İddiaçı5 müştərək qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar