Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3308/2024 10.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tikilinin onun mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı məhkəməyə müraciət edərək,ünvan 1 ünvandakı 383 kv.m torpaq sahəsinin və onun üzərində olan tikilinin onun mülkiyyətinə verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, hal-hazırki iddia inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi bağlı öhdəliyinin (öhdəliyin icrası haqqında) qoyulması barədə iddialarla bağlıdır. Azərbaycan Respublikası İnzibati Prossesul Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə Bərdə rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya tələbi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tikilinin onun mülkiyyətinə verilməsi” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tikilinin onun mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Tikilinin onun mülkiyyətinə verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev