Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3309/2021 16.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 07.08.2019-cu il tarixli, GTKR0927234A137 saylı kredit müqaviləsinə əsasən 2370,43 manat əsas, 350,74 manat faiz, cəmi 2721,17 manat məbləğində borcun, 07.08.2019-cu il tarixli, BRED0927236A137 saylı kredit kart müqaviləsinə əsasən 621,45 manat əsas, 160,17 manat faiz, cəmi 781,62 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07.08.2019-ci il tarixli, GTKR0927234A137 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24.90 faiz dərəcəsi ilə 3250 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07.08.2019-ci il tarixli, BRED0927236A137 saylı kredit kart müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 650 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 14.09.2021-ci il tarixə İddiaçı ASC-nə 07.08.2019-ci il tarixli, GTKR0927234A137 saylı kredit müqaviləsinə əsasən 2370.43 manat əsas, 350.74 manat faiz, cəmi 2721.17 manat borcu, 07.08.2019-ci il tarixli, BRED0927236A137 sayL kredit kart müqaviləsinə əsasən 621.45 manat əsas; 160.17 manat faiz, cəmi 781.62 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə göndərərək mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik faiz dərəcəsi 24,9% olmaqla 3250 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08.07.2019-cu il tarixli BRED0927236A137 nömrəli kredit kartına dair müqaviləsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 650 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 16.09.2021-ci il tarixli 135000/1833 nömrəli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 14.09.2021-ci il tarixə GTKR0927234A137 saylı 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 2370,43 manat əsas, 350,74 manat faiz, cəmi 2721,17 manat borcu, 07.08.2019-cu il tarixli, BRED0927236A137 saylı kredit xətti müqaviləsinə əsasən 621,45 manat əsas, 160,17 manat faiz, cəmi 781,62 manat borcu vardır. İş materiallarında olan 31 may 2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh xəbərdarlığı aldıqdan sonra bank qarşısında olan gecikdirilmiş öhdəliyini dərhal yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə İddiaçı ASC-nin borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 16.09.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsi üzrə 3250 manat, 07.08.2019-cu il tarixli BRED0927236A137 nömrəli kredit kartı müqaviləsi üzrə isə 650 manat məbləğində kredit alması, 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsi üzrə 2370,43 manat əsas, 350,74 manat faiz, cəmi 2721,17 manat və 07.08.2019-cu il tarixli BRED0927236A137 nömrəli kredit kartı müqaviləsi üzrə 621,45 manat əsas, 160,17 manat faiz, cəmi 781,62 manat məbləğində kredit borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2370,43 manat əsas, 350,74 manat faiz, cəmi 2721,17 manat və 07.08.2019-cu il tarixli BRED0927236A137 nömrəli müqaviləyi əsasən 621,45 manat əsas, 160,17 manat faiz, cəmi 781,62 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsi üzrə 3250 manat, 07.08.2019-cu il tarixli BRED0927236A137 nömrəli kredit kartı müqaviləsi üzrə isə 650 manat məbləğində kredit alması, 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsi üzrə 2370,43 manat əsas, 350,74 manat faiz, cəmi 2721,17 manat və 07.08.2019-cu il tarixli BRED0927236A137 nömrəli kredit kartı müqaviləsi üzrə 621,45 manat əsas, 160,17 manat faiz, cəmi 781,62 manat kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 07.08.2019-cu il tarixli GTKR0927234A137 nömrəli kredit müqaviləsi üzrə 2370,43 manat əsas, 350,74 manat faiz, cəmi 2721,17 (iki min yeddi yüz iyirmi bir manat on yeddi qəpik) manat və 07.08.2019-cu il tarixli BRED0927236A137 nömrəli kredit kartı müqaviləsi üzrə 621,45 manat əsas, 160,17 manat faiz, cəmi 781,62 (yeddi yüz səksən bir manat altmış iki) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3309/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3309/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver