Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3316/2025 30.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 193.74 manat kredit borcunun, 38.00 manat faiz borcunun eyni zamanda tərəflərlə aralarında bağlanmış kredit müqaviləsinin 1.1.11-ci bəndinə əsasən gecikdirilmiş məbləğə görə hesablanmış 23.00 manat cərimənin cəmi 254.74 manatın və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 30.00 manat dövlət rüsumunun cavabdehdən alınıb BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 24596 nömrəli Kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi daşıyır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi qismində vergi orqanında vergi uçotuna alınmış, əsas fəaliyyət istiqaməti ixtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışından ibarətdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən müqavilənin bağlanmasına əsas olan ilkin müqavilə isə iddia ərizəsinə əlavə edilmədiyindən və mülki işin məhkəmə aidiyyətinin müəyyən edilməsi mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizəyə əlavə edilir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhkəməyə təqdim etdiyi sənədləri natamam təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarıldığından iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ödənilmiş 30.00 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın (Qəbz nömrəsi: **********, təsnifat kodu: ********). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3316/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3316/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver