Məhkəmə qərarları › İş №2(021)-3307/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3307/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3307/2021 21.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Bərdə rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 10316,20 manat əsas, 2108,97 manat faiz borcu olmaqla, cəmi 12425,17 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.09.2020-ci il tarixli, GTKR2547980A145 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 24,21 faiz dərəcəsi ilə 10570 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olumnuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 14.09.2021-ci il tarixə İddiaçı ASC-nə 10316.20 manat əsas, 2108.97 manat faiz, cəmi 12425.17 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı "xxxx" ASC-nin problemli kreditlərin hüquqi təqibi departamentinin məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxıb iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərmişdir ki, 08 sentyabr 2020-ci ildə İddiaçı ASC-dən 48 ay müddətinə illik 24,21% ödəmək şərtilə 10570 manat kredit götürmüşdür. Kredit borcunun bir hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq kredit borcunu ödəyə bilməmişdir. Hazırda onun banka cəmi 12425,17 manat kredit borcunun olduğunu qeyd edərək iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb, Cavabdeh iddianı etiraf etməsi barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iş üzrə Cavabdeh iddianı etiraf etməsinin qəbul olunması mümkündür. Ona görə də Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi təsdiq edilməli, iddaçının irəli sürdüyü 10316,20 manat əsas borc, 2108,97 manat faiz borcu olmaqla ümumilikdə cəmi 12425,17 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 08.09.2020-ci il tarixli GTKR2547980A145 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh oğluna 48 ay müddətinə illik 24,21 faiz ödəmək şərti ilə 10570 manat kredit verilmişdir. İş materiallarında olan 20 sentyabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 08.09.2020-ci il tarixli GTKR2547980A145 saylı kredit müqaviləsinə əsasən 14.09.2021-ci il tarixə İddiaçı ASC-yə 10316,20 manat əsas, 2108,97 manat faiz borcu olmaqla cəmi 12425,17 manat borcu vardır. İş materiallarında olan ********* saylı 16.09.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçı ərizənin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini, həqiqətən onun banka cəmi 12425,17 manat borcunun olduğunu, iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 08.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 10570 manat kredit borcunu vaxtında icra etmədiyindən, hazırda onun 10316,20 manat əsasə, 2108,97 manat faiz borcu olmaqla cəmi 12425,17 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 10570 manat məbləğində kredit alması və həmin kredit üzrə 10316,20 manat əsasə, 2108,97 manat faiz borcu olmaqla cəmi 12425,17 manat məbləğində borcun yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 08.09.2020-ci il tarixli GTKR2547980A145 saylı kredit müqaviləsi üzrə yaranmış 10316,20 manat əsasə, 2108,97 manat faiz borcu olmaqla cəmi 12425,17 manat məbləğində borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 10570 manat məbləğində kredit alması və həmin kredit üzrə 10316,20 manat əsasə, 2108,97 manat faiz borcu olmaqla cəmi 12425,17 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Cavabdeh iddianı etiraf etməsi təsdiq edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 10316,20 manat əsas, 2108,97 manat faiz borcu olmaqla cəmi 12425,17 (on iki min dörd yüz iyirmi beş manat on yeddi qəpik) manat borc və 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar