Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-331/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Allahveri oğluna, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı “maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonun Məmmədli kəndində icarəsində olan 10 hektar kənd təyinatlı torpaq sahəsini zəbt etmələri və 11 ildir onların müdafiəsinə ,onlara dəstək verməsi və havadarlıq etməsi, torpağın 11 zəbt altında qalması nəticəsində əldən çıxmış gəlir kimi vurulmuş 258300 manat məbləğində maddi ziyanın cavabdehlər X1, Cavabdeh2, Cavabdeh5, Vüqar Salman oğlundan, Cavabdeh3, Cavabdeh4 oğlundan, Cavabdeh11, Cavabdeh7, Cavabdeh8 , Cavabdeh9, Cavabdeh12, Cavabdeh15, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh16 alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Məmmədli kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 onun icarəsində olan 10 (on) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdirlər. A. Əliyev və Cavabdeh2 onu təhqir edir, söyüş söyür, ona qarşı müqavimət göstərir,sahədə işləməyə imkan vermirlər. Reallıqda fakt ondan ibarətdir ki, Rayon Torpaq Şöbəsinin keçmiş müdiri, əvvəllər məhkum olunmuş Cavabdeh10 və həmin şöbənin məsləhətçisi Cavabdeh6, Rayon icra Şöbəsinin məmurları Cavabdeh5,Cavabdeh9,Rayon icra Şöbəsinin rəisi Cavabdeh8, tədqiqatçı Cavabdeh11,müstəntiqlər Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16 və Bərdə Rayon Polis Şöbəsi istintaq bölməsinin keçmiş rəisi Cavabdeh15 saxtakarlıqlar və qanunsuz hərəkətləri etmiş, öz maraqlarını reallaşdırmaq üçün çirkin əməlli qüvvələri dəstəkləyirlər,onlardan öz məqsədləri üçün istifadə etmiş və hazırda da istifadə edirlər. Ən dəhşətlisi odur ki, məhkəmə qətnaməsinin icrası və HK-1 8714 saylı materialı üzrə araşdırma işlərinin həlli məsələlərində müvafiq qanunlar kobudcasına pozulmuşdur. Bu qanunsuzluqlar icra məmurlarının, tədqiqatçının,müstəntiqlərin pul qazanmaq üçün çalışmasını,istintaq bölməsinin keçmiş rəisi Cavabdeh15 və Rayon İcra Şöbəsinin keçmiş rəisi Cavabdeh8 təkəbbürlüyünün və onların icra işinin və araşdırmanın gedişinə təzyiq göstərmələrinin təzahürüdür. Bir qayda olaraq icra və araşdırma, həm də məhkəmə tərəfindən qətnamənin icrasında və işlərin araşdırılmasında qanunvericiliyin tələblərinə əməl edilmir, əsassız qərarlar qəbul edilir və qeyri-obyektiv sənədlər tərtib olunmuşdur. Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin növlərindən biri dələduzluqdur. Təqsirkar şəxslər, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaqları qərəzli və qanunsuz yolla zəbt etmişlər. İcraçıları, müstəntiqləri və digərləri isə öz mənfəətləri düşündürüb. Çünki A. Əliyevin və Cavabdeh2 zəbt etdikləri torpaq sahəsindən götürdükləri gəlirdən Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11, Cavabdeh13,Cavabdeh14,Cavabdeh16,Cavabdeh9,Cavabdeh8, Cavabdeh7, Cavabdeh15 payı olub.Cinayət nəticəsində zərər çəkmiş ona vurulmuş 258300 manat məbləğində zərərin ödənilməsi məqsədi ilə verilmiş mülki iddianın həll məsələlərində qeyri obyektivliyə yol verilməsin, iddia ərizəsinə baxılarkən qanunvericiliyin tələblərinə tam və obyektiv əməl edilsin. Baş verənlərin və çirkin əməlli şəxslərin arxasında Rayon Torpaq Şöbəsi, Rayon İcra Şöbəsi, Rayon Polis Şöbəsinin istintaq bölməsi, Bərdə Reqional Ədliyyə idarəsi dayanır.Həmin təşkilatların məsul vəzifəli şəxsləri Cavabdeh10,Cavabdeh6, C. Alıyev, Ə. Süleymanov, Cavabdeh8, Cavabdeh11, Cavabdeh12, M. Bayramov,Cavabdeh15, A. Mehdiyev,Cavabdeh7 və Cavabdeh16 istədiklərini həyata keçirmişlər. Onlar torpaqları zəbt etmiş Cavabdeh1 və Cavabdeh2 kimi çirkin əməlli şəxslərdən öz məqsədləri üçün istifadə etmişlər. Belə ki, rayon torpaq şöbəsinin müdiri,əvvəllər məhkum olunmuş Cavabdeh10,həmin şöbənin sabiq məsləhətçisi Cavabdeh6, Bərdə Rayon İcra Şöbəsinin keçmiş məmuru Cavabdeh5,icraya cəlb edilmiş Cavabdeh4,Bərdə Rayon icra Şöbəsinin geçmiş rəisi Cavabdeh8, keçmiş icra məmuru Cahangir Aiıyev, torpaqları zəbt etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh7, Cavabdeh3 vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşmaqda, şərəf və ləyaqətini pis sözlərlə təhqir etməkdə, saxta sənədlər tərtib etməkdə, qulluq mövqeyindən sui-istifadə etməkdə, araşdırma aparmış müstəntiqlərə və digərlərinə təzyiq göstərməkdə və hüquq mühafizə orqanları üzrə xidməti, icra və əmək intizamını pozmaqda, neqativ hallara və digər xətalara, qanun pozuntusuna yol verdiklərinə və bir neçə müvafiq maddələrə görə ittiham olunurlar. İcarəsinə Bərdə rayonu Məmmədli bələdiyyəsinin 05.01.2004-cü il tarixli qərarı ilə onun icarəsinə 25 (iyirmi beş) il müddətinə 10 (on) hektar torpaq sahəsi ayrılmış, 27 fevral 2004cü ildə Cavabdeh10, Cavabdeh6 və digərləri tərəfindən sahə (torpaq) ölçülüb İddiaçı sahəseçmə aktı ilə imzaları ilə təsdiq etmişlər və həmin akta, möhür vurulmuş ona verilmişdir. Torpaq sahəsi üzərindəki Hüquqların Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Bərdə Ərazi İdairəsi çıxarışı ona verilmişdir. Lakin, bələdiyyənin 05.01.2004-cü il tarixli qərarı ilə 9,13 hektar yox, bələdiyyənin qərarı ilə İddiaçı 10 (on) hektar kənd təsərrüffatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun carəsinə verilmiş 10 hektar torpaq sahəsini 2004-cü ilin əvvəlindən zəbt etmişlər. Onlar həmin ildən indiyədək torpaq sahəsindən istifadə etmişlər, hazırda da istifadə edirlər və istifadə etməyinə imkan verməmişlər və hazırda da vermirlər. Bu barədə dəfələrlə bələdiyyəyə və DTXK-nin Bərdə rayon şöbəsinə məlumat verməyimə baxmayaraq şöbənin əməkdaşları yerdə ölçmə aparıb tələbinin haqqlı olduğunu bildirməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən çıxarmaq üçün heç bir tədbir görməmişlər, əksinə onlara dəstək vermişlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsindən çıxarılmalarına dair Bərdə rayon məhkəməsinin qətnamə qəbul etməsini ərizə ilə xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı ilə zəbt edilmiş mübahisəli torpaq sahəsinə baxış keçirmişdir. Baxış zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun icarəsinə verilmiş 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etdikləri və İddiaçı ayrılmış 10 hektar torpaq sahəsindən istifadə etdikləri müəyyən edilmişdir.Ona görə də məhkəmə göstərilənləri və MPM-nin 213-220, 227,233.1,234-cü maddələrini əldə rəhbər tutaraq iddianı təmin etmiş, cavabdehlər Cavabdeh1 və Tağıyev X7 bələdiyyəsi tərəfindən ona verilmiş 9,13 hektar torpaq sahəsindən çıxarılmaları haqqında 14 avqust 2008-ci il tarixli qətnamə qət etmişdir. Halbuki bələdiyyənin 05.01.2004-cü il tarixli qərarı ilə ona 10 (on) hektar torpaq sahəsi verilmişdir. Həm də ayrılmış 10 hektar torpaq sahəsi Bərdə rayon torpaq şöbəsinin müdiri Cavabdeh10, həmin şöbənin məsləhətçisi Cavabdeh6 və başqalarının iştirakı ilə 27 fevral 2004-cü ildə sahə ölçülüb sahəseçmə aktı yazılaraq, Cavabdeh10 və Cavabdeh6 imzaları ilə təsdiq etmişlər. Cavabdeh10 həmin akta möhür vurmuşdur. Həmin təsdiq edilmiş akt 27 fevral 2004-cü ildə ona verilmişdir. Üç ildən sonra ondan Daşınmaz Əmlakın Dövlət Reysterindən çıxarış almaq üçün torpaq kadastırı göstəricisi sənədi tələb olunmuşdur. Ona görə də torpaq sahəsi Bərdə rayon torpaq şöbəsinin məsləhətçisi Cavabdeh6 (Cavabdeh6 10 hektar torpaq sahəsinin ərazisini göstərmişdir), Bərdə Regional torpaq qeydiyyatı mərkəzinin mühəndisləri Kənan Quliyevin və Ehtiram Əliyevin iştirakı ilə (onun iştirakı olmadan) yenidən ölçülmüşdür. Torpağın ölçüsü zamanı Cavabdeh6 ona qarşı qərəzli mövqe nümayiş etdirmiş, qəsdən torpağın bir hissəsini K.Quliyevə və E.Əliyevə göstərməyib, qeydiyyatdan gizlətmişdir. Nəticədə sənədə 10 hektardan 0,87 hektar az, yəni 9,13 hektar yazılmışdır. Cavabdeh6 torpağı qeydiyyatdan gizlətdiyi torpaq sahəsini qonşu Cavabdeh2 vermişdir. Cavabdeh6 qeydiyyatdan gizlətdiyi torpaqdan sonra 9,13 hektar torpaq sahəsi Dövlət torpaq katastr kitabına 01 iyul 2007-ci il tarixdə 202 nömrə (A N° 004434) ilə 10 hektardan az), 9,13 hektar uçota alınıb. Həmin sənədi yenə də 27 fevral 2004-cü ildə olduğu kimi Bərdə rayon torpaq şöbəsinin keçmiş müdiri, əvvəllər məhkum olunmuş Cavabdeh10, icraçı, şöbənin məsləhətçisi Cavabdeh6 imzaları ilə təsdiq etmişlər. Cavabdeh10 sənədə möhür vurmuşdur. Adam çaşıb qalır. Axı, torpaq şöbəsinin müdiri Cavabdeh10 və həmin şöbənin məsləhətçisi Cavabdeh6 27 fevral 2004-cü ildə torpaq sahəsini öz gözləri ilə görüb razılaşandan sonra torpaq sahəsinin ərazisi 10 hektar olması haqqında 27 fevral 2004-cü il tarixli sahəseçmə aktı tərtib etmiş, imzaları ilə təsdiq etmişlər. Cavabdeh10 27 fevral 2004-cü il tarixli akta möhür vurmuşdur. Qarşı tərəf, Cavabdeh1 Bərdə rayon məhkəməsinin 14 avqust 2008-ci il tarixli qərarından Gəncə Apellasiya məhkəməsinə şikayət vermişdir. O, birinci inistansiya Məhkəməsinin 14 avqust 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, birinci inistansiya, Bərdə rayon Məhkəməsi tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisəli əraziyə, torpaq sahəsi baxış keçirilmiş və baxış zamanı da cavabdehlərin Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsindən istifadə etmələri aşkar edilmişdir. Beləliklə, Məhkəmə Kollegiyası toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, Bərdə rayon məhkəməsinin 14 avqust 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, Məhkəmə Kollegiyası şərh olunanları və Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 372, 382,384.0.1,392-393 və 404-405-ci maddələrini rəhbər tutub Bərdə rayon Məhkəməsinin 14 avqust 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya şikayəti təmin edilməmişdir. Digər Cavabdeh2 həmin qətnamədən Apellasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası DTXK-nin Bərdə rayon şöbəsinin nümayəndəsi A.Əhmədov Məhkəmə kollegiyasının iclasında izahat verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı icarəyə verilmiş 10 hektar torpaq sahəsindən istifdə etdiklərini bildirmişdir. Bundan başqa, Bərdə rayon Məhkəməsinin 14 avqust 2008-ci il tarixli 2-53 5/ 2008 saylı qətnaməsi ilə Cavabdeh1 verdiyi izahata istinad olunmaqla müəyyən edilmişdir ki; “...O, 2004-cü ildə həmin ərazidən iddiaçının (yəni mənim) icarəsinə bələdiyyə tərəfindən verilmi torpaq sahəsini, həmin ildən zəbt etmişdir, bundan sonra iddiaçı ( yəni mən) ona dəfələrlə deyərək torpaqdan çıxmasını tələb etmişdir...”. Daha sonra həmin qətnamə ilə sabiq DTXK-nin Bərdə rayon şöbəsinin sabiq məsləhətçisi Cavabdeh6 izahatı əsasında müəyyən edilmişdir: “...nəticədə vətəndaşlara verilmiş pay torpaqları bələdiyyə üçün ayrılmış torpaq sahəsinə keçmişdir. Hazırda Cavabdeh1 istifadə etdiyi torpaq sahəsi bütövlükdə bələdiyyə torpağına aiddir ki, həmin sahəni də bələdiyyə bütövlükdə İddiaçı(yəni mənim) 05.01.2004-cü il tarixdən icarəsinə vermişdir. Beləliklə, Bərdə rayon Məhkəməsinin 14 avqust 2008-ci il tarixli 2-535/ 2008 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi Cavabdeh1 hələ Məmmədli kəndində torpaq islahatının aparılması 1996-cı ildə yekunlaşan andan məlum olmuşdur. Eyni zamanda Bərdə rayon Məhkəməsinin 14 avqust 2008-ci il tarixli 2-535/ 2008 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bərdə rayon İH-nin başçısının 24 iyun 1999-cu il tarixli sərancamı ilə Məmmədli bələdiyyəsinin ehtiyyat fondundan 5 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh2 rəhbəri olduğu ”Vüsal” kəndli fermer təsərrüfatının istifadəsinə ayrılmışdır. Lakin onun torpaqdan istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. Beləliklə, Bərdə rayon Məhkəməsinin 14 avqust 2008-ci il tarixli 2-535/ 2008 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsindən qeyri-qanuni istifadə etməsi Cavabdeh2 hələ 1999-cu ildə məlum olmuşdur. Bərdə rayon məhkəməsinin 14 avqust 2008-ci il tarixli 2-535/ 2008 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən icarəmdə olan 10 hektar kənd təsərrüffatı təyinatlı torpaq sahəsi zəbt olunduğu sübuta yetirildiyi#üçün Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə 2008-ci ildən icraya yönəldilməsinə baxmayaraq cavabdehiər Alverdi Alıyev və Cavabdeh2 icra hərəkətlərinə ciddi manelər yaratmış, məhkəmə qətnaməsinin icrasına imkan verməmişlər, peşəkar jurnalistin şərəf və ləyaqətini pis sözlərlə təhqir etmişlər və 10 (on) təsərrüfat ilindən çoxdur qanunsuz hərəkətlərini davam etdirmişlər, məhkəmə qətnamə qət etdikdən sonra da onun icarəsində olan 10 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən gəlir götürmüşlər, onu isə həmin gəlirdən məhrum etmişlər.Bu tam reallıqdır ki, cavabdehiər Cavabdeh1 və Cavabdeh2 öz qanunsuz hərəkətlərini davam etdirmişlər və hazırdada imkan vermirlər.Məhkəmə qətnamə qət edəndən sonra da mənim icarəmdə olan torpaq sahəsindən gəlir götürmüşlər,məni isə həmin gəlirdən məhrum etmişlər. Bu tam reallıqdır ki, cavabdehiər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 10 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə məni 14 ildir qanunsuz olaraq buraxmırlar. Təbii ki, bu öz xoşuna olmayıb,cavabdehiər torpaq sahəsinin müdiri Cavabdeh10 və həmin şöbənin məsləhətçisi Cavabdeh6,Bərdə Rayon İcra Şöbəsinin məmuru Cavabdeh5, Cavabdeh8,Cavabdeh9, Bərdə Rayon Polis Şöbəsinin tədqiqatçısı Cavabdeh11,Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Cavabdeh15 və müstəntiqləri Cavabdeh12,Cavabdeh13, Cavabdeh14,Cavabdeh16,Bərdə Ərazi Ədliyyə İdarəsinin məmuru Cavabdeh7 və digərləri cavabdehlərCavabdeh1 və Cavabdeh2 müdafiəsinə qalxıb,onlara dəstək vermişlər. Ancaq bu dəstək heç də onların Cavabdeh1 və Cavabdeh2 olan rəğbətlərindən irəli gəlmir. Məqsəd aydındır: pul qazanmaq üçün onları şəxsi mənafeləri düşündürür.Onlar qanunsuz hərəkətlərinə və pul hərisliklərinə görə şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar.Qanunsuz hərəkətləri ilə Cavabdeh1,Cavabdeh2, Cavabdeh10,Cavabdeh6 və digərlərinə havadarlıq etmələri nəticəsində 11 ildir torpaqları zəbt altında saxlamış,müştərək qaydada mənə 11 il müddətində 258300 manat ziyan vurmuşlar. Bərdə Rayon Məhkəməsinin 14.08.2008-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bərdə Rayon İcra Şöbəsində 07.04.2009-cu ildə icra tədbirləri həyata keçirilmiş, tələb təmin edilmişdir.Belə ki,icraat zamanı mübahisəli torpaq sahəsi mütəxəssiz Cavabdeh6 və rayon icra şöbəsinin bir neçə məmurunun iştirakı ilə ölçülərək ona təhvil verilmiş, borclu şəxslər, yəni cavabdehiər Cavabdeh1 və Cavabdeh2 həmin 10 hektar torpaq sahəsindən çıxarılmışlar və 07.04.2009-cu il tarixli icra aktı tərtib edilmiş, icra icraatına məhkəmənin 19.06.2009-cu il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. 4 ay keçmiş məhkəmənin yenə də hakim Əhməd Sarıyevin sədirliyi ilə 19.06.2009-cu il tarixli qərardadı ləğv olunmuşdur, 26.10.2009-cu il tarixli qərardadı ilə icra sənədi yenidən icraya yönəldilmişdir.Bundan sonra Bərdə Rayon icra Şöbəsinin məmuru Cavabdeh5 Rayon Torpaq Şöbəsinin məsləhətçisi və digərləri ilə əlbir olub onun iştirakım olmadan məhkəmə qətnaməsinin icrası adı altında masqalanmış, məhkəmə qətnaməsini guya icra edib,20.08.2010-cu il tarixli qeyri qanuni və əsassız icra aktı tərtib etmişlər. Bundan sonra başlanmış icraat zamanı yenə icra adı altında maskalanmış icra məmuru Cavabdeh5 və icraya cəlb olunmuş mütəxəssis cavabdeh Vüqar Calaovu, Məmmədli kənd ərazi icra nümayəndəsinin müavini Cavabdeh3 və Məmmədli kənd sakini Cavabdeh4 və digərlərini ətrafına toplayıb ona qarşı qərəzli mövqe nümayiş etdirmiş, bilərəkdən, qəsdən torpağın sərhəddi düzgün müəyyən edilməmiş, torpağın katastr planına uyğun olmayan sahə göstərilmişdir. Əslində isə həmin sahənin ona heç bir aidiyyatı yoxdur. İcra məmuru Cavabdeh5 cavabdehlər Cavabdeh6, Cavabdeh3, Razmiz Nəsibov və digərləri 08.12.2010-cu il tarixli qeyri -qanuni və qeyri-obyektiv akt tərtib etmiş, imzaları ilə təsdiq etmişlər. Həmin akt qanunsuz tərtib edildiyinə görə mən həmin aktı imzalamaqdan imtina etmişdir. İcra sənədi əsassız və qanunsuz olmasına baxmayaraq Bərdə rayon məhkəməsinin 15.12.2010-cu il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bunula da milli qanunvericiliyi tapdalayıb ədalətsiz qərar qəbul edilir. Hansısa anonim yazısı, hansısa şəxsi maraqlar əsasında qanunvericiliyin tələbləri kobudcasına pozulmuşdur. Bu və ya digər səbəbdən uzun illərdir cavabdehlərin təcavüzündən əziyyət çəkirəm. Bununla da ikili standartlar özünü göstərir. Hakim öz istəkləri baxımından çıxış edərək hesablaşmaq istəmir ki, icra məmuru Cavabdeh5 öz şəxsi maraqlarını üstün tutub. İkili standartla qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışıb icraya cəlb olunmuş şəxslərlə, əlbir olub öz maraqlarını reallaşdırmaq üçün ən cinayətkar qüvvələri belə dəstəkləyirlər. Bərdə rayon məhkəməsi hakim Əhməd Sarıyevin sədirliyi ilə 15.12.2010-cu 1 tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdehlər Cavabdeh1 Və Cavabdeh2 mənim icarəmdə olan 10 hektar torpaq sahəsinə daxil olmaları və zəbt etmələri səbəbindən müraciətim əsasında Bərdə rayon məhkəməsi 14 avqust 2008-ci il tarixli qətnaməsi 02.05.2013-cü il tarixli icra vərəqəsi ilə yenidən icraya yönəldilmişdir. İcra işi icra Baş idarəsi tərəfindən Ədliyyə Nazirliyinin Bərdə Regional idarəsinə göndərilmişdir. İcra işi idarənin məmuru Cavabdeh7 həvalə edilmişdir. Cavabdeh7 sübutlar, dəlillər irəli sürülməsinə baxmayaraq şəxsi mənafeyini reallaşdırmaq üçün tanınmış peşəkar jurnalistə və icra Baş idarəsinə xəyanət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəstək vermiş, çirkin fikrini reallaşdırmışdır. Bundan sonra müraciəti əsasında Bərdə rayon Məhkəməsi tərəfindən yenidən icraya yönəldilmiş, icra sənədi Bərdə rayon İcra söbəsinin icra məmurları cavabdehlər Cavabdeh9 və icra şöbəsinin rəisi Cavabdeh8 tərəfindən başlanılmış icraat üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsindən müvafiq rəy alınması üçün qərar qəbul olunmuş, bununla bağlı rayon torpaq şöbəsinin müdiri Cavabdeh10 təşkilatçılığı ilə torpağı mənimsəmək məqsədi ilə saxtakarlıq edərək Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrini müvafiq olaraq 1,50 hektar və 1,50 hektar süni şəkildə artırmışlar. Lakin Bərdə rayon Məhkəməsinin 14.08.2008-ci il tarixli və Gəncə Apelliyasiya Məhkəməsinin 29.01.2009-cu il tarixli qətnamələrində adları göstərilən Cavabdeh1 və Cavabdeh2 rəydə göstərilən qədər bələdiyyə torpaq sahəsi yoxdur. Reallıq budur ki, sözügedən qətnamələrdə Cavabdeh1 adma 1 hektar torpaq sahəsi və Cavabdeh2 adma isə 5 hektar torpaq sahəsi yazılmışdır. Lakin Bərdə rayon torpaq şöbəsi 13 iyul 2013-cü il tarixli icra aktını tərtib edərkən Bərdə rayon torpaq şöbəsini 11 iyul 2013-cü il tarixli saxta rəyi əsas götürüb, sözü gedən aktı imzaları ilə təsdiq etmişlər. Saxta icra sənədi əsasında guya tələb təmin edildiyindən Bərdə rayon məhkəməsi 30.10.2013-cü il taixli qərardadı ilə icra sənədinin icraatına xitam verilmişdir. Bundan sonra müraciətim əsasında 30 oktyabr 2013-cü il tarixli qanunsuz qəbul edilmiş qərardad ləğv edilmişdir, icra sənədi yenidən icraya yönəldilmişdir. Hazırki müraciətinə baxılması zamanı etdiyi şikayət üzrə Bərdə rayon, məhkəməsinin 03.06.2013-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatın təmin olunmaması qərara alınmışdır. Qeyd olunan məsələyə baxılarkən məhkəmə icra sənədinin tam icra olunması barədə sübutlar, dəlillər irəli sürülməsinə baxmayraq icra məmuru Cavabdeh9 və icraya cəlb olunmuş mütəxəssislərin, Bərdə rayon icra şöbəsinin rəisi Cavabdeh8 işin nəticəsində maraqlı olmaları barədə izahatına əsaslanaraq icra sənədi üzrə icraya xitam verilməməsi və icranın tam təmin olunması üçün zərurui tədbirlərin davam etdirilməli olduğu qənaətə gəlinmişdir. Xatırladaq ki, yenidən icraya yönəldilmiş icra sənədi üzrə tədbirlərin Bərdə rayon icra şöbəsi tərəfindən davam etdirilməsinə dair, Ədliyyə Nazirliyinə etirazına bağlı nazirliyin göstərişinə uyğun olaraq müraciətimə İcra Baş idarəsində baxılmış, işin tam, hərtərəfli və obyektiv həlli və məhkəmə qərarının real icrasının təmin olunması üçün icra sənədinin icrası Ağcabədi rayon icra şöbəsinə tapşırılmışdır Ağcabədi rayon icra şöbəsində 06.12.2016-cı il tarixdə başlanılmış icra zamanı icra tədbirləri tam, hərtərəfli və obyektiv həyata keçirilmiş, tələb təmin edilmişdir. Belə ki, icra şöbəsində, icraat üzrə məhkəmənin qətnaməsi tam, hərtərəfli və obyektiv icra edilmiş və icraata xitam verilməsi barədə onun ərizəsi nəzərə alınaraq Ağcabədi rayon məhkəməsinin 21.12.2016-cı il tarixli qərardadı ilə icra sənədinin icraatına xitam verilmişdir. Ağcabədi rayon Məhkəməsinin qərarından sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yenə də ona müqavimət göstərmiş, sahədə işləməyə imkan verməmiş və hazırda da çirkin əməllərini davam etdirərək imkan verməmişlər. Qətnamələrə və qanuna zidd olaraq icarəsində olan torpağın Cavabdeh1 və Cavabdeh2 verilməsi ilə bağlı saxtakarliq edilməsi barədə Bərdə rayon prokuroruna və rayon polis şöbəsinə müraciət etmişdir. Şikayət cinayət xarakterli hadisələrin qeydiyyatı kitabında qeydə alınaraq qanunsuluğun və saxtakarlığın araşdırılması Bərdə rayon polis şöbəsinin tədqiqat bölməsinin tədqiqatçısı Cavabdeh11 icraatına verilmiş və onun tərəfindən araşdırma aparılmışdır. Material üzrə 24 may 2010-cu il tarixdə təhqiqatçı Cavabdeh11 Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsi ilə cinayət işi başlanmasını rədd etmişdir. Araşdırmanın qanuni əsaslarla aparılmaması, müvafiq qanunun kobudcasına pozulması barədə şikayət ərizəsi əsasında Bərdə rayon prokurorluğunda araşdırmanın aparılması öyrənilərək müəyyən olunmuşdur ki, təhqiqatçı Cavabdeh11 tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamışdır. Belə ki, araşdırma zamanı Cavabdeh11 heç bir şikayətçidən və digər şəxslərdən izahat almamış, qərar qəbul edərkən ərazinin keçmiş sahə müvəkkili Rey Alıyevin aldığı səthi izahatla kifayətlənmişdir. Cavabdeh1 mübahisəli, torpaq sahəsində işləməsi, həmin ərazidəki torpağı əkib-becərməsini təsdiq və ya inkar edə biləcək şəxslərin dairəsi dəqiqləşdirilməmiş və bununla əlaqədar əlavə izahatların alınması təmin olunmamışdır. Bərdə rayon məhkəməsinin 14 avqust 2008-ci il tarixli qətnaməsi icra məmurları tərəfindən tərtib edilmiş 07 aprel 2009-cu il tarixli icra aktı və icra işinin mraatına Bərdə rayon Məhkəməsinin xitama verilməsinə dair 19 iyun 2009-cu il tarixli qərardadı işə əlavə olunmamışdır və digər sübutlar dəqiqləşdirilməmişdir və bununla da Cavabdeh1 əməllərində Azərbaycan Respublikasının CPM-nin 188-ci maddəsində (torpaq üzərində mülkiyyət müququnun pozma) nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olubolmadığının müəyyən edilməsi təmin edilməmişdir. Faktlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ona məxsus 9,13 hektar torpaq sahəsindən çıxarılıblar. Torpaq sahəsi ona 07 aprel 2009-cu ildə təhvil verilmişdir. Və bu barədə yazılmış 07.04.2009-cu il tarixli akta İddiaçı tərəfindən imza edilib. Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın təsviri əsaslandırıcı hissəsində bir-birinə zidd fikirlər öz əksini tapmışdır. Mübahisəli 10 hektar torpaq sahəsinin İddiaçı məxsus olması Əliyev Alverdi Məhəmməd oğlunun və Cavabdeh2 həmin torpaq sahəsini zəbt etməsi və həmin torpaq sahəsindən çıxarılmalarının Bərdə rayon məhkəməsinin qətnamə qət edilməsini qeyd etsə də, qəbul etdiyi ədalətsiz qərarın nəticə hissəsin də məhkəmənin səlahiyyət dairəsində aid edilən məsələyə hüquqi qiymət verərək, qanunu kobudcasına pozmuş, həmin torpaq sahəsinin qanuni sənədlər ilə Bərdə rayon Məmmədli kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 məxsus olduğunu göstərmişdir. Odur ki, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında -təhqiqatçı Cavabdeh11 24 may 2011-ci il tarixli qərarı qeyri-qanuni və əsassız olduğu üçün müraciətinin əsasında Bərdə rayon Prokuroru tərəfindən ləğv edilmiş və yuxarıda göstərilən nöqsanları aradan qaldırmaq üçün material göstərişlə əlavə araşdırılması üçün Bərdə rayon polis şöbəsinin istintaq şöbəsinə göndərilmişdir. Material müstəntiq Cavabdeh12 icraatına verilmişdir. Müstəntiq material üzrə səthi araşdırma apararaq 29 avqust 2011-ci il tarixdə cinayət hadisəsi və hər hansı şəxsin əməllərində guya cinayət tərkibi olmadığından cinayət işinin başlanmasını rədd etmişdir. Bundan sonra Bərdə rayon Prokuroruğuna material üzrə araşdırmanın qanuni əsaslarla aparılmaması barədə və qəbul olunmuş qeyri-qanuni və əsassız qərarın ləğv edilməsi ilə bağlı 09.01.2012-ci il tarixdə Cavabdeh12 tərəfindən araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaması müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 torpaq sahəsdə işləməyə imkan verməməsi, bu və ya digər məsələ ilə əlaqədar izahatların alınması təmin edilməmişdir. Bərdə rayon torpaq şöbəsinə formal məktubla müraciət edilməsi ilə kifayətlənmişdir. Saxta imza araşdırılmamış, bu xüsusat üzrə hüquqi qiymət verilməsi təmin edilməmişdir və s. Ona görə müraciətim əsasında material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 avqust 2011-ci il tarixli qərar əsassiz olduğu üçün Rayon prokuroru ləğv etmişdir. Bundan sonra material yazılı göstərişlə əlavə araşdırılması üçün Bərdə RPŞ -İstintaq bölməsinə göndərilmişdir. Material üzrə istintaq bölməsinin müstəntiqləri tərəfındən bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanunsuz və əsassız qərarlar qəbul olunmuş və həmin qərarlar rayon prokuroru tərəfindən ləğv edilmişdir. Ümumiyyətlə qəbul edilmiş qeyri-obyektiv, qeyri-qanuni qərarların qəbul edilməsi və həmin qərarların əsassız olduğu üçün müraciəti əsasında rayon prokuroru tərəfindən ləğv edilməsi aşağıdakı qaydadadır:
1. İddiaçı (yəni mənim) müraciəti əsassında rayon Polis şöbəsinin təqdiqat bölməsinin təqdiqatçısı Cavabdeh11 qəbul etdiyi 24.05.2011-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasız olduğu üçün Rayon Prokuroru ləğv etmişdir.
2. İddiaçı (yəni mənim) müraciəti əsasında Bərdə rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Cavabdeh12 tərəfindən HK-1/ 8714 nömrəli material üzrə cinayyət işinin başlanması rədd edilməsi barədə qəbul etdiyi 29.08.2011-ci il tarixli qərarı əsasız olduğun üçün rayon prokuroru ləğv etmişdir.
3. İddiaçı müraciəti əsassında müstəntiq Elçin Fərəcov tərəfindən HK-1/ 8714 nömrəli materialı üzrə qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi haqqında 16 avqust 2012-ci il tarixli qərarı əsasız olduğu üçün rayon prokuroru ləğv etmişdir. Material əlavə araşdırıma aparılması üçün Bərdə rayon polis şöbəsinin istintaq bölməsinə qaytarılmışdır. Bölmə rəisi Cavabdeh15 təşkilatçılığı və iştirakı ilə sözügedən müstəntiqlərlə o, qabaqcadan razılaşaraq öz maraqlarını reallaşdırmaq üçün heç bir əsas olmadan dövlət qanunlarını kobudcasına pozmuş, cinayət etmiş qüvvələri dəstəklədiklərini və bir -birinə oxşar ədalətsiz və əsasız qərarlar qəbul etdikləri yuxarıdakı qeyidlərdən aydın şəkildə görünür. Cinayəti açmamaq üçün Cavabdeh15 dikdəsi ilə bütün müstəntiqlər qanunları pozaraq əsassız qərarlar qəbul ediblər, bir-birini təkrarlayıblar. Onlar ədalətsizlik, qəddarlıq etmiş, 8 dəfə qeyri-qanuni və əsassız qərarlar qəbul ediblər. Fəqət, təqsirləndirilən şəxslər indiyə qədər aşkar olunmayıb. Buna heç bir vəchlə bərahət qazandırmaq olmaz. Bu məsələ tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Saxtakarlıq edilməsi, qanunun pozulması aşkar olunmalıdır, hüquqi qiymət verilməlidir, onun günahkarları müəyyən edilməlidir. Təəccüblüdür ki, niyə indiyə qədər bu hadisəyə hüquqi qiymət verilməyib, bu, böyük xəyanətdir, insanlığa qarşı həyata keçirilmiş dəhşətli cinayətdir. Bunun köklərini araşdırıb üzə çıxarılması nəyin bahasına olursa-olsun cinayət işinin açılması və təqsirkarları cəzalandırmaq üçün baş verənlər barədə Azərbaycan Respublikası Daxili işlər nazirinə müraciət etdim. Başlıca olaraq Cavabdeh15 Azərbaycan polisinin qarayarası olması, onun və müstəntiqlərin rüşvəti zəruri və təbii hesab etməsi və ölkə Konistituyasmm, insan hüququnun və qanunvericiliyin kobudcasına pozulması şəraitdə problemləri tam, hərtərəfli və obyektiv həlli etmək mümkünsüzdür. Daxili İşlər nazirinin tapşırğma uyğun olaraq nazirliyə çağırıldım. Müraciətimlə bağlı Bərdə rayon polis şöbəsi istintaq bölməsində obyektiv araşdırma aparılmaması ilə bağlı Daxili işlər nazirinə müraciətinə Baş İstintaq və Təqdiqat idarəsində mənim iştirakımla baxılmışdır. Müəyyən olunmuşdur ki, Bərdə RPŞ-nim istintaq bölməsində araşdırma aparılmış, istintaq bölməsinin rəisi Cavabdeh15 təşkilatçılığı ilə 7 dəfə cinayət işinin başıalnamsının minasının rədd edilməsi barədə qeyri-qanuni qərar qəbul edilmiş, həmin qərar əsasız olduğu üçün rayon prokuroru tərəfindən ləğv edilərək eyni əsaslar olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Müraciətidə göstərdiyi xüsusatların yoxlanılması məqsədi ilə cinayət işinin başlamlmasmın rədd edilməsi də 5 dekabr 2014-cü il tarixli qərarın ləğvinə dair Azərbaycan Respublikası prokurorluğu qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini İİ dərəcəli dövlət yyə müşaviri Rüstəm Usubov onun müraciəti əsasında Bərdə rayon Polis şöbəsinin istintaq bölməsində materialı və DİN-nin Baş İstintaq və Tədqiqat şöbəsinin 05.12.2014-cü il tarixli vəsatətinin nəzərdən keçirib Baş prokrorluğunda öyrənilmişdir. Müəyyən edilmişdir ki, tədqiqatçı Cavabdeh11 hərtərəfli araşdırma aparmadan qeyriqanuni qərar qəbul etmiş, müraciəti əsasında Bərdə rayon prokuroru həmin qərarı əsasız olduğu üçün ləğv etmişdir. Həmin material yazılı göstərişlə əlavə araşdırılması üçün Bərdə rayon Polis şöbəsi istintaq bölməsinə göndərilmişdir. Bundan sonra bir neçə dəfə cinayət işinin başlamlmasmın rədd edilməsi haqqında qeyri-qanunu qərar qəbul olunmuş və həmin qərarlar rayon prokuroru tərəfindən ləğv edilmişdir. Toplanılmış materialdan görünür ki, İddiaçı müraciətində göstərildiyi xüsusatlar araşdırılmamış, məhkəmə - xətşünaslıq ekspertizasına sahəseçmə aktının əsli göndərilməmişdir. Lakin 25 mart 2004-cü il tarixli sahəseçmə aktının nəinki əsli, surəti belə təqdim edilməmişdir, Ekspertizanın qarşısına qoyulan suallara cavab verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, zəruri şəxslərin, məsələn əvvələr məhkum olunmuş Cavabdeh10 izahatları alınmadan yenidən 05 dekabr 2014-cü ildə cinayət işi başlanmasının rədd edilməsi barədə əsasız qərar qəbul edilmişdir. Ona görə də rədd materialı üzrə qeyd olunan xüsusatlar tam və hərtərəfli yoxlanılmasının təmin edilməsi üçün müstəntiq Cavabdeh14 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasını rədd edilməsi barədə 05 dekabr 2014-cü il rixli qərar əsassız olduğu üçün ləğv edilmişdir. Material Bərdə rayon Polis şöbəsi istintaq bölməsində araşdırma aparılmasının təmin edilməsi üçün Bərdə rayon prokurorluğuna göndərilmişdir. Müstəntiq Cavabdeh14 tərəfindən qəbul olunmuş cinayət işinin başlanması rədd barədə 05 dekabr 2014-cü il tarixli qərar 11 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğunda öyrənilərək əsassız olduğu üçün ləğv edilmiş, göstərişlə icra edilməsi üçün Bərdə rayon prokurorluğu vasitəsi ilə Bərdə rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. Material 13.02. 2015-ci il tarixdə yenidən 4-cü dəfə Bərdə rayon polis öbəsinin istintaq bölməsinin müstəntiqi Cavabdeh14 icraatına qəbul dilmişdir. Həmin vaxdan 2 (iki) aydan artıq müddət keçməsinə baxmayaraq müstəntiq Cavabdeh14 tərəfindən göstərişə əməl edilməmiş, heç bir tədbir görülmədən hərəkətsiz saxlanmışdır.
Bölmə rəisi Cavabdeh15 çirkin əməllərindən əl çəkmir, unudur ki, dövlətə, Azərbaycan vətəndaşı tanınmış peşakar jurnalistə xəyanət heç kimə baş ucalığı gətirmir. Ən əsası isə, Cavabdeh15 təşkilatçılığı və təzyiqi ilə nədənsə material pensiyaya çıxarmaq istəyən müstəntiq Cavabdeh16 icrasına qəbul edilmişdir və həmin vaxt cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilməsi qabaqcadan razılaşıblar. N. Zeynalovun əlində oyuncağa və alətə çevrilən Cavabdeh16 saxtakarlıq etmiş və qanunu kobudcasına pozmuş, Cavabdeh10 və başqa şəxslərin müdafiəsinə qalxıb, onlara dəstək verir. . Məqsəd N. Zeynalovun tapşırığını yerinə yetirmək, İddiaçı əleyhinə olan torpağ sahəsini mənimsəmək məqsədi ilə saxtakarlıq edərək torpağı zəbt etmiş Cavabdeh1 və Cavabdeh2 adlarına olan torpaqları süni şəkildə artırıb saxta sahəseçmə aktları və rəy tərtib edən şəxslərdən maliyyə və müəyyən dəstək qazanmağa çalışır. Cavabdeh15 Cavabdeh16 çirkin əməlindən hədsiz şad olub. Bununla da qanundan danışan Cavabdeh15la işbirliyi qurmuş Cavabdeh16 Azərbaycan qanunlarına, həm də Baş prokurorluğun və Daxili İşlər Nazirliyinə qarşı çıxmış, Cavabdeh10 kimi cinayət etmiş şəxslərə dəstək vermişlər. Çünki onun Cavabdeh10 tərəfdarlarına ehtiyacı var. Cavabdeh15la Cavabdeh16 arasında bu problemin həll edilməməsi üçün qurulmuş maraqlarına uyğun olaraq Baş prokurorluğun göstərişinə və tövfüyəsinə əməl edilməmiş, Baş prokurorluğun 11 fevral 2015-ci il tarixli qərarı yarasız bir kağız parçası kimi kənara atmışlar, saxtakarliq etmiş və qanunu pozmuş şəxsləri dəstəkləmişlər. Çünki Cavabdeh15 və Cavabdeh16 əsassız qəbul edilməsindən müraciət etmişəm. Lakin yaraqlanmaq istəmişlər. Cavabdeh15 hərəkətləri ilə bağlı daxili işlər nazirinə dəfələrlə bildirmişdir. O, əvvələr məhkum olunmuş Cavabdeh10 maliyyəsini əldə etmək üçün Cavabdeh16la və digərləri ilə əlbir olub cinayəti ört basdır etmişdir. Müraciəti əsasında Cavabdeh15 çirkin, əməllərinə və qanunsuz hərəkətlərinə görə istintaq bölməsinin rəisi vəzifəsindən azad edilmişdir və Azərbaycan polisi sıralarından xaric edilmişdir. Cavabdeh16 Cavabdeh14 və digərlərin qanunsuz hərəkətlərini və qəbul etdikləri ədalətsiz qərarları təkrarlayır. O. Muradov tərəfindən onun müraciətidə və Baş prokurorluğunun 11 fevral 2015-ci il tarixli qərarında göstərilən xüsusatları araşdırmamış, məhkəmə-xəttşünaslıq ekspertizasına 25 mart 2004 -cü il tarixli və 02 aprel 2004-cü il tarixli saxta sahəseçmə aktlarının əsilləri təqdim etməmiş, ekspertizanın qarşısına qoyulan suallara cavab verilməmiş, iş üçün əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, zəruri şəxslərin, misal üçün əvəllər məhkum olunmuş Cavabdeh10 və digərlərinin izahatları alınmadan yenidən 08 sentyabr 2015-ci ildə cinayət işi başlanması rədd edilməsi barədə ədalətsiz və əsassız qərar qəbul etmişdir. Müstəntiq Cavabdeh16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 sentyabr 2015-ci il tarixli qərar əsasız olduğu üçün ləğv edilməli və materiala əlavə edilməklə yenidən hərtərəfli, tam və obyektiv araşdırma aparılmalıdır, onun fəaliyyətinə hüquqi qiymət verməklə o, ciddi cəzalandırılmalıdır. Qəzetdəki 59 illik müxbirlik fəaliyyəti dövründə Yaqub Qılınclı (yəni mən) çox böyük yaradıcılıq uğurları qazanıb. Ən çox da felyeton və tənqidi yazıları ilə respublikamizda tanınıb, ən çox tənqidi məqalə yazanlardan biri olub. Fəaliyyəti müddətində yazdığı 2000dən çox tənqidi məqalələr faktları dəqiq olub, hazırda da dəqiq olur. Cinayət tərkibli saxtakarlıq edilməsi, bələdiyyənin keçmiş üzvü 2006-cı ildə vəfat etmiş Sadıq Tağıyevin 2009-cu ildə tərtib edilmiş 25 mart 2004-cü il tarixli və 02 aprel 2004-cü il tarixli sahəseçmə aktlarmdakı imzası saxtadı və saxtakarlıqlar edilməsi ilə şübhələr müəyyən edilib. Bu barədə real fakt ondan ibarətdir ki, 25.03.və 02.04.2004-cü il tarixli sahəseçmə aktlarının sənədləşmə işi 2009-cu ilin iyul ayında aparılmışdır. Lakin bələdiyyənin keçmiş sədri mərhum Azik Nuruyevin işlədiyi dövrə şamil olunması üçün Cavabdeh10 və digərləri saxtakarlıq edərək sahəseçmə aktlarının hər ikisinin əvvəlki tarixə, yəni 25.03.2004-cü il və 02.04.2004-cü il tarixə işlənmişdir. Cavabdeh10 saxta tərtib edilmiş sahəseçmə aktlarına möhür vurmuşdur. O, Sadıq Tağıyevin həmin saxta aktlarda imzasının saxta olması barədə dəqiq məlumatlıdır. Sadıq Tağıyev vaxtı ilə Bərdə rayonu Məmmədli kənd tibb məntəqəsində işləyib. 2000- 2004-cü illəri əhatə edən illərdə əmək haqqı cədvəllərində onun əsil imzası var. Həmin cədvəllərdəki imzasını saxta sənədlərdə ki, saxta imza ilə yan-yana qoyulsun, üzləşdirilsin, dəqiqləşdirilsin və onun 2009-cu ildə tərtib edilmiş, əvvəlki dövrə, yəni 2004-cü il tarixə sənədləşdirilmiş sözgedən sahəseçmə aktlarında Sadıq Tağıyevin imzalarının saxta olduğunun hər kəs aydın görəcək. Bundan başqa Bərdə rayon məhkəməsinin 14 avqust 2008-ci il tarixli və Gəncə Apellyasıya məhkəməsinin 29 yanvar 2009-cü il tarixli qətnamələrində torpaqları zəbt etmiş Məmmədli kənd sakinləri Cavabdeh1 adına 25 mart 2004-cü il tarixli saxta aktda yazılan 1,50 hektar və rayon torpaq şöbəsinin tərəfindən 11 iyul 2013-cü il tarixdə tərtib edilmiş saxta rəydə 2,50 hektar və Cavabdeh2 adma 02.04.2004-cü il tarixli aktda yazılan 1,50 hektar qədər və rayon torpaq şöbəsi tərəfindən 11 iyul 2013-cü ildə tərtib edilmiş saxta rəydə yazılmış 6,50 hektar qədər nə Bərdə rayon məhkəməsinin 14 avqust 2008-ci il tarixli və nə də Gəncə Apellyasiya məhkəməsinin 29.01.2009-cu il tarixli qətnamələrində göstərilən qədər torpaq sahəsi yoxdur. Müraciəti əsasında qanunsuz hərəkətlərinə görə müstəntiq Cavabdeh14, istintaq bölməsinin rəisi Cavabdeh15 və rayon icra şöbəsinin rəisi Cavabdeh8 vəzifələrindən azad edilmişlər. Müraciəti əsasında işdə yol verdikləri nöqsanlara, qanunsuz hərəkətlərinə və digər xətalara görə sabiq müstəntiq Cavabdeh14 və istintaq bölməsinin sabiq rəisi Cavabdeh15 Azərbaycan Polisi sıralarından xaric edilmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğiu və onların arxasında dayanmış havadarları öz qanunsuz hərəkətləri ilə müştərək qaydada 11 il ərzində ona 258300 manat məbləğində maddi ziyan vurmuşlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə verərək cavabdehlərdən Cavabdeh10 vəfat etdiyindən iddia tələbinin ona münasibətdə baxılmamasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, tələbin rədd olunmasını xahiş etdi. Digər cavabdehlər X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yusif oğluna, Cavabdeh8, X2, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Allahveri oğluna, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4528 saylı 21.09.2020-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məmmədli kənd Bələdiyyəsinin 05.01.2004-cü il 01 saylı yığıncaq protokolundan Çıxarışdan görünür ki, ümumi istifadədə olmayan bələdiyyənin örüş torpağından 10 hektar uzunmüddətli heyvandarlığı inkişaf etdirmək üçün İddiaçı örüş üçün icarəyə verilməsi qərara alınmışdır. Mülki işə əlavə olunmuş 27.02.2004-cü il tarixli Sahəseçmə aktından görünür ki, Məmmədli Bələdiyyəsinin 05.01.2004-cü il tarixli 01 saylı qərarına və DTXK-nin Bərdə rayon Şöbəsinə yazdığı 20.02.204-cü il tarixli 19 saylı məktubuna əsasən Bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olmayan örüş sahəsindən heyvandarlığı inkişaf etdirmək məqsədi ilə İddiaçı uzunmüddətli 25 il müddətinə icarəsinə verilməsinə etiraz etməmişdirlər. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MH № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Məmmədli kəndində yerləşən Bərdə rayon, Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 9,13 hektar torpaq sahəsinə İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyatına alınaraq bu barədə 17.04.2008-ci il tarixli çıxarış verilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X8 083444 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Məmmədli kəndində yerləşən 9.13 ha torpaq sahəsinin hüququ subyekti Bərdə rayon Məmmədli bələdiyyəsi və icarəçi İddiaçıdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2-235\2008 saylı 14.08.2008-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Hüseyinalı oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, 05.01.2004-cü ildə Bərdə rayonunun Məmmədli kəndində onun icarəsinə verilmiş 9,13 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etmiş və iddia tələbi təmin edilərək , Cavabdeh1 və Cavabdeh2 torpaq ayırma sənədəlrinə uyğun olaraq onlara verilmiş torpaq sahəsinə köçürülməklə, Bərdə rayonu Məmmədli bələdiyyəsi tərəfindən İddiaçı Hüseyinalı oğluna verilmiş 9,13 hektar torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)157\2009 saylı 29.01.2009-cu il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2-235\2008 saylı 14.08.2008-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Ağcabədi rayon Məhkəməsinin 8(017)666\2016 saylı 21.12.2016-cı il tarixli qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin icra sənədinə əsasən Cavabdeh1 və Cavabdeh2 torpaq ayırma sənədlərinə uyğun olaraq onlara verilmiş torpaq sahəsinə köçürülərək, Bərdə rayonu Məmmədli bələdiyyəsi tərəfindən tələbkar İddiaçı Hüseyinalı oğluna verilmiş 9,13 hektar torpaq sahəsindən çıxarıldığından Ağcabədi rayon İcra Şöbəsinin icraatında olan 2(021)535\2009 saylı 02.05.2009-cu il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Mülki işə əlavə olunmuş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 10.07.2005-ci il tarixli 22 saylı Müqavilədən görünür ki, Məmmədli bələdiyyəsinin 05 yanvar 2004-cü il tarixli qərarı əsasında 10 hektar torpaq sahəsinin 5 il müddətinə İddiaçı icarəsinə verilməsinə dair müqaviləsi bağlanmışdır. Mülki işə əlavə olunmuş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 01 saylı Müqavilədən görünür ki, Məmmədli bələdiyyəsinin 05 yanvar 2004-cü il tarixli qərarı əsasında 9.13 hektar torpaq sahəsinin 5 il müddətinə İddiaçı icarəsinə verilməsinə dair müqaviləsi bağlanmışdır. Mülki işə əlavə olunmuş Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilədən görünür ki, Məmmədli bələdiyyəsinin 05 yanvar 2004-cü il tarixli qərarı əsasında 9.13 hektar torpaq sahəsinin örüş üçün 25 il müddətinə İddiaçı icarəsinə verilməsinə dair müqaviləsi bağlanmışdır. Mülki işə əlavə olunmuş 02.04.2004-cü il tarixli Sahəseçmə aktından görünür ki, Məmmədli Bələdiyyəsinin 05.01.2004-cü il tarixli 01 saylı qərarına və DTXK-nin Bərdə rayon Şöbəsinə yazdığı 23.03.2004-cü il tarixli 25 saylı məktubuna əsasən Bələdiyyə mülkiyyətində olan ümumi istifadədə olmayan örüş sahəsindən 1.50 hektar ayrılaraq, heyvandarlığı inkişaf etdirmək məqsədi ilə Cavabdeh2 uzunmüddətli 25 il müddətinə icarəsinə verilməsinə etiraz etməmişdirlər. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 8(021)533\2013 saylı 03.06.2014-cü il tarixli qərardadından görünür ki, Bərdə rayon İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 14.08.2008-ci il tarixli icra sənədi tam icra olunduğundan açılmış icra işinin icraatına xitam verilməsini xahiş etmiş, lakin təqdimat təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 15.12.2010-cu il tarixli qərardadından görünür ki, Bərdə rayon Məhkəməsinin 2-535 saylı 14.08.2008-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)60\2009 saylı 26.10.2009-cu il tarixli qərardadından görünür ki, Cavabdeh1 Bərdə rayon Məhkəməsinin 2(021)60\2009 saylı 19.06.2009-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilərək, Bərəd rayon Məhkəməsinin icra sənədinnin icraatına xitam verilməsinə dair 19.06.2009-cu il tarixli qərardadı ləğv olunmuş, Bərdə rayon Məhkəməsinin 15.09.2008-ci il tarixli 2-535 saylı icra sənədinin icraatına xitam verilməsinə dair vəsatət rədd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)680\2009 saylı 22.07.2009-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X3, Cavabdeh1 və Cavabdeh6 müştərək qaydad 33.600 manat məbləğində dəymiş ziyanın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, lakin iddia tələbi rədd olunmuşdur. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)933\2009 saylı 07.10.2009-cu il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)680\2009 saylı 22.07.2009-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.01.2010-cu il tarixli 2(102)369\09 saylı Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)933\2009 saylı 07.10.2009-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş 07.04.2009-cu il tarixli Aktdan görünür ki, Bərdə rayon Məhkəməsinin 2-535 saylı 14.08.2008-ci il tarixli icra sənədinə əsasən Bərdə rayon İcra Şöbəsinin icra məmuru və Bərdə rayon DTXK-nın mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsi ölçülərək İddiaçı Hüseyinalı oğluna təhvil verilmişdir. Mülki işə əlavə olunmuş 20.08.2010-cu il tarixli Aktdan görünür ki, Bərdə rayon Məhkəməsinin 2-535 saylı 14.08.2008-ci il tarixli icra sənədinə əsasən Bərdə rayon İcra Şöbəsinin icra məmuru və Bərdə rayon DTXK-nın mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsi ölçülərək borclulara təhvil verilmişdir. Mülki işə əlavə olunmuş 08.12.2010-cu il tarixli Aktdan görünür ki, Bərdə rayon Məhkəməsinin 2-535 saylı 14.08.2008-ci il tarixli icra sənədinə əsasən Bərdə rayon İcra Şöbəsinin icra məmuru və Bərdə rayon DTXK-nın mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsi ölçülərək Cavabdeh1, Cavabdeh2 və İddiaçı Hüseyinalı oğluna öz torpaqları göstərilmiş və sərhədləri nişanlanmışdır. Lakin İddiaçı Hüseyinalı oğlu bildirmişdir ki, öz torpaq sahəsi ilə əkdirdiyi torpq sahəsi üst-üstə düşmür, buna görədə aktı imzalamaqdan imtina etmişdir. Mülki işə əlavə olunmuş 13.06.2013-cü il tarixli Aktdan görünür ki, Bərdə rayon Məhkəməsinin 2-535 saylı 14.08.2008-ci il tarixli icra sənədinə əsasən Bərdə rayon İcra Şöbəsinin icra məmuru və Bərdə rayon DTXK-nın mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsi ölçülmüş və 3 gün müddətində rəy verilməsini tərəflərə bildirilmiş, lakin tələbkar İddiaçı Hüseyinalı oğlu torpaq sahəsinin Bərdə rayon Torpaq Şöbəsinin mütəxəssisi tərəfindən ölçülməsinə etiraz etmişdir. Mülki işə əlavə olunmuş 13.06.2013-cü il tarixli İmtina Aktından görünür ki, Bərdə rayon Məhkəməsinin 2-535 saylı 14.08.2008-ci il tarixli icra sənədinə əsasən torpaq mübahisəsinə dair icra prosesində tələbkar İddiaçı Hüseyinalı oğlu icra prosesini tərk etmişdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 01.12.2017-ci il tarixli 595 saylı Arayışdan görünür ki, Bərdə rayonunun Məmmədli İnzibati Ərazi Nümayəndəliyi üzrə 2009-2017-ci illərdə 1 hektar yonca sahəsindən 580 ədəd ot bağlaması götürülə bilər. Mülki işə əlavə olunmuş Bərdə rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 02.07.2020-ci il tarixli 56 saylı Arayışdan görünür ki, Bərdə rayonunun Məmmədli İnzibati Ərazi Nümayəndəliyi üzrə 2018-2019-cu illərdə 1 hektar yonca sahəsindən 450 ədəd ot bağlaması götürülə bilər. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsiumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon, Məmmədli bələdiyyəsinin 05 yanvar 2004-cü il tarixli qərarı ilə İddiaçı uzunmüddətli icarəsinə 10 hektar torpaq sahəsi verilməsi qərara alınmış, 10 iyul 2005-ci ildə icarə müqaviləsi bağlanmışdır. İddiaçının 9,13 hektar torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reystrində dövlət qeydiyyatına alınaraq bu barədə 17.04.2008-ci il tarixli çıxarış verilmişdir. İddiaçı Hüseyinalı oğlu məhkəməyə idida ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia qaldıraraq, 05.01.2004-cü ildə Bərdə rayonunun Məmmədli kəndində onun icarəsinə verilmiş 9,13 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etmiş və Bərdə rayon Məhkəməsinin 2-235\2008 saylı 14.08.2008-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək , Cavabdeh1 və Cavabdeh2 torpaq ayırma sənədəlrinə uyğun olaraq onlara verilmiş torpaq sahəsinə köçürülməklə, Bərdə rayonu Məmmədli bələdiyyəsi tərəfindən İddiaçı Hüseyinalı oğluna verilmiş 9,13 hektar torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Daha sonra həmin qətnaməyə əsasən icra vrəqəsi verilmiş və icra edilərək, xitam verilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vaxtilə iddiaçıya icarə hüququ ilə məxsus olan torpaq sahəsini zəbt etmişlər. İddiaçı həmin pozuntunun aradan qaldırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə aktları ilə iddiası təmin olunmuşdur. İddiaçının tələbinin əsası isə ondan ibarətdir ki, həm məhkəmə prosesləri dövründə, həm icra dövründə , həm də icradan sonrakı dövürdə öz torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyanlıq görməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq hazırkı iş üzrə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 istisna olmaqla digər cavabdehlər dövlət orqanlarının əməkdaşları olmuşlar ki, onların səhvi və ya süründürməçiliyi əsasında ziyan görmüşdür. Məhkəmə qeyd edir ki, qanunverici yalnız Mülki Məcəllənin 1101-ci maddəsində nəzərdə tutulan halda təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərər üçün məsuliyyət məsələsini nəzərdə tutur. Belə ki, MM-nin 1101.1-ci maddəsinə əsaəsən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Həmin Məcəllənin 1101.3-cü maddəsinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Göründüyü kimi hazırkı mülki işlə əlaqədar olaraq MM-nin qeyd edilən normasının pozulması halları olmadığından cavabdehlər – hüquq mühafizə orqanlarının əməkdaşlar Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Allahveri oğluna, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 münasibətdə iddia tələbi təmin oluna bilməz. İddia tələbinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əsaslandırdığı halların olması üçün onlar təqsirli olması barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığından onlara münasibətdə də tələb təmin oluna bilməz. Eyni zamanda digər cavabdehlər Cavabdeh1 və X6 münasibətdə də tələb təmin oluna bilməz. Belə ki, iddiaçı öz tələbinin əsaslandıran halları Bərdə rayon Kənd Təsərrüfatı İdarəsi tərəfindən verilmiş Arayışlara istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin arayışlarda Məmmədli İnzibati Ərazi Nümayəndəliyi üzrə ümumən qeyd olunmuşdur. Lakin həmin torpaq sahəsinin məhsul vermə qabliyyətinin olub-olmaması, münbit torpaq və ya şoran torpaq olmasına dair hər hansı bir arayış yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı ziyanla bağlı arayış yox, torpaq sahəsinin münbitliyinə dair, məhsulvermə qabliyyətinə dair müvafiq aqronom rəyi olmalı idi. Bununla bağlı məhkəmə qeyd edir ki, sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, artıq Ağcabədi icra şöbəsi tərəfindən 21.12.2016-cı il tarixdə icra işinə xitam verilmişdir. İddiaçı həmçinin ondan sonrakı dövürədə ziyan tələb edir ki, bu halda yolverilməzdir. Məhkəmə maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Yusif oğluna, Cavabdeh8, Cavabdeh9, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 Allahveri oğluna, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı “maddi ziyan” tələbinə dair iddia təmin edilməsin Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.